Milli Kitabxanada "18 sentyabr - Musiqi günü" sərgisi

 

M.F.Axundzadə adına Milli Kitabxanada növbəti sərgi dahi bəstəkara həsr olunub.

 

"18 sentyabr - Milli Musiqi Günü" adlı sərgini giriş sözü ilə kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bu musiqi bayramının tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan dahi Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, həm Şərqdə ilk operanın banisi kimi məşhurdur. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisidir.

 

Azərbaycan mədəniyyətinin, musiqisinin təbliği məqsədilə ölkəmizdə mütəmadi olaraq beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr keçirilir. Bunlardan biri görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorların iştirakı ilə 2009-cu ildən etibarən təşkil edilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalıdır.

 

Üzeyir Hacıbəyli irsinin daha geniş şəkildə araşdırılaraq gələcək nəsillərə çatdırılmasından danışan K.Tahirov Milli Kitabxananın da bu işə öz töhfəsini verdiyini, onun haqqında iki dəfə biblioqrafik vəsaitin tərtib edildiyini, sənətkarın əsərlərinin təbliği məqsədilə sərgilərin təşkil olunduğunu qeyd edib.

 

Direktor müavini Ədibə İsmayılova çıxışında Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan dahi bəstəkarın həyat fəaliyyətindən, milli musiqi xəzinəmizə verdiyi çoxsaylı töhfələrdən danışıb.

 

Not nəşrləri səsyazmaları şöbəsinin müdiri Kəmalə Seyidova şöbəyə gələn qonaqları ilk olaraq bəstəkarın "Koroğlu" əsəri ilə tanış etdiklərini, bu günlə bağlı musiqi məktəblərində, müxtəlif mədəniyyət təhsil müəssisələrində tədbirlərin keçirildiyini qeyd edib.

 

Sonda bəstəkarın əsərlərindən onun haqqında yazılmış əsərlərdən ibarət Azərbaycan, rus digər xarici dillərdə olan kitab dövri mətbuat materiallarından ibarət geniş sərgiyə baxış olub.

 

Sərgi bir həftə davam edəcək.

 

ŞAHANƏ       

 

525-ci qəzet.-2018.-19 sentyabr.-S.7.