Don Kixot” Gənc Tamaşaçılar Teatrında səhnəyə çıxacaq

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin III rübü üçün təsdiq edilmiş repertuar planına uyğun olaraq Migel De Servantesin “Don Kixotəsəri əsasında eyniadlı tamaşanın məşqləri davam edir.

 

Daha öncə məlumat verdiyimiz kimi, iyulun 3-dən tamaşanın ilk məşqlərinə start verilib səhnə həlli ilə bağlı yaradıcı heyətlə müzakirələr aparılıb. Teatr kollektivinin məzuniyyətdən qayıtması ilə isə artıq səhnədə tamaşanın gərgin məşqlərinə başlanıb.

 

Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, tamaşanın plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.

 

Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov üzərində işlədiyi əsəri belə şərh edib:

 

Klassik kanonları dağıdaraq daha çox sosial, müasir, XXI əsrin insanını narahat edə biləcək problemləri ön plana çəkmək istəyirik. İnsana xas olan ləyaqət, insaf, mərhəmət, mərdlik kimi üstün cəhətləri qabartmağa çalışmışıq. Ekstremal vəziyyətdə insani hisslərin öz yerini bunun antonimi ola biləcək duyğulara verməsi bütün bunlara qarşı təkcə vuruşan, döyüşən Don Kixot haqqında düşünməyə, tamaşaçını ona yenidən, ayrı baxış bucağından nəzər salmağa çağırırıq. Əsər əsrlər öncə yazılmasına baxmayaraq, bu gün üçün aktualdır. İnsanların başına gələn mənəvi, psixoloji, sosial bəlaların kökünü açmağa, göstərməyə çalışırıq”.

 

Bütün bu qəliz mətləblərə, klassik əsərin özünəməxsus tələblərinə baxmayaraq, tamaşa tragikomediya janrında qurulur. Tamaşada dahi bəstəkar Qara Qarayevin “Don Kixotqravürlərindən, həmçinin rus bəstəkarı Aleksey Rıbnikovun əsərlərindən istifadə olunacaq. Tamaşa şərtilik üzərində qurulduğu üçün səhnə tərtibatında da bu şərtilik gözləniləcək. Zamanı, zəmanəni dəyişməyə çalışan Don Kixot bunları simvolizə edən böyük bir saatla mübarizə aparacaq. Yaradıcı heyət Don Kixotun vasitəsiyləDünyanı insanlıq, mərhəmət xilas edəcəkmesajını ötürəcəklər...        

 

Yeni səhnə əsərində Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Şövqi Hüseynov, Elşən Çarhanlı, aktyorlar Mehriban Hüseynova, Təhminə Məmmədova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd, Elnur Hüseynov, Elşən Hacıbabayev teatrın digər sevilən aktyorları rol alıblar.

 

Tamaşanın premyerası oktyabrın sonuna  nəzərdə tutulub.

 

NƏZRİN

 

525-ci qəzet  2018.- 20 sentyabr.- S.7.