Beynəlmiləl Yazıçılar İttifaqı azərbaycanlı nasiri mükafatlandırdı

 

Beynəlmiləl Yazıçılar İttifaqının Şərqi Avropa, MDB ölkələri və Rusiya bürosu Azərbaycan yazıçısı Varis Yolçuyevi müasir ədəbiyyatın inkişafına verdiyi yaradıcı töhfələrə görə fəxri diplomla təltif edib.

 

Fəxri diplomu qurumun rəhbəri, tanınmış Rusiya yazıçısı Sergey Lukyanenko imzalayıb.

 

Yazıçımızın ən böyük uğuru Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü "LiFFt" festivallar festivalının qızıl mükafatını qazanmasıdır. Onun "Qızıl LiFFt" seriyasından çıxan "Metamorfoz" kitabı ötənilki festivalın qalibi, dünya şöhrətli Oljas Süleymenovun "Asiya tonqalları" kitabı ilə birgə bu günlərdə geniş oxucu kütləsinin ixtiyarına verilib.

 

Qeyd edək ki, bu il nüfuzlu "LiFFt" festivallar festivalını Azərbaycan yazıçısı qazandığı üçün növbəti ildə festival ölkəmizdə keçiriləcək. Gələn ilin sentyabrda keçirilməsi nəzərdə tutulan festivala 50 ölkədən 200 tanınmış yazıçının qatılacağı gözlənilir.

 

ŞAHANƏ

 

525-ci qəzet  2018.- 27 sentyabr.- S.7.