Həsən Zeynalov. Diplomatın tale yolukitabı çap olundu

 

Azərbaycanın Türkmənistan Əfqanıstandakı səfiri Həsən Zeynalovun həyat fəaliyyətinə həsr edilmişDiplomatın tale yolukitabı çapdan çıxıb.

 

Tanınmış diplomatın həyat fəaliyyətini, diplomatiya tariximizin müəyyən səhifələrini özündə əks etdirən nəşrin tərtibçisi Sabir Şahtaxtı, redaktoru filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, rəyçisi isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Musa Qasımlıdır.

 

Naxçıvanın Bakıda daimi nümayəndəsi, Azərbaycanın Qars İstanbulda baş konsulu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında daimi nümayəndəsi kimi məsul vəzifələr daşımış, hazırda Türkmənistan Əfqanıstanda səfir olan H.Zeyanovun bu illər ərzində göstərdiyi səmərəli fəaliyyətə işıq salan kitab təkzibedilməz faktlar, rəsmi mətbu sənədlər, canlı xatirələr əsasında ədəbi-publisistik üslubda qələmə alınıb.

 

Nəşrdə diplomat haqqındaİnsan ömrünə uvertüra”, “İqtiqlal mübarizəsimilli təlatüm dövrü”, “Qars: ermən fitnəkarlığı ilə mübarizə”, “İstanbul dövrü fəaliyyəti: ziddiyyətlər içərisində digər yazılar yer alıb.

 

Kitab ictimai-siyasi elmlər sahəsində təhsil alan tələbələrə, elmi işçilərə, həmçinin, diplomatiya sahəsi ilə yaxından maraqlanan oxuculara ünvanlanıb.

 

Qeyd edək ki, “Həsən Zeynalov. Diplomatın tale yolukitabıŞərq-Qərbnəşriyyatında çap olunub, 680 səhifədən ibarətdir.

 

Ceyhun ABASOV

 

525-ci qəzet 2018.- 11 yanvar.- S.4.