Özbəkistanda Qara Qarayev adına İncəsənət Mərkəzi yaradılacaq

 

Özbəkistan Mədəniyyət və Sənət İnstitutunda “Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq.

 

AZƏRTAC xəbər verir ki, bu haqda razılıq Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla Özbəkistan Mədəniyyət Sənət İnstitutunun (ÖMSİ) rektoru, professor İbrahim Yuldaşev arasında keçirilən görüşdə əldə olunub.

 

Danışıqlar zamanı AMM ilə ÖMSİ arasında əməkdaşlığın genişləndirilməsinə dair memorandumun imzalanmasına, gələcəkdə Azərbaycanın ali təhsil müəssisələri ilə əlaqələrin yaradılmasına dair müzakirələr aparılıb.

 

İ.Yuldaşev xarici ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi tətbiqinə dair ölkə rəhbərliyinin göstərişinə uyğun olaraq ali təhsil sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsinin onlar üçün maraqlı faydalı olduğunu bildirib.

 

Rektor rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib, institutda fəaliyyət göstərən teatr, kino, televiziya radio sənəti, rejissorluq, folklor, xalq çalğı alətləri, etnoqrafiya, kitabxanaşünaslıq-informasiya, aşıq sənəti rəqs üzrə fakültələr barədə məlumat verib.

 

Samir Abbasov Azərbaycanda dövlətin qayğısı nəticəsində ali məktəblərin inkişafı haqqında məlumat verib. O, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin fəaliyyəti, həyata keçirilən layihələr haqqında danışıb, son zamanlar Azərbaycanla Özbəkistan arasında mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişaf etdiyini, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığa dair memorandumların imzalandığını vurğulayıb. Ötən müddət ərzində ilk dəfə olaraq tərəflər arasında tələbə mübadiləsinin həyata keçirildiyini, Daşkənddə Azərbaycana dair özbək dilində çoxsaylı nəşrlərin çap olunduğunu qeyd edib.

 

S.Abbasov 2018-ci ilin AzərbaycandaAzərbaycan Xalq Cümhuriyyəti İlielan edilməsi, habelə bu il Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illiyi, böyük şair Hüseyn Cavidin 135 illik yubileylərinin qeyd olunmasına dair Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq sərəncamların imzalandığını vurğulayıb. Bu institutda yaradılacaqQara Qarayev adına Azərbaycan Mədəniyyəti İncəsənəti Mərkəzi”nə Azərbaycan tərəfindən müvafiq nəşrlərin, milli suvenirlərin, bədii sənədli filmlərin, milli musiqimizə dair disklərin, foto rəsmlərin hədiyyə olunacağını qeyd edib.

 

Görüşdə institutun elmi jurnalında mədəniyyət, kitabxana-informasiya sahəsi üzrə azərbaycanlı mütəxəssislərin Azərbaycan rus dillərində elmi məqalələrinin dərc olunması məsələsi razılaşdırılıb.

 

İnstitutda azərbaycanlı alimlər, mütəxəssislər tərəfindən ustad dərslərinin təşkili, qarşılıqlı səfərlərin reallaşdırılması, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib.

 

S.Abbasov Azərbaycan özbək xalqlarının milli-mədəni irsi olan muğam aşıq sənətinə dair birgə layihələrin yerinə yetirilməsi, bu ilin mart ayında institutdaAzərbaycan Mədəniyyət Günü”nün keçirilməsi təklifi ilə çıxış edib təklif qəbul olunub.

 

Tədbirlər çərçivəsində ÖMSİ-nin kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyasının hədiyyə olunması kitabxanada Azərbaycan guşəsinin yaradılması da nəzərdə tutulub.

 

525-ci qəzet.-2018.-13 yanvar.-S.15.