Milli Kitabxanada "Tofiq Kazımov-95" sərgisi açıldı

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında teatr sənətinin parlaq simalarından biri, Xalq artisti, rejissor Tofiq Kazımovun anadan olmasının 95 illiyinə həsr olunmuş "Tofiq Kazımov-95" adlı kitab sərgisi açılıb.

 

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərginin açılışından öncə Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova sənətkarın zəngin yaradıcılığı sənət fəaliyyəti ilə bağlı qonaqlara məlumat verib.

 

Sərgidə sənətkarın müəllifi olduğu kita

 

blar, onunla bağlı görkəmli şəxsiyyətlərin söylədiyi fikirlər, habelə haqqında yazılmış kitablar dövri mətbuatda dərc edilmiş məqalələri nümayiş olunub.

 

525-ci qəzet  2018.- 18 yanvar.- S.8.