Cümhuriyyət qurucuları - Azərbaycan Cümhuriyyəti – 100

 

QARABAĞIN GENERAL-QUBERNATORU XOSROV BƏY SULTANOV

 

Nəsiman YAQUBLU

tarix elmləri doktoru

(Əvvəli 9 yanvar sayımızda)

 

Xosrov bəy Sultanov Təbrizdə Xoy şəhərlərində olmuş, burada məskunlaşmış azərbaycanlı mühacirlərlə görüşmüşdü.

 

Bu mühacirlərin əksəriyyəti İran administrasiyasında, yaxud orduda xidmətə başlamışdılar. Xoy şəhərində Təbrizdə olandan da çox-üç yüzə qədər mühacir ailəsi yaşayırdı. Bu insanların çoxu Müsavat tərəfdarları idi İstanbuldan aldıqları "Yeni Qafqasya" jurnalını Azərbaycana çatdırırdılar.

 

1924-cü ilin 21 noyabrında X.Sultanov Təbrizə gəlir burada İ.Sultanovla, B.Qarabağlı ilə görüşür, yığıncaqlar keçirir belə məlumat verir: "Dağılmış Müsavatdan yeni partiya yaradır: "Azərbaycan Milli Demokratik Respublika Partiyası".

 

X.Sultanov toplantıda bu partiyanın gürcü milli-demokratları dağlılarla Qafqaz Konfederasiyası əsasında razılaşdıqlarını, bu Konfederasiyanı isə İngiltərə Polşanın müdafiə etdiklərini söyləmişdi. O, inamla bildirmişdi ki, SSRİ- tezliklə dəyişiklik olacaq, yaxud ora hücum ediləcək situasiyada azərbaycanlılar hazır olmalıdırlar. X.Sultanov müsavatçılarla fikir ayrılığının səbəbini belə izah etmişdir: müsavatçılar yalnız Türkiyə istiqamətinin, o isə Avropa xəttinin tərəfdarıdır.

 

X.Sultanov belə izahat da vermişdi ki, türklər (Türkiyə) öz daxili işləri ilə çox məşğuldurlar Sovet Azərbaycanından ötrü SSRİ ilə mübarizə aparmaq istəmirlər. İngiltərənin isə Qafqazda öz maraqları var. Polşa SSRİ ilə gələcəkdə baş verəcək müharibədə Qafqaz Konfederasiyasını müttəfiq kimi görmək istəyir.

 

X.Sultanov 1924-cü ilin 6 dekabrında  Tehrana gedir, İran hökumətinə Şimal-Qərbi diviziyanın tərkibində Qafqaz mühacirlərindən ibarət dəstə formalaşdırmaq, Sovet dövlətində daxili vəziyyət kəskinləşərsə, ondan istifadə etmək təklifini irəli sürmək istəyir. Bu danışıqların uğurlu olacağı təqdirdə Polşadan silah alıb İran Azərbaycanına gətirmək mümkün olacaqdı.

 

Lakin X.Sultanovun bu layihələri reallaşmadı Sovet hökuməti İrana müvafiq təzyiqlər göstərməyə başladı.

 

Qeyd edək ki, X.Sultanovla M.Ə.Rəsulzadə arasında şəxsi münasibətlərdə müəyyən problemlər yaşanırdı. Bu da mühacirət həyatının ağır şərtlərindən irəli gəlirdi bu ziddiyyətlərdən isə OQPU kəşfiyyatçıları faydalanmağa çalışırdılar. Təsadüfi deyildi ki, Qafqaz Konfederatorları Birliyi Komitəsində Azərbaycanı M.Ə.Rəsulzadə X.Sultanov təmsil edirdi.

 

X.Sultanov sonradan Polşada hökumət rəsmiləri ilə danışıqlar aparmışdı.

 

1930-cu ilin aprelin 13-də Sovet Xarici İşlər Nazirliyi İran nümayəndəliyinə azərbaycanlı üsyançı dəstələrin İran Azərbaycanı ərazisində Sovet-İran sərhəddində baza yaratmağından narahatlığını bildirdi Tehranı Azərbaycan partizanlarının fəaliyyətinin qarşısını almamaqda günahlandırdı. Həmin ilin mayın 24-də Moskvadakı İran səfirliyinə yeni bir nota verildi burada müsavatçıların Təbrizdə, Ərdəbildə, Astaradakı fəallığından narahatlıq bildirildi. 1931-ci ildə Sovet qoşun hissələri azərbaycanlı üsyançı dəstələri məhv etmək məqsədi ilə Araz çayını keçib İrana daxil oldu çoxlu mühacirləri həbs edib öldürüb sıradan çıxardı.

 

Beləliklə, İranda olan mühacirlərin vəziyyəti olduqca pisləşdi. Azərbaycandan gələn azərbaycanlıların maddi durumu isə çox ağır idi. 1930-cu ilin 10 sentyabrında Azərbaycan diplomatik nümayəndəliyi Parisdə Millətlər Liqası Assambleyasından həmin ağır vəziyyətdə yaşayan qaçqınlara maddi yardım göstərilməsini xahiş etmişdi.

 

1931-ci ilin dekabrında X.Sultanov bununla əlaqədar Ə.M.Topçubaşova yazırdı: "Vətəndə İranda hansı dəhşətlərin törədilməsi, həmvətənlərimizin hansı sıxıntılara məruz qalması təsvirə belə gəlməz. İran həbsxanaları azərbaycanlı mühacirlərlə doludur..."

 

X.Sultanovun ömrünün sonlarındakı siyasi fəaliyyəti ilə bağlı faktlara 1940-cı illərin əvvəllərində rast gəlmək mümkündür. Belə ki, 1940-cı ilin əvvəllərində polyaklar Türkiyə ərazisində Qafqaz Konfederasiya Şurasını yaratmağa çalışırdı. Bu dövrdə Atatürk dövründən fərqli olaraq Türkiyə ingilis-fransız bloku xəttinə meyllənirdi. Yəni Sovet dövlətinin mühacirlərlə bağlı müəyyən təzyiqləri arxa plana keçmişdi artıq İkinci Dünya müharibəsinin başlanması ilə yeni situasiya yaranırdı.

 

1940-cı ilin 23 yanvarında Parisdəki Azərbaycan nümayəndəliyinin katibi A.Atamalıbəyov polyaklara Qafqaz Konfederasiya Şurasının İstanbul filialı üçün iki namizədin adını çəkmişdi: Mustafa bəy Vəkilli Xosrov bəy. Xosrov bəy haqqında bu sözlər yazılmışdı: "Onun əsli İranla sərhəd olan Cənubi Qarabağdandır. Bu ailə çoxsaylıdır ölkəyə güclü təsiri var. Xosrov bəy öz qohumlarının gücünə ölkə daxilində hərəkət edə bilər. O, parlaq, fəal patriotdur".

 

X.Sultanov 1938-ci ildə Atatürkün dəfn mərasimində Azərbaycan adından Ş.Rüstəmbəyli ilə birgə rəsmi nümayəndə olaraq iştirak edib.

 

X.Sultanovun fəaliyyətinin əsas bir dövrünü onun Birinci Dünya savaşı illərində Rusiya işğalına uğrayan Türkiyə torpaqlarında Anadolu türklərinə göstərilən yardımdakı fəaliyyətidir.

 

Məlum olduğu kimi, Rusiya ilə Türkiyə arasında müharibənin başlanması ilə sərhəddə yerləşən Batum Qars bölgələrinin müsəlman əhalisi çox ağır vəziyyətə düşmüşdü. Müharibə başlayanda Qarsda yaşayan erməni əhalisi təcavüzkarlıq edərək çoxlu sayda müsəlmanları qətlə yetirmişdi. Sərhəd bölgəsində olan Oltu, Tavus, Qars, Ərdəhan, Gil, Caldır, Artvin Ardanuc bölgələrində silahlı erməni könüllü dəstələri dinc əhaliyə qarşı vəhşiliklər törətmişdilər. Rusiya hökumətinin oradakı nümayəndəsi isə bu qətliama laqeyd yanaşmışdı. O dövrdə Qars qubernatoru Podqorskinin rəsmi dəvətindən sonra Bakıdan Ağa Balaquliyev, doktor Vəkilov, Gəncədən Aslan bəy Səfikürdski hadisə yerlərinə getmiş, Sarıqamışda olmuş, Xorasan bölgəsini gəzib qayıtdıqdan sonra, müsəlmanların çox acı durumda olması ilə bağlı hökumətə məruzə təqdim etmişdilər.

 

1915-ci ilin noyabrında qərar verildi ki, "Bakı Cəmiyyəti Xeyriyyələri"ndən hökumətin digər xeyriyyə cəmiyyətlərindən ibarət bir komitə yaradılsın. Komitəyə Mirzə Əsədullayevin sədrliyi ilə aşağıdakı heyət yaradıldı: "Mühəndis Fətulla bəy Rüstəmbəyov, Həbib bəy Mahmudbəyov, Behbud bəy Cavanşir Babayev. Müsəlmanlara yardım etmək üçün bir heyət göndərilməsi qərara alındı. Heyətin təşkili Bakıda Xosrov bəy Sultanova, Gəncədə isə Aslan bəy Səfikürdskiyə tapşırıldı. 1916-cı ilin martın 16-da 10 nəfər köməkçidən (Bakıdan Hüseynov, İlyasov, Mahmudov, Məhəmmədov, Mirzəcamalov, Vəkilov Gəncədən Axundzadə, Şahsuvarov, Nəzərəliyev) ibarət olan bir heyət X.Sultanov A.Səfikürdski ilə birgə Qarsa gedir. Onlar buradakı müsəlmanların vəziyyətinin həqiqətən ağır durumunun şahidi olurlar. Hökumətin (Rusiya hökumətinin) buradakı komitəsi ancaq ermənilərə yardım edir, müsəlmanları özlərinə xain hesab edirdi.

 

Komitənin bu laqeydliyiqeyri-insani mövqeyindən narazı qalan X.Sultanov iclasda müsəlmanlara yardım göstərilməsinin vacibliyini söyləyir. Onun bu mövqeyindən acıqlanan qubernator: "Nə deyirsiniz, xainlərə yardım etmək istəyirsiniz?" X.Sultanov ona belə cavab verir ki, onların xəyanəti yalnız məhkəmə ilə sübut oluna bilər. Sübut edilməyibsə, deməli, xain deyillər. Belə olduqda, qubernator bölgə rəisinin bu fikri söylədiyini qeyd edir. Qubernatorun bu əsassız cavabından sonra komitənin qərarı ilə X.Sultanov köməkçiləri ilə Ərdəhan müsəlmanlarına yardımı öz üzərinə götürür.

 

X.Sultanov 1917-ci ildə nəşr edilən "Qardaş köməyi" jurnalında çap olunan "Bakı Müsəlman Cəmiyyəti-Xeyriyyəsi" Hərbzədələrə Yardım Şöbəsinin fəaliyyəti məqaləsində yazırdı: "Onların ümidgah və pənahı ancaq bir Allah idi. Bizim adamlarımız ürəkdə məhəbbət, gözlərində həmdərdlik sirişki və üzlərində qardaşlıq hissi ilə gəldikdə ilk vaxtlar məhəlli əhali çəkmiş olduqları müsibət, görmüş olduqları həqarət və təcavüz edilmiş namuslarına baxaraq, eyni zamanda, qardaş köməyi uzadan əllərin varlığına şad olaraq deməyə söz tapmır, ancaq "Sizi Allah göndərmişdir" deyirdilər. Köməkçilər öz vəzifələrini qorxusuz, böyük fədakarlıq ilə, eyni zamanda da öz hüquq və şərəflərini bilərək yaxşı taktika ilə ifa edirdilər. Allahsız yunanların, ermənilərin və xırda hökumət məmurlarının insafsız əməllərini mənə bildirirdilər. Mən də Qafqaz Hökuməti aliyyəsi ilə Duma Vəkili Cəfərova xəbər verirdim. Müsəlmanlar bir az asudə nəfəs almağa başladılar".

 

Xosrov bəy Sultanov 1943-cü ildə İstanbulda vəfat edib, həmin şəhərdəki "Fəriköy" məzarıstanında dəfn olunub.

 

525-ci qəzet  2017.- 18 yanvar.- S.4.