"Qarabağ - əsrlərin salnaməsi" təqdim olunub

 

Dünən Beynəlxalq Muğam Mərkəzində "İrs" seriyasının yeni nəşri olan "Qarabağ - əsrlərin salnaməsi" kitabının təqdimatı olub.

 

Azərbaycanın dilbər guşəsi olan Qarabağın faciəli taleyinə həsr edilən kitab Mədəniyyət Turizm Nazirliyinin dəstəyi, "Paşa Həyat Sığorta" ASC-nin "Silk Way Group" şirkətinin dəstəyi ilə "IRS Publishing House" tərəfindən nəşr edilib. Layihənin rəhbəri baş redaktor Musa Mərcanlı, elmi məsləhətçiləri tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri namizədi Səbuhi Əhmədovdur. Xüsusi dizayn zövqlə hazırlanmış bu kitab oxuculara Azərbaycan rus dillərində təqdim edilir.

 

Tədbirdə dövlət rəsmiləri, deputatlar, xarici ölkələrin diplomatları, tanınmış mədəniyyət incəsənət nümayəndələri, ziyalılar, jurnalistlər iştirak ediblər.

 

Mərasimdən öncə qonaqlar Mərkəzin foyesində sərgilənən "İrs" jurnalının seriyasının müxtəlif nəşrləri, eləcə "Qarabağ - əsrlərin salnaməsi" kitabı ilə tanış olublar.  Əvvəlcə Qarabağ müharibəsində, eləcə Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbirdə mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxış edərək Qarabağın nəinki Azərbaycanda, ümumən dünyada ilk insan məskənlərindən biri olduğunu vurğulayıb. Nazir deyib ki, əsrlər boyu xristian müsəlman əhali Qarabağda mehriban yaşayıb, öz dini inanclarını, ibadətlərini regionun qədim tarixə malik dini abidələrində rahatlıqla icra ediblər: "Çox təəssüf ki, erməni qəsbkarları Qarabağı işğal etdikdən sonra Azərbaycanın qədim tarixini özündə əks etdirən abidələri yerlə-yeksan etmiş, ya da bu tarixi oğurlamaq məqsədilə süni şəkildə Alban yazılarını erməni yazıları ilə əvəzləmişlər. Düşmən xüsusən qədim Albaniyanın xristian abidələrini ermənilərin kökü ilə bağlayaraq, tarixi saxtalaşdırmağa bu saxta tarixi dünya ictimaiyyətinə qəbul etdirməyə çalışır".

 

Ümummilli lider Heydər Əliyevin "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün,  Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir,  əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir" - sözlərini xatırlayan nazir, Qarabağın işğalına tezliklə son qoyulacağına, haqq-ədalətin öz yerini tapacağına inandığını qeyd edib.

 

Daha sonra kitabın əhəmiyyətindən söz açan nazir deyib ki, 20 Yanvar faciəsinin 28-ci ildönümü ərəfəsində belə bir nəşrin təqdimatının keçirilməsi xüsusi önəm kəsb edir. Çünki bu Qarabağın tarixindən, qarabağlıların keşməkeşli həyatından, habelə XX əsrin 80-ci illərinin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, Dağlıq Qarabağın işğalından, Xocalı soyqırımından bəhs olunur.

 

Ə.Qarayev bildirib ki, Qarabağ daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Hərbi təcavüzlə bərabər Ermənistan tərəfindən Azərbaycana qarşı mənəvi təcavüz davam edir. Bunun qarşısını almaq üçün biz hər zaman öz tariximizə hörmətlə yanaşmalıyıq. Təqdim olunan kitab məhz bu məqsədə xidmət edir. Nəşr "Azıx mağarası", "Məğrur albanlar", "Monqol istilası", "Müharibələrarası dövr", "Pənahəli xan Qarabağlı", "Yenilməz Şuşa", "Çətin seçim", "Əcdadların torpağı uğrunda", " unutmaq, bağışlamaq" fəsillərindən, proloq epiloqdan ibarətdir. Bu fəsillərin hər birində mövzu elmi, tarixi mənbələrə istinadla mükəmməl əhatə olunub. Məsələn, "Azıx mağarası" fəsli oxucuda bu məkanın qədimliyi haqqında dolğun təsəvvür yaradır: "Məmmədəli Hüseynovun topladığı zəngin material onun bu regionda insanın əmək fəaliyyətinə 2 milyon il öncə başlaması ilə bağlı cəsarətli fərziyyə irəli sürməsinə imkan verdi. Gürcü arxeoloqların daha sonrakı tapıntıları azərbaycanlı alimin ehtimalını doğrultdu. Qarabağ, həqiqətən, bəşəriyyətin ilk yurdlarından biri hesab edilə bilər. Bu isə, öz növbəsində, Homonun polisentrik mənşəyi onun yaşı (ən azı 3 milyon il) ilə bağlı nəzəriyyənin xeyrinə daha bir arqumentdir".

 

Nazir Əbülfəs Qarayev tədbirdə öz çıxışını Azərbaycan ingilis dillərində təqdim edib. O, Qarabağ həqiqətlərini kitab haqqında məlumatları xarici diplomatlara tərcüməçi yardımından istifadə etmədən, aydın səlis ingiliscədə çatdırıb.

 

"İrs" jurnalının baş redaktoru Musa Mərcanlı layihə və "Qarabağ - əsrlərin salnaməsi" kitabının yaranması haqqında iştirakçılara məlumat verib: "Artıq 16 ildir ki, dünyanın 17 dilində çap olunan "İrs" jurnalında yayımlanan yazılar o qədər maraqlı və mühüm məlumatlarla zənginləşdi ki, biz bunları kitab halında seriya şəklində çap etdirmək qərarına gəldik. Qarabağla bağlı bu kitab "İrs" seriyasından işıq üzü görmüş 7-ci kitabdır. Bu ilin sonuna qədər daha iki kitabın çapı planımızda var".

 

Layihə rəhbəri qeyd edib ki, kitabda yer alan fotoşəkillər dörd il ərzində xarici fotoqrafların köməyi sayəsində çəkilmiş Qarabağın son illərdəki vəziyyətidir: "Bu illər ərzində qarşımıza çıxan müxtəlif çətinliklərə baxmayaraq, biz Qarabağla bağlı yüzlərlə fotoşəkillər əldə etdik ki, onların hamısını bir kitabda yayımlamaq mümkün olmadı. Bizim bunu etməkdə məqsədimiz odur ki, gənc nəslə və dünyaya Qarabağ uğrunda apardığımız bu müharibənin əsl səbəbini öyrədək, bu cür məkanı düşmənin yad tapdağında buraxmayacağımızı anladaq".

 

"Qarabağ hər bir azərbaycanlının dərdi olduğu kimi, onunla bağlı həqiqətləri dünyaya çatdırmaq da bütün azərbaycanlıların ən müqəddəs borcudur"- deyən "Paşa Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov nəşrin əhəmiyyətindən söz açıb və vurğulayıb ki, bu layihə bizim erməni qəsbkarlarına qarşı informasiya müharibəmizdə ən böyük qələbəmizdir.

 

Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli özünün Qarabağla, Şuşayla bağlı xatirələrindən söz açıb və xarici diplomatlara müraciətlə: "Qarabağ şikəstəsi" olan yerdə Qarabağın Azərbaycana məxsus olmasına dünyanın inanması üçün daha hansı sübut lazımdır?" - deyib. Daha sonra Xalq artisti Polad Bülbüloğlu ilə birgə on il öncə Şuşaya olan səfərini xatırlayıb, "Şuşadan körpə nəfəsi, musiqi səsi gəlmirdi" - deyərək əvvəlki Şuşadan indi əsər-əlamət belə qalmamasına təəssüfləndiyini vurğulayıb.

 

Tədbir konsert proqramı ilə davam edib. Əməkdar artist Ehtiram Hüseynov "Şuşanın dağları", "Muğam-2011" müsabiqəsinin qalibi, xanəndə Səbinə Ərəbli "Qalmaz belə, qalmaz dünya", xanəndə Firuz Səxavət "Qarabağ maralı", Xalq artisti Nəzakət Teymurova "Qarabağ" mahnıları ilə dinləyicilərin zövqünü oxşayıblar. Tədbir xanəndələrin birgə ifa etdikləri "Qarabağ şikəstəsi" ilə yekunlaşıb.

 

Xatırladaq ki, layihə çərçivəsində indiyədək "Qədim qalanın yuxuları", "Qobustan - minilliklər kitabı", "Təbrizin sehrli nağılları", "Naxçıvan - Şərqin əfsanəsi", "Məftun edən şəhər", "Bakı simfoniyası" kitabları nəşr olunub.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet  2018.-19 yanvar.- S.4.