Bolonyada fərqli bir sərgi: "Fikrini dəyişmək normaldır"

 

İtaliyanın Bolonya şəhərində “Fikrini dəyişmək normaldır” (It’s ok to change your mind) adlı sərgi açılıb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, martın 18-dək davam edəcək və “İyirmi bir rus baxışı” devizi altında keçirilən sərginin kuratorları Lorenso BalbiSuad Qarayeva-Malekidir. Sərgidə “Qazprombank”ın kolleksiyasından 21 rus rəssam və fotoqrafın əsərləri nümayiş olunur.

İtaliyanın “Koryere di Bolonya” qəzetində Pyero Di Domenikonun sərgi haqqında təəssüratları dərc olunub. Yazıda qeyd edilir ki, XX əsrin 90-cı illərinin əvvəllərində rus avanqard janrında geniş yayılmış və “Mamboda inqilab” adlı sərginin əsərlərində aşkar hiss olunan hüquq bərabərliyinə olan güclü meyil yüz il sonra sadəcə boğulmuş səs kimi görünür. Qırx altı yaşlı Yelena Kovılinanın əsərlərindən birini anladanEgalite” adlı sənədli filmdə göstərildiyi kimi, fərqli yaşlara, irqlərə və peşələrə aid kişi və qadınlar bir sıraya düzülüblər, onların boy fərqi isə ayaqları qeyri-bərabər uzunluqda kəsilmiş kətillərlə kompensasiya olunub. Məhz kətillərin ayaqları sayəsində həmin kişi və qadınların başları ideal bərabərlikdə sıralanıb ki, bu da aldadıcı xarakterə malikdir. Sanki Moskvadaonun ətrafında yağış ancaq sınmış kətillərə yağır. Bu kadr ilə Via Saraqossa 228/230 ünvanındakı “Qızılgüllər küçəsi” (Nyu-York şəhərində dəbli qadın geyimləri və bahalı restoranlar olan məşhur küçə) adlı məşhur cərəyanın əsasını qoyan müasir rus incəsənətinə həsr olunmuş ekspozisiya açılır.

Müəllif bildirir ki, sərgi keçmişlə hesablaşmaq, eləcə də Bolonya Muzeyləri Birliyinin prezidenti Roberto Qrandinin dediyi kimi, “əslində az məlumatlı olduğumuz mədəniyyət sahəsindəki fəallığı qiymətləndirmək” üçün “inqilab”ı gedib görmək lazımdır”. XVII əsrə aid olan və istirahət üçün nəzərdə tutulmuş binanın iki mərtəbəsində rəsm əsərləri, fotoşəkillər, heykəllər və s. nümayiş olunur.

Yazıda Londonda yaşamış azərbaycanlı kurator Suad Qarayeva-Malekinin sərgi haqqında fikirlərinə yer verilir: Birinci mərtəbədə rəssamların onları əhatə edən reallığa dair düşüncələrinin məhsulu olan əsərlər təqdim olunur ki, bunlar da çox vaxt fərqli şəkildə işlənmiş nostalgiya motivlərini özlərində birləşdirirlər. İkinci mərtəbədə hadisələrin gələcəkdə mümkün inkişafını əks etdirən əsərlər nümayiş olunur”.

Daha sonra məqalədə ayrı-ayrı müəlliflərin əsərlərindən söz açılır. Qeyd olunur ki, Olqa Çernışevanın “Möcüzə arzusunda” adlı rəngli silsilə təsvirlərində sovet dövründə çox populyar olanuzaqdan havada asılmış kaktusu xatırladan tüklü baş örtüyü geyinmiş qadınlar göstərilir. Daim rastlaşdığımız bir motiv olan keçmişin zarafatyana təhrifi sərgiyə gələnləri hətta bir mərtəbədən digərinə aparan pillələrdə belə izləyir və ziyarətçilər sanki zaman və məkan tunelində olurlar. Sergey BratkovunNeznayka Ayda” əsərində rəssamın Moskva şəhərindəki məhəlləsinin bir neçə sakini aylı və utopik bir mühitdə təsvir olunur.

Sərginin ən gənc iştirakçılarından olan 31 yaşlı Svetlana Şuvayevanın əsərinin adı “İkeyabrendinin reklam devizindən götürülüb ki, bu da istehlak ruhundan qaynaqlanır.

İtalyan fotoqraf Cakomo İnfelizenin çəkdiklərinə əsasən, beyin fırtınası parçaları yaradan Mişmaş duetində rus meqapolisi haqda mücərrəd formada danışmaq üçün sərgiyə gələn qonaqlara təsvir olunan yerləri tanımaq imkanı yaradılır. Tamaşaçılar həmin yerləri fotoqrafın çəkdiyi real görüntülərlə müqayisə edirlər.

Anatoli Osmolovskinin tank qüllələri formasında olanİrina Korinanın “Smiles” adlı bədheybət heykəlləri sosializm dövründə istifadə edilmiş materiallardan hazırlanıb. Təsvirdəkilər sanki onlara baxanlara gülümsünürlər.

Hazırda Bruklində (Nyu-York) yaşayan Darya İrinçeyeva öz təsvirlərində kiçik kətanların üzərində yenidənqurma dövründən sonraya aid olan, SSRİ-nin süqutu ilə öz mənasını itirən uşaqlıq kitablarının əksini yaradıb.

Alina Qutkinanın çəkdiklərinə xüsusi diqqət yetirməyi tövsiyə edən müəllif bildirir ki, bu əsərlərin qəhrəmanları olan gənclər dünyanın istənilən guşəsində ola bilərdilər, ancaq onlar özlərinə qlobal və geniş yayılmış mədəniyyətdə sığınacaq tapıblar...

 

525-ci qəzet.- 2018.- 24 yanvar.- S.7.