"Tale vətən taleyi, yazı vətən yazısı..."

 

Lənətə gəlmiş Feysbukda o qədər yalan, uydurma məlumat olur ki, bəzən heç fikir vermirsən bir çoxuna... Amma öldü, qəzaya düşdü sairə bəd xəbərlərdə tanış ad görəndə adam istər-istəməz səksənir, narahat olur.

 Srağagün axşamüstü belə oldu. Təxminən belə bir status çıxdı qarşıma: "Hərbçi qardaşımız Rəhimi itirdik"... Təbii ki, narahat oldum! Vətən daha bir müdafiəçisini itirib! Bizim Rəhim ağlıma gəldi, amma inanmadım. Dedim yəqin başqa Rəhimdir. Başımı başqa işlərlə qatmağa çalışdım, amma beynimdə, "Rəhim!" kəlməsi ilişib qalmışdı, illah elədimsə çıxmadı. Telefonu götürüb Ədaləti yığdım. Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin qardaşı, Qarabağ qazisi, Rəhimin ən yaxın dostu, silahdaşı Ədalət Məhərrəmovu deyirəm.

- Ədalət...

Heç salam filan da olmadı aramızda...

- , düzdür! Qardaşım getdi, canımın bir parçası getdi...

Dünyada ən ağır itkiləri yaşamış, böyük həyat təcrübəsinə malik insan olduğundan nəyə zəng etdiyimi anlamışdı. Başqa heç soruşmadım. Özü dedi...

- Gətirirlər Bakıya! Sabah dəfn olunacaq!..

İlk xəbər bu oldu ki, polkovnik minaya düşüb!

Beynimdə qulaqlarımda mina partlayışının səsi, ondan sonrakı uğultu var idi!..

Polkovnik Rəhim Əliyev Qarabağ müharibəsindən keçmiş Azərbaycanın peşəkar zabitlərindən biri idi. O, Azərbaycanın ilk mühəndis-istehkamçılarından olub. 1992-ci ildə Fred Asifin yaratdığı 859 saylı hərbi hissədə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. Batalyonun ən savadlı ən etibarlı zabitlərindən idi. Ağdərədən tutmuş Füzuliyə qədər neçə-neçə əməliyyatda iştirak edib, ölümün pəncəsindən sağ çıxmışdı. 2016-cı ilin aprelində Lələtəpə digər ərazilərin azad edilməsində xüsusi xidmətləri olub Rəhimin. O, sağlığında Azərbaycan dövlətinin ən yüksək medalları olan "İgidliyə görə" "Vətən uğrunda" medalları ilə təltif edilib!

Dörd övladı qaldı özündən sonra...

Bütün bu informasiyalar beynimdə edəcəyimi bilmirdim. Baş Qazimiz Ehtimad Əsədovu yığdım, onu məlumatlandırdım. Təbii ki, o da üzüldü bu xəbərdən. Ardınca digər Qazimiz Firidun Məmmədova zəng etdim. Eyni reaksiya; üzgünlük, itkinin acısının səsi!

Beynimdə qulaqlarımda mina partlayışının səsi, ondan sonrakı uğultu var idi!

Feysbukda ilk statusumu yazdım:

"Çox üzücü bir xəbər! Polkovnik Rəhim Əliyev həlak olub! Rəhmətlik Fred Asifin ən yaxın silahdaşı! Qarabağ müharibəsinin iştirakçısı idi! Ömrü orduda, elə Qarabağda keçdi!"

Dostlardan, həmkarlarımdan zənglər gəlməyə başladı... Feysbukda yazanlar hadisəni soruşurdu. olub? Niyə olub? Dəqiq baş verdiyini bilməsəm , təxminlərimi deyirdim. Beləcə səhəri dirigözlü açdım. Tamam unutmuşam, gecə İlham Tumas zəng elədi. Vədələşdik ki, bir yerdə gedək qardaşımızla vidalaşmağa. Səhər İlham Tumas, 20 yanvar hadisəsinin simvollarından birinə çevrilmiş şəhidlərimiz - Fərizə İlham ailəsinin üzvü Elxan Allahverdiyevlə birgə getdik. Xeyli insan gəlmişdi polkovniklə vidalaşmağa. Beynimdə qulaqlarımda mina partlayışının səsi, ondan sonrakı uğultu var idi!

Müdafiə nazirinin müavini, general leytenant Kərim Vəliyev, general-mayor Rasim Əliyev, polkovnik Abdulla Qurbani digər yüksək rütbəli zabitlər Rəhimin tabutunun yanında dayanmışdılar. Biz isə aşağıdaydıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı xidmətin kollektivi ilə, polkovnik Xətai Baxışovla, polkovnik - leytenant Üzeyir Cəfərovla rastlaşdım. Hamı üzgün, hamı kədərli idi.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili hörmətli Əflatun Amaşov da (bu sətirləri yazanda xatırlayıram ki, gecə Umud Rəhimoğlu da zəng etmişdi, hər ağır günümüzdə yükümüzün altına çiyinlərini verən Umud Rəhimoğlu! Səhər Amaşovla birgə gələcəklərini demişdi - red.) şəhid polkovniklə vidalaşmağa gələnlər arasında idi.

, tamam unutmuşam! Gecə Qarabağ qazisi kərbalayı Elməddin zəng elədi. Beynimdəki uğultu imkan vermir tam eşidim. Dərdimizi bölüşdük! Rəhimlə son görüşlərindən danışdı:

- ...Qaqa, and olsun Allaha! Şəhid olmaq istəyirdi! Son dəfə görüşəndə dedi: Elməddin, sənnən bir yerdə şəhid olmaq istəyirəm!"... Yaddaşımda qalan bu oldu!

Beynimdə qulaqlarımda mina partlayışının səsi, ondan sonrakı uğultu var idi!

Vida mərasimində Abdulla Qurbani polkovnikin keçdiyi şərəfli döyüş xidmət yolundan danışdı. Xocavənd rayonunun icra başçısı Eyvaz Hüseynov mərasimdə iştirak edən zabit çıxış etdi. Molla islam dinimizin qaydalarına uyğun olaraq dualar oxudu.

Aşağıdan Rəhimin qızının səsi gəlirdi. İçin-için elə yanıqlı ağlayırdı ki, adamın ürəyi yanırdı! Yəqin çıxışçılara mane olmamaq üçün için-için ağlayırdı!

Polkovnikin ay-ulduzlu bayrağımıza bürünmüş tabutu əsgərlərin çiyninə qaldırılanda qızı özünü saxlaya bilmədi! Ucadan atasına səsləndi: Ata, bizi qoyub hara gedirsən?! Bizi kimə tapşırırsan, ata! Axı söz vermişdin, ay ata!..

Beynimdə qulaqlarımda mina partlayışının səsi, ondan sonrakı uğultu var idi!

"Qurd qapısı"nın aşağısında hərbçilər üçün nəzərdə tutulan qəbiristanlıqda hərbi orkestrin hüznlü musiqi sədaları altında torpağa tapşırdıq qardaşımızı! Hərbi qaydalara uyğun, ehtiram əlaməti olaraq məzarı başında yaylım atəşi atıldı! Ruhun şad olsun, qardaş!

Dəfndə polkovnik-leytenant Ramil Səfərovla, Umud Rəhimoğlu ilə görüşdüm. Gənc blogger Tofiq Şahmuradovla oradan "Furqan" mərasim evinə gəldik. Polkovnik Abdulla Qurbani Xocavənd rayonunun icra başçısı Eyvaz Hüseynov yanlarında yer göstərdilər, əyləşdim. Azərbaycanın qocaman mühəndis istehkamçısı polkovnik Cümşüd Qasımov Rəhimdən danışdı. Çox yaxın imişlər. Bu qocaman istehkamçı onun peşəkarlığından, gördüyü işlərdən aramla danışırdı:

- Demək olar ki, hər gün zəngləşirdik Rəhimlə. Dünən zəng elədim, telefonuna zəng çatırdı, amma cavab vermirdi...

Kövrəldi, ardını danışa bilmədi, qəhər boğazına tıxanmışdı. Mən kövrəldim. Beynimdə qulaqlarımda mina partlayışının səsi, ondan sonrakı uğultu var idi. Mərasim evindən Eyvaz Hüseynovla birgə çıxdıq. Sağollaşıb ayrılanda da beynimdə qulaqlarımda mina partlayışının səsi, ondan sonrakı uğultu var idi!..

Bu səsdən elə xilas olmaq istəyirdim. Qeyri-ixtiyarı əlim avtomobilimin maqnitafonunun düyməsinə tərəf uzandı:

Tale vətən taleyi, yazı vətən yazısı...

Dostumuz, xalqımızın dəyərli oğlu, vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlının möhtəşəm "Öncə vətəndir" mahnısı idi... Sözləri musiqi isə dəyərli şair-bəstəkarımız Şahin Musaoğlunundur!

Bu sehrli səs avtomobilimin salonundan qulaqlarıma, qulaqlarımdan isə beynimə keçdi.

Qarşıda sonsuz yollar, öncə vətən torpağı.

Bu bir səssiz savaşın yenilməzlik sınağı...

Tale vətən taleyi, yazı vətən yazısı.

Əlimiz quran üstə, candan öncə vətəndir.

Son anda, son nəfəsdə sinə ona sipərdir.

Sinə vətən sinəsi, kəlmə vətən kəlməsi...

Rəhimin partlayışdan parçalanmış bədəni gözlərim önünə gəldi, özümü saxlaya bilmədim. Hönkürdüm!

Hiss elədim ki, iki gündür beynimdə qulaqlarımdakı mina partlayışının səsi, ondan sonrakı uğultusu yox idi...

Vətənimizi qoruyan oğullar var olsun!

Allah bütün şəhidlərimizə, o cümlədən, sənə rəhmət eləsin, əziz qardaşım!

Şəhid qardaşım!

 

P.S. Polkovnik Rəhim Əliyev xidməti vəzifəsini yerinə yetirərkən baş verən partlayış zamanı həlak olub!

 

Rey KƏRİMOĞLU

 

525-ci qəzet.- 2018.- 24 yanvar.- S.5.