Çingiz Sadıxovun arxivi muzeyə təhvil verilib

 

Azərbaycanın tanınmış pianoçusu, Xalq artisti Çingiz Sadıxovun həyat yoldaşı Ceyran Sadıxova sənətkarın arxiv materiallarını Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə təhvil verib.

Muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova bildirib ki, foto, qəzet, fəxri fərmanlar, afişalar sənətkarın yaradıcılığını əhatə edən 150-dək sənəd muzeyin fonduna daxil edilib.

Yaxın günlərdə muzeydə Çingiz Sadıxovun xatirəsinə həsr edilən tədbir çərçivəsində daxil olan materiallar ziyarətçilərə təqdim olunacaq.

 

XƏDİCƏ

 

525-ci qəzet.- 2018.- 25 yanvar.- S.8.