Milli KitabxanadaFiridun bəy Köçərli-155” sərgisi

 

Yanvarın 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, Azərbaycan uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Firidun bəy Köçərlinin anadan olmasının 155 illiyi münasibətilə kitab sərgisi açılıb.

 

Kitabxanadan AZRTAC-a bildirilib ki, “Firidun bəy Köçərli-155” adlı sərgidə ədibin əsərləri, “Ön söz” yazdığı, görkəmli ədəbiyyatşünasın həyat və yaradıcılığı haqqında yazılmış kitablar, qəzet və jurnal məqalələri yer alıb.

 

Sərgiyə baxış sərbəstdir.

 

525-ci qəzet  2018.- 26 yanvar.- S.7.