Səhnədə Cənnət yaradanda...

 

XALQ ARTİSTİ CƏNNƏT SƏLİMOVA TEATR MÜHİTİNDƏ USTAD REJİSSOR VƏ GÖRKƏMLİ ŞƏXSİYYƏT KİMİ DƏYƏRLƏNDİRİLİR

 

Şahanə MÜŞFİQ

 

Yəqin ki, hər kəsin həyatında unuda bilmədiyi, ilk dəfədən yaddaşına, qəlbinə həkk olunan, ən gözəl hisslərinə büküb həyatının gözdənuzaq küncündə gizlətdiyi bir kitabı, tamaşası, filmi var.

 

İlk dəfə keçirdiyi hisslərin sorağıyla ara-sıra gizlətdiyi küncdən çıxarıb tozunu silər, sanki özü yazıb, özü həyat veribmiş kimi bir duyğu ilə sahiblənər, yerli-yersiz hər kəsin yanında onun hisslərini tərpədən o əsərdən söz salar, hər kəsin onunla tanış olmasını istəyər. Bəlkə ondan başqa kimsə o əsərdən həmin hissləri ala bilməz, başqaları üçün hətta adi gələ bilər. Amma o, bu əsərlə bütünləşib bir dəfə...

 

Mənim həyatımda belə kitablar birdən çox olsa da, tamaşa cəmi bir dənədir: vaxtilə Gənc Tamaşaçılar Teatrının səhnəsində izlədiyimEzoptamaşası. Guilyermo Fiqeyredonun, mövzusunu eradan əvvəl VI əsrdə yaşamış qədim yunan təmsilçisi Ezopun həyatından götürdüyü əsər uzun illər teatr səhnəmizdə nümayiş olunsa da, mən onu 2012-ci ilin 22 aprel tarixində izləmişdim. Təhqirlərə, işgəncələrə əyilməyən, mütiliklə barışmayan, zəkası, ağlı, hazırcavablığı, fəlsəfi düşüncələri təmkinli davranışı ilə seçilən Ezopu Əməkdar artist İlqar Cahangirov elə canlı, təbii yaratmışdı ki, o, döyüləndə onun canının ağrısını öz canında, o qələbə qazanarkən fərəhini qəlbində hiss etməmək mümkün deyildi. Eləcə filosof Ksanfın mənfiliklərini, insanlığa zidd aləmini böyük ustalıqla sərgiləyən Əməkdar artist Nofəl Vəliyevin peşəkarlığı sayəsində Ksanfa nifrət etməmək, Əməkdar artist Gülər Nəbiyevanın zərifliyi fonunda Ksanfın arvadı Kleyanın əzəmətinə heyran olmamaq olmurdu.

 

O vaxta qədər Cənnət Səlimova adını dəfələrlə eşitsəm , heç bir işini izləməmişdim. Ezophəm mənim Azərbaycan səhnəsinin fədakar rejissor xanımını kəşfim oldu. Səhnədəki aktyorlar qədər peşəkar olsalar da, tamaşa rejissorla başlayıb, elə onunla da bitir. Ezop”da peşəkar rejissor işi göz önündə idi. Heç təsadüfi deyil ki, bu tamaşa Bakı Kamera Gənc Tamaşaçılar kimi iki böyük teatrın səhnəsində illərlə uğurla səhnələşdirilib hətta 2010-cu ilin 4-11 iyununda Krım Muxtar Respublikasının Sinferopol şəhərində XII Beynəlxalq Antik İncəsənət Festivalında festivalın ən yaxşı Antik tamaşası mükafatına layiq görülüb.

 

Yanvarın 20-si Cənnət xanımın 78-ci yaş günü idi. Ancaq qanlı faciədən sonra o, ad gününü həmin tarixdə qeyd etmir. Onun bu seçimini bilən tələbələri ya həmin gündən bir neçə gün əvvəl, ya da sonra onu təbrik edirlər.

 

Azərbaycanın görkəmli teatr rejissoru, Xalq artisti Cənnət Səlimova 20 yanvar 1940-cı ildə Bakı şəhərində doğulub. Cənnət xanım özü uşaqlıq illərini, valideynlərini belə xatırlayır: “Keçmiş Aziatski, indiki Əlövsət Quliyev küçəsində yaşamışıq. Atam ləzgi, anamsa cuhud qızıydı. Yaşadığımız bina əfsanəvi bina idi. Onun bir mərtəbəsiniAzdrama”ya vermişdilər. Orada Cəfər Cabbarlı, Mərziyə Davudova, Ülvi Rəcəb kimi insanlar yaşamışdı. Atamın Mərziyə Davudovaya çox böyük sevgisi, rəğbəti vardı. Mənim adımı da Mərziyə qoymaq istəyib. Amma anam razı olmayıb: “Gəl, ona isə gözəl bir ad tapaq. Cənnəti xatırladan bir ad olsun”. Atam da adımı elə Cənnət yazdırıb. Şəhadətnamə rusca olduğundan orada Canet yazılıb. Əslində Cənnətdir”.

 

1957- 1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya, 1962-1967-ci illərdə Leninqrad Dövlət Teatr Musiqi Kinematoqrafiya İnstitutunun Dram rejissoru fakültələrində təhsil alıb. Əvvəllər S.Vurğun adına Rus Dram Teatrı Musiqili Komediya Teatrlarında rejissor kimi fəaliyyət göstərib. Bu teatrda işlədiyi müddətdə C.Səlimova bir çox əsərlərə quruluş verib. Onlardan F.M.DostoyevskininCinayət cəza”, “Əbləh”, A.P.ÇexovunVanya dayı”, “İvanov”, C.CabbarlınınAydın s. pyeslərini misal göstərmək olar. 1982-ci ildən 1991-ci ilədək həmin teatrda baş rejissor vəzifəsində işləyib. 1991-ci ildə Bakı Kamera Teatrını yaradıb bədii rəhbəri işləyib. Azərbaycan Dövlət İncəsənət Mədəniyyət Universitetinin professorudur. Bundan əlavə Dövlət Musiqi Komediya Teatrında bir çox tamaşalar hazırlayıb. Ü.Hacıbəyovun “O olmasın, bu olsun”, İ.Karmanın “Silva”, “Maritsa”, F.LedarŞən dul qadıntamaşalarına səhnə həyatı verib. Azərbaycan Dövlət Akademik Opera Balet TeatrındaPayatsı” (R.Leonkovallo), “Traviata” (C.Verdi), “Bogema” (C.Puççini) kimi operaları səhnəyə qoyub. 2006-cı ilin mayından Cənnət Səlimova Opera Balet Teatrına əvəzçilik üzrə quruluşçu rejissor vəzifəsinə qəbul edilib.

 

2009-cu il aprel ayının 8-dən 2012-ci il sentyabr ayının 1-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində fəaliyyət göstərib. Hazırda teatrda quruluşçu rejissor vəzifəsini icra edir.

 

1972-ci ildə Əməkdar artist, 1999-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2001-ci ildən Prezident təqaüdçüsüdür.

 

Cənnət Səlimova hələ institutun birinci kursundan başlayaraq, ömrünü səhnədə, tamaşalar axtarışında, aktyorların arasında keçirib. Özü mənim teatrdan ayrı həyatımolmayıb deyir. Ömrünün 50 ilindən çoxunu Azərbaycan incəsənətinin inkişafına həsr edən bu fədakar xanım üçün ən böyük mükafat isə tamaşaçının onun tamaşalarına olan reaksiyasıdır: “İncəsənət din deyil, amma o da vasitədir. Mən bu vasitə ilə özümü ifadə edirəm. Allahın mənə göstərdiyi işığı tamaşaçıya göstərməliyəm. Bilirsiniz, insanın ən böyük dəyəri sevgidir. Bizim ömrümüz azdır. Əsrimiz o qədər qısadır ki... Onu nifrətə xərcləmək olmaz. Bütün yaradıcılığım bunun üzərində qurulub.Şeyx Sənanda, “Aydında, “Romeo Cülyetada, “Danabaş kəndinin əhvalatlarıda, hətta Mirzə Fətəli Axundovun komediyaları da bunun üzərində qurulub”.

 

Cənnət Səlimova yalnız rejissorluq fəaliyyəti ilə yetinmir, həm də çox uzun illərdir bir pedaqoq kimi yeni-yeni rejissorların, aktyorların yetişməsində mühüm rol oynayır həm səhnədə, həm auditoriyada, həm də həyatda. İndi səhnəmizdə öz sözünü demiş, özünəməxsus yer tutan tanınmış aktyorlarımız var ki, onlar Cənnət Səlimova məktəbinin davamçılarıdır. Çox gözəl haldır ki, Cənnət xanım həm də öz tələbələri tərəfindən sevilən bir müəllimdir. Ancaq onu yalnız auditoriyadakı tələbələri deyil, eləcə də onun rejissorluğu ilə tamaşalar ifa etmiş bir çox gənc aktyorlar da müəllimləri kimi qəbul edirlər. Bunu onların səsləndirdiyi fikirlərdən də bilmək olur.

 

RF Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov Cənnət xanımı bir insan kimi xarakterizə edərkən deyir: “Cənnət xanımın rejissorluğu, sənətkarlığı haqqında çox yazılıb, çox deyilib, ancaq o, insan kimi dəyərli, səbrli, xeyirxahdır. Bunlar isə insan üçün ən vacib keyfiyyətlərdir. O, elə göründüyü kimidir. Bir çox kişilərin eliyə bilmədiyi xeyirxahlığı, dəyanəti Cənnət xanım göstərir. O, mərd, kinsiz, səmimidir. Cənnət xanım teatrı, tələbələrini, ümumilikdə Azərbaycan incəsənətini çox sevir. Eləcə də teatr, tələbələri və Azərbaycan tamaşaçısı onu sevir”.

 

Əməkdar artist Şövqi Hüseynov həm universitetdə onun tələbəsi olub, həm də bu sənətə ilk addımlarını 1991-ci ildən Cənnət xanımın rəhbərliyi ilə fəaliyyətə başlamış Bakı Kamera Teatrının səhnəsində atıb. Ona görə də o, heç bir tərəddüdsüz Cənnət Səlimovanı özününözü kimi onlarla aktyorun ustadı adlandırır: “Şəraitdən, vəziyyətdən asılı olmayaraq, dəyişməyən xüsusi insanlar var. Onlar vəziyyətin özünü dəyişir, həmin vəziyyətdən, şəraitdən faydalanaraq, yeni, daha gözəl şeylər yaradırlar. Mənim üçün Cənnət xanım belə insandır. O, mənə təkcə sənətin sirlərini deyil, insanlığın sirlərini də öyrədən bir USTADDIR.

 

O, mənim həyatımın, sənət yolumun bütün çətinliklərini asanlaşdırmağı bacardı, mənə sənət əxlaqı, bir ömür boyu yaşaya biləcəyim sənət səadəti bəxş etdi”.

 

Rejissor Gülnar Hacıyeva da Cənnət xanımı çox sevən, hər zaman yanında olan tələbələrindəndir. O da Cənnət Səlimovanı gənclərə qayğıkeş insan, tələbələrinə diqqətcil müəllim, sənətinin fədaisi rejissor kimi xarakterizə edir: “Mən 1998-ci ildən indiyədək onun yanındayam. O, mənə həm teatr, həm də tədbir rejissorluğunu öyrədib. Cənnət xanım kövrək ürəyə malik, gözəl insandır. Tələbələrinin arxa, dayağıdır. 78 yaşı tamam olan ustadımdan mən hər gün nəsə öyrənirəm”.

 

Əməkdar artist Nofəl Vəliyev isə “Ezop” tamaşasından və Cənnət Səlimova məktəbindən bəhs edərkən onun bir çox tövsiyələrini xatırladı: “Ezop” tamaşası mənim ən sevdiyim tamaşalarımdan, Ksanf isə sevdiyim rollarımdandır. Bunubunun kimi bir sıra böyük və məsuliyyətli rolları mənə Cənnət xanım həvalə edib. Cənnət xanım demək, hər şey deməkdir. O, mənim məktəbim, müəllimim, rollarımdır. Bizim onunla münasibətimiz müəllim-tələbə deyil, ustad-şagird münasibətidir. O, bizim qarşımızdakı mayakdır, yolumuza hər zaman işıq salır. Cənnət xanım bizə ən vacib iki şeyi öyrədib: bu sənətlə zarafat etmək olmaz və səhnə bizim üçün hər yerdən müqəddəs bir yerdir”.

 

Aktrisa Şəbnəm Hüseynova isə deyir ki, onun bu sənəti seçməsində birbaşa Cənnət xanımın rolu var: “1996-cı ildə Bakı Kamera teatrında Cənnət Səlimovanın quruluşundaMüsyö Jordan və Dərviş Məstəli şah” tamaşasına baxdıqdan sonra aktrisa olmaq qərarına gəldim. İmtahanımı da təsadüfdən, ya qismətdənmi Cənnət xanım özü götürdü və mən yüksək qiymətlərlə universitetdə, özüonun kursuna daxil oldum. Əgər o kursa düşməsəydim, dörd il gözləyib yenidən imtahan verməyə qərarlı idim, təki o məktəbi keçim. Azərbaycan teatr sənətində özünəməxsus yeri, öz dəsti-xətti olan Cənnət Səlimovanın tələbəsi olmaq, daha sonra onun teatrında çalışmaq, uzun illər onun quruluş verdiyi tamaşalarda rol almaq məncə, hər bir tələbə üçün böyük xoşbəxtlikdir. Cənnət Səlimova məktəbi keçmək hər aktyora nəsib olmur. Aktyor birinci növbədə rejissora inanmalıdır. Biz də Cənnət xanıma çox inanırıq. O, mənim üçün əvəzedilməz rejissorböyük insandır”.

 

Cənnət xanım bu günyorulmadan, usanmadan çalışır, yeni-yeni tamaşalar hazırlayır. Hazırda Gənc Tamaşaçılar Teatrında “Dəlixanada qətl” tamaşası üzərində işləyir, Mədəniyyət və İncəsənət Universitetində Nofəl Vəliyevin rəhbəri olduğu kursla birgə “Ezop” tamaşasına yeni quruluş verir.

 

Cənnət Səlimova teatrla, səhnəylə nəfəs alanbundan bir an olsun peşmanlıq duymayan sənətkardır. Bu qədər tamaşaya quruluş verən, bu qədər əsəri səhnələşdirən rejissor öz həyatı haqqında danışarkən “Teatr” sözündən başqa söz işlətmir və “mən öz həyatımın çox pis rejissoruyam”-deyir. Bu bir cümlənin arxasında illərin hansı ağrısı, acısı, əzabı, çətinlikləri dayanırsa, bunu bir özü bilir, bir də ürəkdən inandığı və sevdiyi Allah...

 

Biz də Cənnət Səlimovanı növbəti yaşı münasibətilə təbrik edir, ona yeni-yeni sənət uğurları diləyir, tamaşaçı alqışı və çox sevdiyi səhnədən uzaq düşməməyi arzulayırıq!

 

525-ci qəzet  2018.- 27 yanvar.- S.24.