Rəşad Məcid “Məşhurlarla görüşün qonağı oldu

 

Dünən Bakı Şəhər Mədəniyyət Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 nömrəli filialındaMəşhurlarla görüşsilsiləsindən növbəti görüş keçirilib.

 

Görüşdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclərlə İş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məcid qonaq olub.

 

Tədbiri giriş sözü ilə açan Səbail MKS-nin filial direktoru Gülşən AbbasovaMəşhurlarla görüşlayihəsi haqqında geniş məlumat verib, Rəşad Məcidin yaradıcılığından söz açıb: “Bu layihəmizdə məqsəd məktəblilərimizi, gənclərimizi cəmiyyətdə söz sahibi olan, tanınıb-seçilən ziyalılarla görüşdürmək, onların uğur formullarını öyrənmək, gənclərimizi maraqlandıran suallara onların öz dilindən cavab almaqdır. Belə ziyalılarımızdan biri Rəşad Məciddir. Rəşad müəllim çoxşaxəli fəaliyyəti, zəngin yaradıcılığı ilə gənclərimizə örnək bir şəxsiyyətdir”.

 

Layihənin rəhbəri, rəssam Elnurə İsgəndərova çıxışında R.Məcidi həm şair, həm bir şəxsiyyət kimi xarakterizə edib, onun, yaşından statusundan asılı olmayaraq, hər kəs tərəfindən sevildiyini vurğulayıb: “Özünün məşğul olduğu sahədə hansısa uğurlar əldə etmək, hansısa pillələrə qədər yüksəlmək olar, ancaq bir insan kimi hər kəs tərəfindən sevilmək tək-tək şəxslərə nəsib olur. Rəşad müəllim bu sevgini qazanmış insandır. O, hər kəsə qarşı diqqəti, səmimiyyəti, istedadlara olan xüsusi rəğbəti ilə daima seçilir”.

 

Göstərilən diqqətə görə layihənin təşkilatçılarına, çıxışçılara təşəkkürünü bildirən Rəşad Məcid gəncliyi, ədəbi mühitə gəlişi, jurnalistika sahəsindəki fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb: “Bu kitabxana ta gənclik illərimdən mənim üçün çox doğmadır. Özüm fizika-riyaziyyat təmayüllü məktəbdə təhsil alsam da, hər zaman ədəbiyyata, sözə, poeziyaya qarşı məhəbbətim olub, mütaliəni çox sevmişəm. Buna görə kitabxanalarla həmişə sıx əlaqədə olmuşam. Yeniləşən zamanda, texnologiyanın həyatımızın bütün sahələrinə nüfuz etdiyi, kitabların, qəzetlərin telefonlarımıza, planşetlərimizəköçdüyübir dövrdə, təəssüf ki, kitabxanalar yavaş-yavaş diqqətdən kənarda qalmaqdadır. Ancaq kitab sevən insan üçün kitablar, təbii ki, əvəzsizdir, səhifələrə toxunmaq, onları hiss etmək böyük zövqdür. Belə bir zamanda kitabxanaları yenidən diqqət mərkəzinə gətirmək üçün bu cür tədbirlərin, layihələrin təşkil edilməsi çox mühümdür. Buna görə sizin bu təşəbbüsünüzü təqdir edirəm”.

 

Sonra R.Məcid gənclərin uğur qazanması üçün öz təcrübələrindən çıxış edərək tövsiyələrini verib: “Mən uğurun sirrini onu dəlicəsinə istəməkdə görürəm. Dəlicəsinə istəmək heç bir görmədən arzulamaq demək deyil. Nəyisə istəyən adam mütləq ona çatmaq üçün çalışmalı, can atmalı, zəhmət çəkməlidir. Yaxşı nitq qabiliyyətinin olması, auditoriyanı ələ ala bilmək, söz ehtiyatının çox olması üçün şeir oxumaq əzbərləmək çox önəmlidir. Ümumiyyətlə, gənclərin özünüinkişafında mütaliənin rolu əvəzsizdir”.

 

Ədəbiyyat, poeziya haqqında düşüncələrini bölüşən qonaq hər zaman ədəbiyyatın nələrisə dəyişmək gücünə inandığını deyib.

 

16 saylı Texniki-Humanitar Liseyin şagirdləri Zeynalov Qalib, Murtuzəli Leyli Ruslan Kazımov şairin yaradıcılığından nümunələr səsləndiriblər.

 

Səbail MKS-nin direktoru Nüşabə Ələkbərova şairin həyat yaradıcılığından bəhs edib, onu müasir poeziyamızda öz dəsti-xətti ilə seçilən şairlərdən biri kimi qiymətləndirib, görüşün əhəmiyyətini vurğulayıb: “Burada cəmiyyətimizin tanınmış bir simasının həyatı, yaradıcılığı haqqında çox maraqlı faktlar öyrəndik, onun uğur açarını kəşf etdik. Rəşad Məcid bütün yönləri ilə gənc nəsil üçün örnəkdir. İnanıram ki, bu uğur tarixçəsi gənclərimizin gələcək həyatlarında onlara yardımçı olacaq”.

 

Tədbir boyunca Rəşad Məcid tədbir iştirakçılarının suallarını cavablandırıb, öz şeirlərini oxuyub.

 

Tarix elmləri doktoru, şair tərcüməçi Şahin Fazil çıxışında deyib ki, Rəşad Məcid hər şeydən öncə sözə dəyər verən insandır: “Mənim Rəşad müəllimlə tanışlığım uzun illər öncə başlayıb. Onu hər zaman səmimi, sadə, sözə, istedada dəyər verən bir şəxs kimi tanımışam. Yalnız şair kimi deyil, həm bir jurnalist, təvazökar insan kimi o, hər zaman xalqımız üçün dəyərlidir. Elə öz kitabının adından çıxış edərək deyə bilərəm ki, onun kimi insan bir gəlməyəcək. Bu görüşdə səmimi çıxışı, mehriban gülərüz münasibəti ilə onun haqqındakı düşüncələrimizə yanılmadığımızı sübut etdi”.

 

Daha sonra Azərbaycan Pedaqoji Universitetin müəllimi Zümrüd Əliyeva, Rəssamlar İttifaqının üzvü, layihənin kuratoru Aygün İsgəndərova başqaları şairin poeziyası haqqında düşüncələrini bölüşüblər.

 

Sonda R.Məcid özünün imzalı kitablarını kitabxanaya hədiyyə edib, “Xatirə” kitabına ürək sözlərini yazıb.

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet  2018.- 27 yanvar.- S.13.