"Talıbzadələr və İslam" adlı tədbir keçirildi

 

Abdulla Şaiqin ev-muzeyində "Talıbzadələr İslam" adlı tədbir təşkil edilib.

 

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Ülkər Talıbzadə mənsub olduğu Talıbzadələr nəslinin vaxtilə "Axund uşağı" adı ilə tanındığını bildirib.

 

O, A.Şaiqin atası Axund Mustafanın Şərq mədəniyyətinə dərindən bələd olan din xadimi olduğunu söyləyib. Bildirib ki, o, Tiflis qazisinin müavini, sonra isə Zaqafqaziya Ruhani İdarəsində Şeyxülislamın müavini olub, Ruhani idarəsinin nəzdində olan "Rüşdiyyə məktəbi"ndə dərs deyib bir neçə şəriət dərsliyinin müəllifi kimi tanınıb. Bu səbəbdən nəsil onun adı ilə "Axund uşağı" adlandırılıb. Ü.Talıbzadə bu gün Axund Mustafa Talıbzadənin Zaqafqaziya Şiə Ruhani idarəsinin üzvü olduğunu təsdiq edən sənədin surətinin muzeydə qorunub saxlandığını bildirib.

 

Talıbzadələrə həsr olunmuş slayd-şounun nümayiş olunduğu tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullah, professorlar Aqşin Babayev, Alxan Bayramoğlu, Minaxanım Əsədova, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy başqalarının "Din cəmiyyət", "İslam dini Azərbaycan mədəniyyəti", "Axund uşaqları nəsli", "A.Şaiqin böyük qardaşı Yusif Ziya Talıbzadə" digər mövzularda məruzələri dinlənilib.

 

Çıxış edənlər bildiriblər ki zaman-zaman ziyalılarımız Azərbaycanda tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr veriblər.

 

Tədbirin ədəbi hissəsində Nizami Rayonu Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin "Gənc aktyorlar" dərnəyinin üzvü Zeynalabdin Bağırzadə mövzuya uyğun şeirlər səsləndirib.

 

Sonda Qafqaz-Media İctimai Birliyinin sədri Azadə Hüseynova muzeyin ictimai fikrin formalaşmasına verdiyi töhfələrdən danışıb, təmsil olunduğu qurumun "Qobustan" mükafatını Ü.Talıbzadəyə təqdim edib.

 

525-ci qəzet 2018.- 30 yanvar .- S.7.