İsveçrənin tanınmış caz ifaçısı Bakıda çıxış etdi

 

Beynəlxalq Muğam Mərkəzində məşhur blüz və caz pianoçusu Silvan Zinggin ifasında "Boogie Woogie" musiqi janrında konsert təqdim edilib.

 

Konsert Beynəlxalq Muğam Mərkəzi və İsveçrə səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

 

Konsertdən öncə İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder tanınmış isveçrəli pianoçu Silvan Zingg haqqında geniş məlumat verib.

 

Diplomat bildirib ki, ifaçının Bakıda konsertlə çıxış etmək seçimi təsadüfi olmayıb. Ötən il Bakıda keçirilən ənənəvi Beynəlxalq Caz Festivalında klassik musiqi ilə cazı bir-biri ilə uyğunlaşdırmağı bacaran isveçrəli musiqi qrupu Mats-up çıxış edib. Bu çıxışdan sonra "Boogie Woogie" üslubunda ifa edən isveçrəli musiqiçinin konsertini təşkil etmək qərarına gəldik.

 

İfaçı gecədə caz bluz və "Boogie Woogie" üslubunda musiqilər səsləndirib.

 

XƏDİCƏ

 

525-ci qəzet  2018.- 30 yanvar.- S.8.