Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş dəyərli töhfə

 

 

Ötən gün Milli Kitabxanada Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunmuş elmi konfrans professor Asif Rüstəmlinin "Cəfər Cabbarlı milli istiqlal hərəkatı" kitabının təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə millət vəkilləri, AMEA-nın əməkdaşları, ictimaiyyət nümayəndələri, tanınmış ədəbiyyatşünaslar, yazıçılar jurnalistlər iştirak ediblər.

İştirakçılar əvvəlcə kitabxananın foyesində Cəfər Cabbarlının ömür yolundan yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, Prezident İlham Əliyevin Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən ölkəmizdə bu il böyük ədibə həsr edilmiş silsilə tədbirlər keçirilir.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" 2018-ci il 17 dekabr tarixli Sərəncamını xatırladıb. Qeyd edib ki, görkəmli ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbi-mədəni, ictimai mühitdə yenilik müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Böyük yazıçının zəngin bədii irsi müasirliyini, aktuallığını həmişə saxlayır.

C.Cabbarlının milli ədəbiyyatın, dramaturgiyanın, teatr kino sənətlərinin inkişafındakı müstəsna xidmətlərindən danışan akademik deyib ki, dramaturgiyamızın təşəkkülü yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayıb.

Akademik deyib ki, ədibin 120 illik yubileyinin keçirilməsi Cəfər Cabbarlı yaradıcılığına yenidən nəzər salmağa yeni baxış bucağı altında araşdırmağa yol açacaq. Elmi redaktoru olduğu "Cəfər Cabbarlı milli istiqlal hərəkatı" kitabından söz açan akademik əsərin müəllifi, professor Asif Rüstəmlinin kitabını görkəmli ədibə həsr olunmuş dəyərli tədqiqat əsəri kimi dəyərləndirib. Alimin bu istiqamətdəki işlərini yüksək qiymətləndirən natiq deyib ki, yaxın zamanlarda oxucular Asif Rüstəmlinin tədqiqatları əsasında Cəfər Cabbarlının ədəbi ictimaiyyətə məlum olmayan bır sıra yaradıcılıq nümunələri ilə tanış ola biləcəklər.

C.Cabbarlı yaradıcılığının həm yüksək bədii səviyyəsi, həm ideya-məzmunu ilə hər zaman dəyərini aktuallığını qoruduğunu söyləyən İsa Həbibbəyli vurğulayıb ki, onun milli bəşəri dəyərləri ehtiva edən dramaturgiyası bu gün Azərbaycan teatrının repertuarında mühüm yer tutur.

Cəfər Cabbarlı milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbi-mədəni, ictimai mühitdə yenilik müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, ədibin 120 illik yubileyi ilə bağlı ölkə başçısının müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub. Tədbirlər planında il ərzində görkəmli ədibin yubileyinin mədəniyyət, elm təhsil ocaqlarında müxtəlif səpkili tədbirlərlə qeyd olunması nəzərdə tutulur. Yubiley ili çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında C.Cabbarlının 120 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək. Tədbir "Salnamə" sənədli filmlər studiyası tərəfindən lentə alınacaq. Yubiley ili çərçivəsində böyük yazıçı-dramaturqla bağlı nəşr layihələri planlaşdırılır.

Elmi konfransda "Cəfər Cabbarlı irsi zamanın sənətin sınağında", "Cəfər Cabbarlının poeziyası", "Xarakterlər dramaturgiyası" digər mövzularda məruzələr dinlənilib.

Professor Asif Rüstəmlinin "Cəfər Cabbarlı milli istiqlal hərəkatı" kitabından söz açan natiqlər bildiriblər ki, tədqiqat əsərində Cəfər Cabbarlının Azərbaycan Xalq Cümhuriyyəti dövrü, ondan əvvəlki sonrakı fəaliyyət sahəsi, sovet rejiminə qarşı qeyri-leqal mübarizədə Milli İstiqlal hərəkatına (1920-1923) qoşulması, gizli "İstiqlal" (1922-1923) qəzetinin nəşr prosesində iştirakı məhbus həyatı zəngin arxiv materialları əsasında geniş tədqiq təqdim olunub.

Sonda iştirakçılar kitabxananın təşkil etdiyi "Cəfər Cabbarlı-120" kitab sərgisi ilə tanış olublar.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 5 aprel.- S.9.