Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Nəsimiyə həsr olunmuş sərgi

 

 

Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə "Nəsimi ili" elan etmişdir. Bu münasibətlə ölkənin müxtəlif elmi qurumlarında, mədəniyyət mərkəzlərində, eləcə AMEA-nın institut təşkilatlarında Nəsiminin həyat yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilir, sərgilər təşkil olunur.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təşkil olunan sərgi "Nəsimi ili" çərçivəsində nəzərdə tutulan tədbirlərdəndir.

Sərgidə İmadəddin Nəsimiyə həsr olunmuş, 20-si Azərbaycan, 20-si ingilis dilində olmaqla ümumilikdə 40 lövhə təqdim edilib.

Lövhələrdə Nəsiminin 3 dildə yazdığı əsərlərinə orta əsrlərdə çəkilmiş illüstrasiyalar, miniatürlər, eləcə şairin əlyazmalarının surətləri nümayiş olunub.

Həmçinin, Ədəbiyyat Muzeyinin Nəsimiyə həsr olunmuş ekspozisiya zalından rəsmlər, böyük şairin 600 illik yubileyi münasibətilə hazırlanmış medalyonların əksi, onun Bakı şəhəri muzeyin ekspozisiyasında olan heykəllərinin rəsmi, şeirlərindən parçalar, Nəsimi filmindən olan səhnələrə aid fotolar s. təqdim olunub.

Sərgi çərçivəsində ziyarətçilər Nəsiminin Hələbdə yaşadığı evin divarındakı barelyefin rəsmi ilə tanış olublar.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2019.- 5 aprel.- S.8.