Bir əsrlik tarixin astanasında

 

 

2020-ci il Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) üçün çox əlamətdar bir ildir. Ölkədə yeganə aqrar təhsil müəssisəsi özünün 100 illik yubileyini qeyd edəcək.

Düz 100 il öncə, 1920-ci ildən başlayan bu yol heç hamar olmayıb. Hələ 1875-ci ildə Azərbaycan mətbuatının banisi, görkəmli alim ziyalı Həsənbəy Zərdabi "Əkinçi" qəzetinin təməlini qoydu. Əslində, Azərbaycanın aqrar sektorundakı problemlərin çözülməsi, kəndlinin hüquqları, torpaqdan düzgün istifadə qaydaları, bitkilərin becərilmə texnologiyası digər çoxsaylı məsələlər ilk olaraq "Əkinçi"nin səhifələrində öz əksini tapdı. Bununla Həsənbəy Zərdabi həm mətbuatımızın ilk qaranquşunu yaratdı, həm kənd təsərrüfatına elmi yanaşmanın vacibliyini bəyan etdi.

XX əsrin əvvəllərində xalqımız öz milli azadlığını elan etdi. Müsəlman şərqində ilk demokratik Cümhuriyyət quruldu. 1920-ci ildə yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycanın müstəqil dövlət kimi tanınması isə 700 gündən bir qədər artıq yaşamış cümhuriyyətin qurucularına son dərəcə çətin mürəkkəb şəraitdə millətin torpağın xilaskarı olmaq imkanını yaratdı. Məhz bu illərdə "Əkinçi" ideyaları onlara böyük stimul verdi, kənd təsərrüfatının elmi əsaslarla inkişafı barədə fikirlər düşüncələr aktuallaşdı.

1918-ci ildə Fətəli xan Xoyski hökuməti Azərbaycanda kənd təsərrüfatı üzrə təhsil ocağının təşkilinə dair qərar verdi. Qərara əsasən həm 100 nəfər gənc xaricdə təhsil almağa göndərildi. 1920-ci il isə Azərbaycanın kənd təsərrüfatı sektoruna elmi yanaşmanın başlanğıcı kimi tarixə düşdü.

Beləliklə, "Əkinçi"nin yaratdığı təməl AXC-nin aqrar elmin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar kənd təsərrüfatı sahəsində mükəmməl təhsil bazasını formalaşdırmağa əsas yaratdı. AXC az bir müddət yaşasa belə, aqrar təhsillə bağlı düşüncələr əməli işdə reallaşmağa başladı. Elə 1919-cu ildə Bakı Dövlət Universitetinin əsası qoyularkən, kənd təsərrüfatı üzrə ali təhsil müəssisəsinin yaradılması barədə fikirlər artıq dolaşmaqda idi hətta parlamentdə bu mövzuda müzakirələr aparılmışdı. Lakin maliyyə çətinliyindən niyyət reallaşmamışdı. Nəticə etibarilə, Bakıda Politexnik İnstitutunun nəzdində kənd təsərrüfatı fakültəsinin formalaşması isə bu fikirlərin məntiqi sonluğu kimi qəbul edilməlidir. Məlum səbəblər, yəni SSRİ tərkibində olmağımız mövcud ideyaların təşəkkül tapmasına əngəl yarada bilmədi. Əksinə, aqrar elmin inkişafında, milli kadrların yetişdirilməsində görkəmli rus alimlərinin rolu danılmaz fakt olaraq, arxivlərimizə düşdü. V.P.Smirnov-Loginov, İ.İ.Kaluqin, V.V.Akimtsev, S.V.Kamenski başqaları mövcud elmi potensialları ilə aqrar kadr hazırlığına öz töhfələrini verdilər.

O dövrdə milli ruh çox yüksək idi. Repressiya dövründə 29 nəfər adlı-sanlı ziyalı alimlərimizin təqiblərə məruz qalması da mübarizə əzmini qırmadı. Azərbaycanın yeganə kənd təsərrüfatı yönümlü ali təhsil müəssisəsinin ilk olaraq paytaxt Bakıda yaradılması sonradan Cümhuriyyət paytaxtı Gəncəyə köçürülməsi təsadüfi deyildi. Gəncə respublikanın kənd-rayonlarına yaxın ərazidə həm ölkənin mərkəzi hissəsinə yaxın yerləşdiyindən bu seçim birmənalı olaraq, qəbul edilmişdi. İnstitutun Gəncəyə köçürülməsi əslində, regionun inkişafında çox mühüm hadisə idi.

Təhsil müəssisəsinin idarəçilik sükanında öz milli kadrlarımız mükəmməl yer almışdılar. Yusif Məmmədəliyev, Həsən Əliyev, Ələkbər Quliyev, Məmmədtağı Qəniyev, İlyas Abdullayev, Firuz Məlikov, Ağaxan Ağabəyli, Rəhim Hüseynov, Məmmədtağı Cəfərov digər məşhur alim akademiklərimiz universitetimizin aparıcı simalarından idilər. Azərbaycan Dövlət Himninin müəllifi Əhməd Cavad 1931-ci ildə universitetimizin dillər kafedrasının yaradıcısı professoru olmuşdu.

Hətta Böyük Vətən Müharibəsi illərində   kənd təsərrüfatı üzrə kadr hazırlığı davam etdirildi, elmi-tədqiqat işləri daha əhatəli şəkildə aparıldı.

ADAU-nun müharibədən sonrakı dövrlərdə qazandığı böyük nüfuz uğurlar xüsusi diqqətə layiqdir. Bu uğurlar ulu öndər Heydər Əliyevin Azərbaycanın sonradan dünyanın siyasi arenasına gəlişi ilə daha da artdı. Heydər Əliyev respublika ziyalılarını, alimlərini, kənd təsərrüfatı mütəxəssislərini istiqamətləndirən, onlara qol-qanad verən böyük şəxsiyyət idi. Azərbaycanın yeganə aqrar təhsil müəssisəsi öz nailiyyətləri ilə Moskvanın da diqqətini cəlb etmişdi. 1980-ci ilin dekabrında təhsil ocağının 50 illik yubileyi ilə bağlı təltif edildiyi "Şərəf nişanı" ordeni bu ordenin Ümummilli lider Heydər Əliyev tərəfindən şəxsən təntənəli təqdim edilməsi qazanılmış nailiyyətlərin miqyasını göstərirdi.

Sovetlər dövründə universitetimizin 20 nəfər məzunu aqrar sahədə qazandığı yüksək göstəricilərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. O dövr üçün bu, çox böyük nailiyyət idi. Müqayisə üçün deyək ki, MDB məkanında hazırda fəaliyyət göstərən təhsil müəssisələrindən az bir hissəsi bu cür göstəriciləri ilə öyünə bilər. Hazırda öz tarixi keçmişi ilə ölkədə liderlər sırasında olan ADAU seçilən universitetlərindəndir. Son illər dövlət səviyyəsində görülən işlər, aparılan köklü islahatlar isə təhsil müəssisəsinin həyatını daha qaynar rəngarəng edib.

2009-cu ildən start götürmüş abadlıq quruculuq işləri, maddi-texniki bazanın elmin ən son yeniliklərinə uyğun zənginləşdirilməsi bu gün davam etməkdədir. 2010-cu ilin may ayında ADAU-nun 90 illik yubileyi ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 may 2010-cu il tarixli sərəncamı ilə universitetin müəllimlərindən bir nəfərə "Fərdi təqaüdçü", iki nəfərə "Əməkdar kənd təsərrüfat işçisi", 10 nəfərə "Əməkdar müəllim" fəxri adları verilib, 20 nəfər "Tərəqqi" medalı ilə təltif olunub. Sabiq rektor, professor Mirdaməd Sadıqov isə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

Müasir ADAU xarici ölkə universitetləri ilə tədris əlaqələri yaradıb, dünyanın ən qabaqcıl təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirib. 2019-cu ildə beynəlxalq akkreditasiyanı əldə etməklə, Qafqaz Mərkəzi Asiyada intensiv tədqiqata yol açmaq 10 qabaqcıl universitet sırasına daxil olmaq əsas hədəfdir. Yeni, müasir, mütərəqqi təhsilə doğru inamla addımlamaq, qazanılmış uğurları artırmaq professor-müəllim heyətinin qarşısında duran ən böyük vəzifələrdəndir. 100 illik tarixin bir addımlığında dayanmış universitet dövlətin bütün qayğılarına cavab olaraq, şanlı yubileyini yüksək göstəricilərlə qarşılamaq niyyətindədir.

 

Maarif RZAYEV

ADAU-nun "Aqrar mütəxəssis" qəzetinin baş redaktoru

 

525-ci qəzet.- 2019.- 10 aprel.- S.8.