"Yazıçı" dərgisinin yeni sayında Füzuli yad edilib

 

 

"Yazıçı" dərgisinin bugünlərdə işıq üzü görmüş aprel nömrəsi Azərbaycanın, eləcə türk dünyasının dahi şairi Məhəmməd Füzuliyə həsr edilib.

 

Oxucular bu sayda Rəsul Rza, Həmid Araslı, Anar, Yaşar Qarayev, Ramiz Rövşən, Mir Cəlal, Vaqif Bayatlı, Sabir Rüstəmxanlı, Kamal Abdulla, Kamil Vəli, Rafael Hüseynov, İsa Həbibbəyli, Əsəd Cahangir, Xanəmir Telmanoğlu, Ayişə Nəbi, Fuad Qasımov, Teymur Kərimli, Aqşin Yenisey, Zəlimxan Yaqub, Nəsib Cümşüdoğlu, Ayaz Vəfalı, Paşa Əlioğlu, Ramil Quliyev, Cənnət Nağıyeva, Hikmət Məlikzadə, Sabir Əliyev, Ata Terzibaşı, Gönül Ayan, Nazif Şahinoğlu, Vərağa Almazov, Elman Cıvıroğlu, Azər Abdullanın böyük şairə həsr etdiyi esse, məqalə, şeir nümunələri ilə tanış ola biləcəklər.

 

Rəssam tişə ustalarının ölməz şairə həsr etdiyi bənzərsiz bədii sənət əsərləri dərginin səhifələrinə ayrıca dəyər verib.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2019.- 13 aprel.- S.13.