Tatar şairi Razil Vəliyevin "Payız yağmurları" kitabı təqdim edildib

 

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Tatarıstanın Xalq şairi, Tatarıstan Respublikası Dövlət Şurasının deputatı, Tatarıstan Dövlət Şurasının Komitə başqanı, Dövlət Mükafatı Laureatı, görkəmli ictimai xadim və dövlət xadimi Razil Vəliyevin "Payız yağmurları" adlı şeirlər məcmuəsinin Azərbaycan dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Milli Məclisin deputatları, türkoloqlar, şairlər və yazıçılar, QHT və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Millət vəkili Qənirə Paşayeva şairin Azərbaycanda nəşr edilən "Payız yağmurları" kitabının ilk olduğunu vurğuladı: "Kitabda şeirlər iki dildə, Azərbaycan və tatar dilində verilib. Şeirlərin tərcüməsi şair-publisist Həyat Şəmiyə məxsusdur. "XAN" nəşriyyatında çapdan çıxan kitabın layihə rəhbəri baş redaktoru Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır. Kitabın məsləhətçiləri millət vəkili, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov Tatarıstanda yaşayan soydaşımız İsmət Orucəliyev, rəyçiləri isə millət vəkili Cavanşir Feyziyev mənə məxsusdur".

Kitaba "Ön söz"ü yazıçı-publisist, "Ustad" jurnalının baş redaktoru Şəmil Sadiq yazıb.

Tədbirdə Azərbaycan Atatürk Mərkəzinin şöbə müdiri, tədbirin təşkilatçısı, şair Əkbər Qoşalı, AYB-nin katibi Rəşad Məcid, jurnalist Azər Həsrət, Etibar Babayev, yazıçı Yunus Oğuz, tərcüməçi Ramiz Əsgər, Əli Şamil digərləri çıxış edərək şairin yaradıcılığı, şeirləri haqqında fikir bildiriblər.

Xalq şairi Razil Vəliyev çıxış edərək kitabın Azərbaycanda işıq üzü görməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirib.

Tədbirin sonunda Tatarıstanın xalq şairi, eyni zamanda, bu ölkənin Dövlət Şurasının Maarif, Mədəniyyət, Elm Milli münasibətlər komitəsinin rəhbəri olan Razil Vəliyev hər iki ölkə arasında mədəni əlaqələrin genişlənməsində gördüyü işlərə görə millət vəkili Qənirə Paşayevanı, Tatarıstanda yaşayan soydaşımız İsmət Orucəliyevi,  şair Əkbər Qoşalını, kitabın tərcüməçisi, şair Həyat Şəmini fəxri fərmanlarla təltif edib. Eyni zamanda, onun kitabının nəşrində iştirak etmiş hər kəsə - Əkbər Qoşalıya, tərcüməçi Həyat Şəmiyə, Şəmil Sadiqə digərlərinə təşəkkürnamələr verib. Q.Paşayeva Razil Vəliyevə təşəkkürnamə xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Razil Vəliyev Azərbaycana Millət vəkili Q.Paşayevanın dəvəti (ABAİB, DGTYB RHİMİB-in təşkilatçılığı) ilə təşrif buyurub.

Kitab Azərbaycanın aparıcı kitabxanalarına, tatar ədəbiyyatına dair tədqiqatlar aparan alimlərə paylanacaq.

Tatarıstan Respublikasının Qabdulla Tukay adına Dövlət Musa Cəlil adına Respublika Mükafatı laureatı, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, Tatarıstan Respublikasının Əməkdar mədəniyyət işçisi Razil Vəliyev 2000-ci ildən Tatarıstan Respublikasının Milli Kitabxanasının Qəyyumlar Şurasının başçısıdır. 2009-cu ildə "Tatmedia" ASC-nin Direktorlar Şurasında Dövlət Şurasının nümayəndəsi, Tatarıstan Dövlət Şurasının mədəniyyət, elm, təhsil milli məsələlər komitəsinin sədri təyin edilib.

Gənc şairin yaradıcılığı sovet şairi Lev Oşaninin diqqətini cəlb edib. Bu məşhur şəxsiyyətlə söhbətlər Vəliyevin ədəbi istedadına təzə notlar bəxş edib: o, mahnı mətnləri yazmağa başlayıb. Müəllif, eyni zamanda, dramaturgiya janrında qələmini sınayıb. Razil Vəliyevin pyesləri Tatarıstanın teatr mədəniyyətində ciddi iz qoyub. Bu əsərlərdə müasir cəmiyyətin problemli məsələləri qaldırılıb, onları tamaşaya qoymaq asan, bu tamaşalara baxmaq maraqlıdır.

Razil Vəliyev ədəbi yaradıcılığının əvvəlində "Yalkın" ("Alov") jurnalının ədəbi işçisi kimi fəaliyyətə başlayıb. Həmin dövrdə o, uşaq ədəbiyyatı ilə işləyirdi. Balacalar üçün bir neçə kitab buraxıb, dünya klassiklərinin nağıllarını tatar dilinə tərcümə edib. R.Vəliyev nəsr sahəsində tanınmış müəllifdir. Onun "Yaşamaq istəyirəm!" adlı povesti bir neçə dilə tərcümə edilib Moskvada nəşr olunub. 1982-ci ildə bu əsər tatar şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlil adına Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Mükafatına layiq görülüb.

Razil Vəliyev həm ictimai fəaliyyətlə məşğuldur. O, bir neçə il Naberejnıye Çelnı Yazıçılar İttifaqının katibi olub. Onun həmin vəzifədə işlədiyi dövrdə tatar yazıçılarının əsərləri mətbuatda çap edilməyə başlayıb, o, ədəbi görüşlər disputlar təşkil edib. Sonrakı dövrdə Vəliyev SSRİ Yazıçılar İttifaqının İdarə Heyətinin üzvü Şəhər Sovetinin deputatı seçilib.

R.Vəliyevin adı Tatarıstanın hüdudlarından kənarda da məşhurdur. O, beynəlxalq simpoziumlarda çıxış edir. 1993-cü ildə Razil Vəliyev ABŞ Bioqrafiya İnstitutunun versiyasına görə XX Əsrin Adamı seçilib.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2019.- 2 avqust. S. 4.