Tüdorların uğurları və bədbəxtliklər seriyası

 

 

 

(Əvvəli ötən şənbə sayımızda)

Atası yaxın silahdaşı Tomas Hauarda etibar etdiyindən, ona qızını Edinburqadək müşayiət etmək tapşırığını vermişdi. Axı o, bu qızın atasının Bosvort çölündəki bataqlıq ilə addımlayıb, taxt-tacı necə götürdüyünü görmüşdü və düşünürdü ki, bir gün bu adam onu itirməli idi. Ona görə də qız inana bilmirdi ki, bu kişi onun atasını və özünü sevir.

 

Nəhayət, onlar şotlandların sərhədinə çatdılar, Bervikdən isə onlar iki saat bundan əvvəl çıxmışdılar.

 

Marqaret ər-arvad Hauardlardan cana doymuşdu və qərara gəlmişdi ki, öz sarayına çatan kimi onları geri göndərsin. Onlar Katerinanın sarayında xidmət edə bilərdilər. Nəhayət, sərhəd keçildi və axır ki, onlar artıq Şotlandiya ərazisində idilər.

 

Yolda dayandıqları qəsrdə Morton qrafinyası gəlinin qulağına pıçıldadı: "Kral gəlmişdir". Gəlin səbirsizliklə gözləyirdi, qapı açıldı və o, içəri girdi, bu kişi onun əri idi. Onun iri, bir qədər gülməli, tülküyə bənzəyən kürən saqqalı var idi və bu saqqal elə tülkü ölçüsündə də idi. Qız ayağa qalxdı. Aqnes Hauard ona sərt qaydada baxdı. Kral məhəbbət trubaduru olmağına görə özünə güldü, sonra təbəssümlə onun ledilərinin hamısını salamladı. Kral Aqnes Hauardın əlinə tərəf əyildi və Tomas Hauardı dostu kimi salamladı. O unutmuşdu ki, Tomas əvvəllər iki dəfə Şotlandiyaya qarşı yürüşdə iştirak etmişdir. Kral qəşəng kişi idi. Əlbəttə, o, çox yaşlı idi, otuz yaşı var idi. Qaranlıq düşəndə kral artıq onları tərk etdi.

 

Tomas Hauard Marqaretə elə bil ki, Roma Papası kimi dedi: "Kişi Allahın obrazında yaranmışdır, qadın yox, Allah öz ən yaxşı yaradıcılıq işini bitirdikdən sonra onu meydana gətirmişdir, bu iş isə tənqidə layiq idi". Marqaretin Edinburqa girdiyi gün onun Tüdor printsessalığının son günü idi və o, yeni krallıqda taclanacaqdı. Kral onu atının tərkinə götürdü, elə bil ki, onu əsir götürmüşdü və evinə apardı. Şəhər çox yaxşı qapıları olan divarlarla əhatə olunmuşdu. Bütün pəncərələr, otaqlardakı tüstünü qovmaq üçün soyuq hava olsa da açılmışdı. Kral və onun gəlini dar küçələrdən keçirdilər, təpənin aşağısındakı Holiruudhauz sarayına gəlib çıxdılar.

 

Edinburqdakı Holiruudhauz sarayında da Marqaret taclandı, buna qədər o, heç vaxt taclanmamışdı, sadəcə printsessa olmuşdu. O, indi iki mərasimdən keçdi: ərə getmişdi və sonra isə kraliça kimi taclanmışdı. Onun isə vur-tut 13 yaşı var idi. Bütün günü kralın əli onun belində idi, bu vəziyyət, elə bil ki, əbədi davam edəcəkdi. Sonra əri öz otağına, etiraf və dua etməyə getdi, bu vaxt qızın lediləri onu aparıb, yatağa uzandırdılar.

 

Aqnes Hauard ona nəzarət edirdi, onun xalatının bağını açdılar. O, gecə paltarı kimi sətin xalata malik idi. Sonra yatağa uzatdılar. Aqnes dedi ki, sən gözəl gəlinsən. "Sən ən gözəl Şotlandiya kraliçasısan. Ərinə də səninlə xoş olacaqdır".

Kral əri içəri girəndə ledilərə "gecəniz xeyirə qalsın" dedi, onların hamısı təzə bəy və gəlini tərk etdi. Qız, əlbəttə, ər yatağı üçün hazırlanmışdı. Ceyms özü paltarını soyundu, gecə köynəyində qaldı, sonra onu da əynindən çıxardı. Güclü ayaqları qalın, tutqun rəngli tüklərlə örtülmüşdü, belindən muncuq kimi metal pulcuqlar asılmışdı. Gəlinin "Bu nədir?" sualına cavab verdi ki, bu, mənim kişiliyimin əlamətidir. Mən sənə xətər toxundurmayacağam, ehtiyatlı olacağam.

 

Qız dedi: "Mən bu barədə hər şeyi bilirəm. Bəs sənin belindən asılan nədir?"

 

"Mən onu gəzdirirəm ki, mənim səfeh və günahkar olduğumu daim xatırlatsın".

 

"Əgər sən mənim yanımdasansa, heç kəs səni məzəmmət edə bilməz. Sən sadəcə günahını etiraf etməlisən. Etiraf etmək cəza almaq deməkdir".

 

"Mən cavan olmadığıma görə bağışlana bilmərəm. Sən isə elə etməlisən ki, heç vaxt səfehlik etməyəsən və ya günah işlətməyəsən. Mənim günahlarıma görə sən əziyyət çəkməməlisən. Mən onu səninlə olduğum müddətdə kənara qoyacağam. Ona görə də onların sənə xətər toxundurması üçün heç bir əsas yoxdur".

 

Sonra kral bu gecədə ilk dəfə üçün nəzərdə tutulan ər vəzifəsini yerinə yetirməyə başladı. Əri ona dedi: "Mələfədə azacıq qan görünəcək. Ledi Aqnes isə onu nənəyə xəbər verəcəkdir. Bəzi həkimlər düşünür ki, bu, uşaq əmələ gətirmək üçün xoş bir əlamətdir. Ancaq mən özüm buna şübhə edirəm". Kral IV Ceyms səhv edirdi, həqiqətən də bakirəliyin pozulmasında meydana gələn qan həddi-buluğa çatan qızlardakı aylıq kimi onların artıq uşaq doğmağa qadir olan qadına çevrildiklərini sübut edir.

 

Sonra o, gənc arvadına öz günahını etiraf etməyə başladı: "Mən kral olan atama qarşı qiyam qaldırdım, bu vaxt 15 yaşım var idi. Mən düşünürdüm ki, o, məni öldürmək və qardaşımı mənim yerimə qoymaq istəyir. Lordlara qulaq asdım və xaincəsinə onların ordusunu qiyama cəlb etdim. Mən düşündüm ki, onu əsir götürəcək və bundan sonra o, daha yaxşı məsləhətçilərlə ölkəni idarə etməyə başlayacaqdır. Məni görəndə o, irəli gəlmədi, öz oğluna qarşı yürüş etmədi. O, mənə qarşı çox sədaqətli ata idi, nəinki mən ona yaxşı oğul idim. Beləliklə, qiyamçılar və mən döyüşü udduq və o qaçdı. Onlar onu tutub öldürdülər". "Sən öz atana qarşı qiyam qaldırmışdın və onu öldürdün? Sən öz atanı qətlə yetirmisən?" Kral dedi: "Və beləliklə, qiyamçı, uzurpator və öz kralını öldürən adam kimi mən lənətlənmişəm. Bir oğul ki, öz doğma atasını öldürdü. Mən ata qatiliyəm. Mən böyük günaha batmışam".

 

Qız dedi: "Sən ziyarətə gedə bilməzsənmi? Sən məgər səlib yürüşünə gedə bilməzsənmi?" O, sakitcə dedi: "Mən ümid edirəm ki, belə də edəcəyəm. Bu ölkə heç vaxt kifayət qədər dinc olmayacaqdır ki, mən onu təhlükəsiz bir şəraitdə tərk edim. Lakin mənə səlib yürüşünə getmək xoşdur. Ümid edirəm ki, bir gün Yerusəlimə gedim - həmin şəhər mənim ruhumu yuyub təmizə çıxaracaqdır".

 

Sonra kral əlavə etdi: "Sənin öz atan da taclanmış krala qarşı qiyam qaldırmışdır. Və o, ananın iradəsi əleyhinə ona evlənmişdir və onun qohumlarını, kral qanından olan gənc adamları öldürmüşdür. Taxt-tacı ələ keçirmək və onu qoruyub saxlamaq üçün bəzən dəhşətli şeylər etməli olursan". Sonra da bu qatil öz arvadına dedi: "Günah günahdır" və sonra da yuxuya getdi. Sabahısı günün səhəri Marqaretin həyatında ən yaxşı an idi. Ənənəyə görə, şotland kralları öz gəlinlərinə toydan sonrakı günün səhəri onların cehiz torpaqlarını verirlər. Kral ona tərəf çevrilib, gülümsəyərək dedi: "Mən eşitmişəm ki, əlahəzrət, saqqalım sənin xoşuna gəlmir. Sənin göstərişin kifayətdir. Seyr edin, mən iradəli Samsonam, məhəbbət naminə onu qırxacağam". Bu sözlər qızı təəccübləndirdi: "Sən qırxacaqsan?" "Əgər Samson saçını qırxmaq qərarına gəlibsə, kim ona mane ola bilər?"

1503-cü ilin payızı

Şotlandiyada ağaclar bürüncdən tutmuş qızılıya qədər bütün rənglərdə idi. Yarpaqlar soyuqlar başlaması ilə rəngini dəyişməyə başlamışdı. Maral sürüləri ağacların arasında qeybə çəkilmişdi, gecələr bəzən canavarların ulaşması eşidilirdi.

 

Ceymsin poeziyaya marağı heç yox idi, nahardan əvvəl şərab içmək xoşuna gəlirdi və danışmağa da xüsusi iştahası var idi. O deyirdi ki, onların adamlarının nitqini ingilis dilinə çevirə bilmirlər. İngilislər bizim kimi düşünmürlər, onlar torpağı və şotlandların seçdiyi xalq yolunu sevmirlər. Arvadı etiraz etdikdə o dedi ki, uzaq şimaldakı adamlar yalnız öz dillərində danışırlar, uzaq adaların adamları isə yarımdanimarkalı dilində danışırlar.

 

O deyirdi: "Əgər bizə xeyir-dua verilmişdirsə, biz beş elmi şeyi tapacağıq, bunlar od, su, torpaq və havadır, daha nəsə vardır. Onlar həyatın əsl mahiyyətidir. Əgər mən onları tapa bilsəm, fəlsəfə daşını düzəldə bilərəm və öz həyatım üzərində qüdrətə malik olaram". Fəlsəfə daşı isə adamların inamına görə istənilən metalı qızıla çevirə bilirdi.

 

Ceyms təzə gəlinə məşuqələrindən olmuş uşaqları göstərib dedi ki, onlar mənim uşaqlarımdır. Uşaqlarına müraciət edərək dedi: "Mənim kiçik lordlarım, ledilərim, bu, Şotlandiyanın yeni kraliçasıdır. Bu, mənim kraliçam Marqaretdir. Mənim arvadım olmaqla, məni şərəfə çatdırmaq üçün bütün İngiltərədən keçib gəlmişdir və sizin yaxşı ananızdır".

 

Uşaqların hamısı nəzakətlə kraliçaya təzim etdilər. Marqaret soruşdu: "Onların anası varmı?" "Bir neçəsinin" - deyə Ceyms cavab verdi. "Düşünürəm ki, onlarla görüşmək sənə xoş olacaqdır".

 

Marqaret özündə güc tapıb deyə bildi: "Yox, mənə xoş olmayacaqdır".

 

Beləliklə, onun bastard (haramzada) uşaqlarla təsadüfi görüşü baş verdi.

 

Kralın yaşı 30-dan azacıq yuxarı idi. O, oğlan uşağı yaşında olarkən Şotlandiyanın kralı olmuşdu. O, zorakılıqla taxt-taca gəlmişdi. O deyirdi: "Atamın yalnız bizdən ibarət uşaqları var idi. Onun heç vaxt məşuqəsi olmamışdı". Marqaretin ərinin isə yarım düjün sevgilisi olmuşdu. O, həm də öz uşaqlarını sevirdi.

 

Marqaret fikrə daldı. Bacısı, printsessa Meri, yəqin ki, ispan printsinə ərə gedəcəkdir. O, heç də bastardlarla və yarım qana malik olanlarla və ya fahişələrlə qarşılaşmayacaqdır.

 

Əri Marqaretə dedi ki, bu kiçik uşaqların anaları heç də sənin rəqibin deyillər. Sən onların hamısı üzərində kraliçasan və mənim bircə və yeganə arvadımsan. Sənin oğlun Şotlandiya prinsi olanda, həm də

İngiltərənin varisi olacaqdır". Marqaret isə nə vaxtsa doğulacaq oğluna hansısa rəqibin şərik olmasına imkan verməyəcəkdir. O, özünün də rəqibinin olmasını heç cür istəməzdi.

 

Əri onu buna görə səfeh adlandıranda, Marqaret çox incimişdi, başa düşə bilmirdi, axı o, necə buna cəsarət etmişdi. Bastardlarla qəsri dolduran və öz vicdanı üzərində atasının qatilliyi olan bir adam necə ona səfeh deyə bilərdi? Tüdor printsessaları öz hüquqlarını kraliça kimi müdafiə edirlər. Və ya o, belə bir adamdır ki, gündüzlər filosoflarla, gecələr isə fahişələrlə görüşməyə üstünlük verir.

 

Marqaret haqqında, bir qədər irəli gedərək daha ətraflı danışmağa ehtiyac vardır. Marqaret Tüdor (1489-1541-ci illər) şotlandiyalı IV Ceymsin kraliçası olmaqla, ingiltərəli VII Henrinin qızı idi. O, IV Ceymsə 1503-cü ildə ərə getmiş, Fransaya qarşı ingilis partiyasını dəstəkləmişdi. 1513-cü ildə isə əri İngiltərəyə müdaxilə vaxtı döyüşdə öldürüldüyündən, öz azyaşlı oğlu V Ceymsin regenti və mühafizəçisi rolunu oynamışdı. 1514-cü ildə Anqus qrafı Arçibald Duqlasa ərə getmişdi. Mərhum ərinin əmisi oğlu, Olbani hersoqu Con Styuarta bir il sonra regentlik verilməsini rədd etməyə məcbur edilmişdi və İngiltərəyə qaçmalı olmuşdu. Şəraitlərə müvafiq olaraq dəfələrlə bir tərəfdən digərinə keçmişdi. 1527-ci ildə Anqusdan boşandı, bir il sonra isə Birinci Metvi baronu olan Henri Styuarta ərə getmişdi. Anqusun 1528-ci ildə məğlub edilməsində kral oğlu V Ceymsin baş məsləhətçisi olmuşdu.

Lakin 1534-cü ildə, Ceymsə, onun dövlət sirlərini öz qardaşı VIII Henriyə satması məlum olduqdan sonra kral sarayının xoş münasibətini itirmişdi.

 

Gələcək Şotlandiya kraliçası Mariya Styuartın nənəsi olmaqla, Elizabeti taxt-tacda əvəz edən İngiltərə kralı I Ceymsin isə anasının nənəsi idi.

1503-cü ilin qışı

Edinburq qəsrində yaşayan Marqaret öz Ledi nənəsindən məktub aldı. Məktubda yazırdı ki, "Ərini elə yola döndər ki, gələcəkdə daha yaxşı davransın. Unutma ki, sən nikah andında ona tabe olacağını vəd etmisən. O isə sənə heç bir vəd verməmişdir.

 

Sənin üçün onun təhlükəsizliyindən və gələcəyindən əhəmiyyətli olan heç nə yoxdur. Katerina Araqonlu, ümumiyyətlə, saray üçün narahatçılıq deyildir və onu nadir hallarda görürük. Bizim ona borcumuz yoxdur. Cehizinin son məbləği ödənənə qədər biz onu İspaniyaya buraxmayacağıq, onlar da bunu, biz dul qadın üçün olan cehizi verməyənə qədər etməyəcəklər. Sən özünün oğul doğmağın haqqında fikirləş, bastardlar barədə narahat olma". Katerina isə prinsin nişanlısı olsa da, pul barədə korluq çəkirdi. Özünə paltar almaq üçün daş-qaşlarını satmışdı. Pulu olmadığından həm də pis qidalanırdı. O, adətən, nişanlısı Harrinin yanında oturur və onunla rəqs etməklə vaxtını keçirirdi.

 

(Ardı var)

Telman Orucov

 

525-ci qəzet.- 2019.- 10 avqust.- S.15.