Tüdorların uğurları və bədbəxtliklər
seriyası
(Əvvəli
ötən şənbə sayımızda)
1504-cü
ilin yazı
Ceymsin kiçik qardaşı Ross hersoqu yanvar aynda, Milad
bayramı qurtaranda öldü. Bu, kral
üçün kədərli hadisə idi, lakin Arturun itkisi
ilə müqayisədə Marqaret üçün heç nə
idi. Qardaşı kralın varisi idi, kral bildirdi ki,
yalnız sülhsevər adam
arxasındakı ordu ilə bu ölkəni birlik şəklində
saxlaya bilər. "Heç bir qadın bunu edə
bilməz. Sən kraliça titulunu sevirsən.
Lakin başa düşmürsən ki, bu, necə
daimi və vacib səbəbdir".
Arvadı
ona möhkəm cavab verdi: "Sən elə
danışırsan ki, elə bil dəmirçisən".
"Bəli, mən dəmirçiyəm. Mən klanlar
ölkəsini krallıq səltənətinə dəyişmişəm,
onu bir bədəndə təmsil olmağa gətirmişəm.
Sənin atan da tacı götürəndə
eyni şey etməli idi, onun işi daha çətindir. Heç kəs bilmir ki, o, Riçmond qrafını
sürgün etmişdir. Ən azı, mən
kral kimi doğulmuş və tərbiyə olunmuşam. Sənin atan da mənim kimi lordlarla mübarizə
aparır. Mən səni də öyrətməliyəm".
Ceyms
sözünə davam etdi: "Şotlandiya lordları
heç vaxt ingilis kralını qəbul etməyəcəklər.
Biz öz kralımıza malik olmalıyıq.
Məndən sonra sülalə xətti üzrə
əmim oğlu, Olbani hersoqu Con Styuart kral olmalıdır.
Sən onu görməmisən, o, Fransada
yaşayır, orada böyümüşdür və
atamın sevimlisi idi. Sən mənə
oğul doğana qədər, bunun yaxşı və pis
olmasından asılı olmayaraq, o, mənim varisim olacaqdır.
Bu vaxt ərzində mənim oğlum Ceymsi
dünyaya gətirsən, mən onu öz varisim
adlandıracağam. Mən istəyirəm
ki, ikimizin birlikdə oğlumuz olsun. Mən
istəyirəm ki, bu oğlan mənim adımı və
xeyir-duamı daşısın. Mən
Ceymsi legitim etməyə hazırlaşıram". Bu söhbət Edinburq qəsrində gedirdi.
Marqaret görmüşdü ki, atası oğlan
uşaqlarını, Plantagenet oğlanlarını
saxlayır, onlardan biri hətta özünü Plantagenet
printsi adlandırmışdı. Hər bir prints, hər bir printsessa
bircə şeyə can atırdı, bu da yalnız taxt-taca
sahib olmaq idi.
1506-cı
ilin yazı
Marqaretin 16 yaşı olanda kral Edinburqdakı Holiruudhauz
sarayında onu hədiyyələr leysanına tutdu. Çoxlu qızıl və
daş-qaş verdi. Onlar
üç ilə yaxın idi ki, ər-arvad kimi
yaşayırdılar, lakin heç bir uşaq əlaməti
görünmürdü.
Atası evlərində isə Merini ispan dilini öyrənməyə
sövq edirdilər. Meri yazırdı ki, o, Karla ərə
getsə, Müqəddəs Roma imperatriçəsi
olacaqdır. Onda bizim
üçümüz də kraliça olacağıq.
Meri Katerinanı, Marqareti və özünü nəzərdə
tuturdu. Marqaret bacısını parlaq gələcəyinə
görə təbrik etdi.
Nəhayət, Marqaret yazda öz
şadlığını və ana olacağı xəbərini
Ledi nənəyə yazdı.
1507-ci
ilin qışının sonu
Adamlar Merinin gözəlliyini və istedadını tərifləyirdilər,
lakin onun Karla nişanlanmağı baş vermədi,
çünki Karl hələlik uşaq olmaqdan başqa bir
şey deyildi.
Onun atası I Filipp yenicə Kastiliya kralı
olmuşdu ki, öldü və 6 yaşındakı bu uşaq
artıq Müqəddəs Roma imperatorluğuna varis idi. Axı o, imperator Maksimilianın və katolik
kralları Ferdinandla İzabellanın nəvəsi idi. Lakin o, balaca uşaq olduğundan bu yükü hələ
daşıya bilməzdi.
Marqaretin
Edinburqdakı Holiruudhauz sarayında hamiləliyi başa
çatanda oğul doğdu, bu, az qala, onun
həyatı hesabına başa gəlmişdi. Ölümcül
xəstə olduğundan hamı güman edirdi ki, kraliça
həyatla vidalaşacaqdır. Əri də
bu vaxt ziyarətə yollanmışdı.
Onların uşağı həm də İngiltərə
taxt-tacına varis idi. Əgər Harrinin başına bir iş gəlsəydi,
Marqaretin körpəsi anasına görə İngiltərə
taxt-tacına da varis olacaqdı.
Marqaretin atası gözləyirdi ki, onun Allahı
sülh gətirəcək və bu sülh İngiltərə
və Şotlandiya arasında əbədi davam edəcəkdir.
1507-ci
ilin Milad bayramı
Holiruudhauz sarayında Marqaretə xəbər
çatdı ki, bacısı Meri kastiliyalı Karla rəsmən
nişanlanmışdır. O, 250 min qızıl kron məbləğində
cehizə malik olmalı idi. Meri böyük bacısına
yazırdı: "Mən printsin 14 yaşı olanda ona ərə
gedəcəyəm, bundan sonra hələ 7 il keçməlidir
və mən ağlıma da gətirə bilmirəm ki,
ümumiyyətlə, bunu gözləyəcəyəm. Bu, bir ömürə bərabərdir,
çünki mən evdə oturmalı və ispan dilini
öyrənməliyəm. Katerina deyir ki, məni
öyrədəcəkdir. Valideynləri
onu heç də dəstəkləmirlər və biz də
onun dul qadın cehizini vermirik, nə qədər ki, onlar onun
cehizini tam ödəməmişlər".
İngilis səfiri Ceymsə demişdi ki, hər kəs
qızıl boşqabdan yeyir. Meri üçün
qızıl boşqab barədəki ideyanın özü tam
gülməli idi.
1508-ci
ilin yazı
Sterlinq qəsrində
pis bir hadisə baş verdi. Marqaretin
oğlu körpə Ceyms - o, Şotlandiya printsi idi - yuxuda olarkən
ölmüşdü. Bu vaxt o, kral
beşiyində idi. Marqaret artıq
Şotlandiyanın sonrakı kralının anası deyildi.
Onun bətni növbəti uşağı bəsləyirdi,
lakin doğduğu körpənin boş qalan beşiyi
gözünün qabağında dururdu və o
düşünürdü ki, heç vaxt
ağlamasını dayandırmayacaqdır.
O, ərinə
dedi ki, mən çox bədbəxtəm, özümə
ölüm arzulayıram. Kral arvadının ledilərinə
onları tərk etmək göstərişini verdi
və Marqaretə dedi: "Mən istəyirəm ki, sən mərd
olasan. Sən fikirləşirsən ki, görən,
sənin lənətlənməyin mümkündürmü?
Sənin atanın üç oğlu var idi və
onlardan ikisi ölmüşdür. Son
üç ilə yaxın sən qısır idin, indi isə
bizim oğlumuz ölmüşdür. Bu,
anlaşılmalı olan bir məsələdir".
O,
sözünə davam etdi:
"Prints Riçard özü mənə demişdi ki, Tüdorlar lənətlənmişlər. O, sənin dayındı. O, iki prints oğlanlardan biri idi ki, III Riçard onu Londondakı Tauer qəsrinə saldırmışdı. Riçard İngiltərəyə müdaxilə etməmişdi. O, mənim sevgili dostum idi, biz kral qardaşlar kimi bir yerdə yaşayırdıq. Mən əmim qızını ona verdim. Və o, mənə dedi ki, kimsə onu öldürməyə cəhd etmişdi və onun qardaşı Eduard lənətə tuş gəlmişdi. Sənin ananın anası, ağ rəngli cadugər kraliça Elizabet Vudvil and içmişdi ki, kim gənc kralı ölümə məhkum etsə, o, özünün oğlunu, onun da oğlunun oğlunu itirəcəkdir və bütün xətt üzrə hər şey övladsız bir qızla başa çatacaqdır".
Marqaret əlini fəxr etdiyi qarnının üstünə qoydu və dedi: "Mən heç də qısır qız deyiləm, mən yeni uşağa hamiləyəm".
Kral davam etdi: "Biz bir az əvvəl oğlumuzu itirmişik. Sən düşünmürsənmi ki, biz oğlumuzu sənin Tüdorlarının lənətlənməsinə görə itirdik". Marqaret qəzəblə ona dedi: "Yox. Mən düşünürəm ki, onu ona görə itirdik ki, sənin üfunətli ölkən çox çirklidir və doğulan uşaqların yarısı ölür, çünki tüstülü otaqlarda nəfəs ala bilmirlər və onlar məhvedici soyuq havada da küçəyə çıxa bilmirlər. Bu, sənin çirkli ölkəndir, bu, sənin səfeh mamaçalarındır, bu, sənin xəstə dayələrindir və onların südüdür. Bu, mənə edilən lənət deyildir, təkcə onların da hamısı deyildir. Bir sözlə, mən bətnimdə uşaq gəzdirirəm, heç də qısır qız deyiləm".
Əri dedi:
"Bizim oğlumuz göylərdədir. Biz
bilməliyik ki, o, günahsızdır. O, yarılıqda sənin ola bilərdi. Uşaqları
öldürən uzurpatorun xəttindən idi, yarılıqda
isə mənim idi. Kralı və
atasını öldürənin oğlu idi, biz hər ikimiz
günahkar valideynlər cütlüyüyük".
"Mən arzu edərdim ki, mən də onunla göylərdə
olaydım" deyə Marqaret söhbəti
yekunlaşdırdı.
Marqaret Katerinaya məktubunda yazırdı ki, Meri mənə
deyir ki, sən çox kasıb yaşayırsan və
qardaşımla sənin toyun barədə heç bir plan
yoxdur. Mən sənə görə xəcalət çəkirəm.
Kim nə vaxtsa düşünür ki, nəsə
bizim üçün belə pis gedə bilər, bu,
Allahın mərhəmətində olmamalıdır".
Marqaretin atasından Tomas Uolsi başda olmaqla, emissarlar gəldi. Onlar
Holiruudhauz sarayında qəbul edildilər. Uolsi deyirdi ki, Fransa çalışır ki, Ceymslə
ənənəvi müqaviləni təzələsin, VII Henri
isə Şotlandiya ilə Daimi Sülh Müqaviləsini
qoruyub saxlamaq istəyir. Marqaraetin əri
öz nikahına görə bu müqaviləyə hörmətlə
yanaşmalıdır. O, ərini inandıracaqdı ki,
fransızlardan uzaqlaşsın və İngiltərə ilə
ittifaqı təsdiqləsin. O, israr edirdi ki, bizim möhtac
olduğumuz yeganə ittifaq İngiltərə ilədir. "Ümid edirəm ki, sən unutmayacaqsan ki, mən
Şotlandiya kraliçası olmamışdan əvvəl
ingilis printsessası kmi doğulmuşam!"
Katerina Marqaretə nəsihət verirdi ki, Allahın
oğul və varis vermək iradəsinə ümidvar olaraq
qalsın. Sən məhsuldar və xoşbəxt olacaqsan.
Mən bilirəm ki, heç nə Tüdorlar əleyhinə
deyildir.
"Atam mən printsə ərə gedənə qədər
cehizimin qalan hissəsini mənə göndərməyəcəkdir,
sənin atan isə mənim cehizimi bütünlüklə
almayana qədər mənə dul qadın əmlakını
verməyəcəkdir. Mən iki böyük kral arasında
şahmat piyadasıyam və mənim nə pulum, nə də
kiçik bir məclisim vardır, baxmayaraq ki, mən sarayda
yaşayıram, mən Londonda kasıblıq tələsinə
düşmüşəm və nə dul qadınam, nə də
gəlinəm. Geyinməyə donum
olmadığından, nikah məclisinə gedə bilmirəm
və yatmağa ac olan vəziyyətdə gedirəm, mətbəxdən
otağıma nəsə göndərməyi də
unudurlar".
1508-ci
ilin yayı
Hər kəs
bilirdi ki, tiran III Riçard Tauer qəsrində
printsləri öldürmüşdür, məhz bu yolla o,
öz qardaşı uşaqlarının taxt-tacını tuta
bilərdi. Hər kəs bilirdi ki, VII Henri gəlib
İngiltərəni monstrdan xilas etdi. Tüdorlar
buna görə xeyir-dua qazanmışlar, bu, heç də lənət
deyildir.
1485-ci ildəki Bosvort döyüşü göstərdi ki, Allahın Tüdorlardan xoşu gəlir. Marqaretin anası Plantagenet olduğuna görə Henri Tüdora ərə getmişdi, qırmızı qızılgül ağ qızılgüllə çəpərlənmişdi və Tüdor qızılgülünü əmələ gətirməklə, onların əvvəlcə oğlu Artur və qızı Marqaret dünyaya gəlmişdi. Bu, Allahın mərhəmətinin sübutu idi.
Marqaret Holiruudhauz sarayında yaşayırdı, doğmaqdan qorxurdu, lakin ikinci doğuş olduqca asan keçdi. Xoşa gəlməyən bir məsələ isə o idi ki, uşaq printsessa idi. Lakin az sonra, Marqaret yuxudan oyananda uşaq yenə də əvvəlki oğlu kimi ölmüşdü.
Əri
ona nəvaziş qaydasında dedi:
"Mənim yazıq məhəbbətim".
Arvadının iki uşağı olmuş, hər ikisi
bir-birinin ardınca ölmüşdü. Yəqin ki,
Katerina Marqaretdə nəyinsə pis olduğu barədə
düşünəcəkdir. Ərinə
isə bildirdi ki, "Sən mənə lənət
haqqında demişdin".
"Mən bunu kədərdən və qorxudan
demişdim. O
sözləri sənə deməkdə səhv etmişdim. Sən çox cavansan və özün barədə
səhv etməyini düşünməklə
böyümüsən".
1509-cu
ilin Milad bayramı ərəfəsi
Sterlinq qəsrində yaşayan Marqaret yenə də
hamilə idi.
Bu vaxt əri ona atasının ölməsi xəbərini verdi və əlavə etdi ki, sonra Harri VIII
Henri kimi kral olacaqdır. "Sənin
qardaşın heç də tanınmır, atan ona heç
bir hakimiyyət verməmişdi, o, öz atasından idarəetmə
yollarını öyrənməmişdi".
"Axı atam daim Arturu nəzərdə tuturdu". Sonra əlavə etdi:
"İndi mən yetiməm".
Əri
cavab verdi: "Burada sənin ailən
vardır. Əgər Harri sülhü qoruyub
saxlasa, o, taxt-taca çıxanda sən ona qonaq gedə bilərsən.
Biz sənin atanla müdaxiləçilər və
dəniz quldurları barədə daim sözləşirdik və
o, mənə Fransa ilə dostluğu qadağan etmək istəyirdi".
Harri barədə isə soruşdu ki, sənin
ona hansısa bir təsirin varmı?
"Mən əminəm ki, onu inandıra bilərəm. Əminəm
ki, ona vəziyyəti izah edə bilərəm. Mən Londona gedəcək və nə lazımsa,
ona deyəcəyəm".
Atasına
gəldikdə o, olduqca varlı adam kimi
dünyadan köçmüşdü. Əri ona dedi:
"Sənin qardaşının gözlənilən ilk hərəkəti, güman ki, atasının xalqa ağır vergilər qoymağı məsləhət görən müşavirləri cəzalandırmağı həyata keçirməsidir. İkinci hərəkəti isə, nəhayət, Katerina Araqonlu ilə evlənməsi olmalıdır. Bu qız yeddi ildir ki, onun qapısı ağzında gözləyir. Güman ki, onlar artıq evlənmişlər".
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2019.- 17 avqust.- S.15.