Qəzənfər Paşayev
Allahşükür Paşazadəni yubiley münasibəti ilə təbrik etdi
Əməkdar elm xadimi, professor Qəzənfər
Paşayev Qafqaz Müsəlmanları
İdarəsinin sədri
Şeyxülislam Allahşükür
Paşazadəni 70 illik yubileyi münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli şeyx
həzrətləri!
Sizi - zəmanəmizin görkəmli
və nüfuzlu din xadimini yubileyiniz münasibətilə ürəkdən
təbrik edirəm.
1997-ci ildə Ulu öndərimiz
Heydər Əliyevin təşəbbüsü ilə
Qafqaz Müsəlmanları
İdarəsi nəzdində
yaradılan Elmi-Dini Şuranın yarandığı ilk gündən
onun üzvü kimi bölgələrə
səfərlərimiz və
Qafqaz Müsəlmanları
İdarəsində mütəmadi
olaraq keçirilən
yığıncaqlarda Sizin
səbrli, təmkinli,
müdrik bir insan olmağınız, müdrik kəlamlarınız
məni həmişə
heyran qoyub.
Şeyx həzrətləri, uzun illərin müşahidələri imkan verir əminliklə deyim ki, Siz Müqəddəs kitabımızdan irəli gələn elmi və əxlaqi dəyərlərə arxalanan, mütərəqqi ideyalarla yaşayan, aydın düşüncə və etiraf edilməyə layiq təfəkkür sahibi olan din xadimlərindənsiniz. Azərbaycan xalqına baş ucalığı gətirən, böyük şəxsiyyətsiniz.
Siz yüksək intellektə, mənəviyyata malik, millətin ağrıları ilə yaşayan, vətənimizin taleyüklü problemlərinin ağırlığını ürəyində daşıyan, onların həllinə çalışan, xalq tərəfindən etiraf edilən bir ziyalı, xoşbəxt taleli insansınız.
Odur ki, Möhtərəm Prezidentimiz İlham Əliyevin anadan olmağınızın 70, Şeyxülislamlıq fəaliyyətinizin 40 illik yubileyinizin qeyd olunması haqqında Sərəncamı və Sizi dövlətimizin ali Heydər Əliyev ordeni ilə təltif etməsi ürəyimizdən oldu.
Şeyx həzrətləri! Allahın verdiyi ömür payını bundan sonra da sağlam və gümrah yaşamağınızı, Qafqazda yaşayan bütün müsəlman xalqlarının Şeyxi kimi səmərəli fəaliyyət göstərməyinizi arzu edirəm.
Allah Sizi qorusun!"
525-ci qəzet.- 2019.- 28 avqust.- S.5.