Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun növbəti kitabı İtaliyada işıq üzü görüb

Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu türkdilli xalqların zəngin mədəni irsinin dünyada nümayişi təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir. Bu çərçivədə Fondun dəstəyi ilə növbəti kitab İtaliyada işıq üzü görüb.

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq dünyanın bir çox ölkəsində silsilə tədbirlər keçirilir.

Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun İtaliyanın "Sandro Teti" Nəşriyyat Evi ilə əməkdaşlığı çərçivəsində "Nəsimi Poeziyası" kitabı italyan dilində çap olunub. Kitaba şairin 100-dən çox qəzəli rübaisi daxil edilib. Türk xalqlarının bir-birinə yaxınlaşması onların ortaq mədəniyyətinin təbliği missiyasını üzərinə götürən Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun yeni nəşrini yubileyə töhfə adlandırmaq olar.

Nəşr, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın "Nəsimi - əbədiyyət üfüqündə sevgi günəşi" ön sözü ilə açılır. Şeirləri italyan dilinə tərcümə edən türkoloq alim Marilena Reanın "Nəsimi işığı" adlı məqaləsi nəşrdə yer alır.

Azərbaycan poeziyasının ən önəmli şəxsiyyətlərindən biri olan İmadəddin Nəsiminin əsərlər toplusu, Türk Dünyasının zəngin mədəni irsinin təbliği ilə yanaşı, italyan oxucusunun dahi şairin yaradıcılığı ilə daha yaxından tanış olmasına imkan yaradır. Kitabın təqdimatı bu ay ərzində İtaliyanın müxtəlif şəhərlərində nəzərdə tutulub.

Qeyd edilməlidir ki, bu nəşr Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun İtaliyada çapdan çıxan ikinci kitabdır. Belə ki, keçən il Fondun, "Sandro Teti" Nəşriyyat Evi ilə birgə "Azərbaycan qadın şairlərinin poeziya antologiyası" kitabı buraxılıb.

 

525-ci qəzet.- 2019.- 4 dekabr.- S.13.