650 illik yubiley üçün 650 misra

 

Nəsiminin Rumın dilində nəşr edilmiş əsərlər toplusu Moldovada təqdim olundu

 

Dekabrın 4-də Moldovanın paytaxtı Kişineuda, Moldova Milli Tarix Muzeyinin Bürünc zalında böyük Azərbaycan şairi mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzindən verilən məlumata görə, tədbirdə şairin rumın dilində çap edilən, seçilmiş qəzəl rübailərindən ibarət Həqq mənəm kitabının təqdimatı olub. Azərbaycanın Moldovadakı səfirliyi, Moldova Azərbaycanlıları Konqresi Moldova Yazıçılar Birliyinin birgə keçirdikləri tədbirdə Moldovanın tanınmış ədib alimləri, mədəniyyət xadimləri, habelə bu ölkədəki Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Mərasimin iştirakçısı olan Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu bu barədə açıqlamasında bildirib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ilin Nəsimi ili elan edilməsi ilə bağlı müvafiq sərəncamının icrası çərçivəsində gerçəkləşib: Biz hələ bu ilin əvvəlində Prezident Sərəncam imzalanandan dərhal sonra həm Moldovadakı səfirliyimizə, səfir hörmətli Qüdsi Osmanova, həm Moldova Azərbaycanlıları Konqresinin sədri, hörmətli Vüqar Novruzova böyük şairimizin əsərlərinin tərcüməsinə dair təkliflə, konkret layihə ilə müraciət etdik. Sağ olsunlar, həm cənab səfir, həm Vüqar müəllim təklifimizi layihəni dəstəklədilər. Səfirimiz tərcüməyə, Konqresin sədri isə kitabın nəşrinə tədbirin keçirilməsinə dəstək oldu. Böyük şairimizin 27 qəzəl 19 rübaisinin toplandığı, bütövlükdə 650 misradan ibarət bir kitab alındı. Qeyd edim ki, bu, Nəsiminin rumın dilində ilk nəşridir.

S.Babullaoğlu deyib ki, həm Moldovada, həm Rumıniyada yayılıb oxunacaq kitaba daxil edilmiş qəzəl rübailəri rumın dilinə tanınmış moldovan şairi tərcüməçisi İliya Zeqra çevirib: Rumıncaya tərcümələrin bir qismi rus dilində əldə olan çevirmələr, digər qismi isə Mərkəzimiz tərəfindən hazırlanan sətri tərcümələr əsasında ərsəyə gəlib. Ümumiyyətlə, kitab Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin bazasında nəşrə hazırlanıb.

 

Kitaba burada böyük maraq sevginin şahidi oldum. Biz yeni nəsil rəssamlıq sənətimizin təmsilçisi olan istedadlı rəssam Pəri Miniatürə bu kitab üçün 12 illüstrasiya sifariş vermişdik. Bu işlər kitabı daha da maraqlı elədi. Kitabın təqdimatı zamanı o işlər nümayiş etdirildi. Olduqca maraqlı çıxışlar oldu. Məncə, mühüm bir ədəbi hadisə baş verdi. Ümumiyyətlə, bugünlərdə Kişineuda baş verən tədbirləri Moldovada Nəsimi günləri hesab etmək olar. Çünki, dekabrın 3-ü 4-ündə, yəni 2 dəfə Moldova İcitimai kanalında Nəsimi bədii filmi rumınca subtitrlə yayımlandı. Filmin tərcüməsini İvan Pilkin həyata keçirmişdi. Dekabrın 5-də isə Moldova Milli Kitabxanasında səfirliyimizin hazırladığı, "Türksoy"la Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldovo təmsilçiliyi ilə birgə gerçəkləşdirilən bir tədbir nəzərdə tutulub. Mən bütün bu işlərə görə səfir Qüdsi Osmanova, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzova dərin təşəkkürümü bildirirəm. Qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycan-Moldova ədəbi-mədəni əlaqələrinin inkişafı, qarşılıqlı mübadilə üçün xeyli böyük işlər görüblər. Bunlar nümunəvi, dəyərli işlərdir. Elə 20-ə yaxın kitab nəşr edilib. Bu işlərin böyük hissəsinin gerçəkləşməsində Moldova Yazıçılar Birliyinin layihələr üzrə katibi, dostum Nkolae Spetarunun da zəhməti çox böyükdür biz ona da çox minnətdarıq.

Görkəmli ədib, Moldova Yazıçılar Birlyinin sədri Arkadi Suçevyanunun moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycanın Moldovadakı səfirliyinin müşaviri Leyla Orucova, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov, Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, filologiya elmləri doktoru Ana Bantoş, kitabın tərcüməçisi İliya Zeqra, şair tərcüməçi İvan Pilkin, Moldova Elmlər Akademiyası Filologiya İnstitutunun əməkdaşı Dumitu Apetri çıxış ediblər. Tanınmış ədəbi tənqidçi, filologiya elmləri doktoru Miroslava Metlyayevanın Nəsimi yaradıcılığına həsr olunmuş məruzəsi dinlənilib.

Tədbirin sonunda Azərbaycanın Moldovadakı səfiri cənab Qüdsi Osmanova, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzova, şairin əsərlərini rumın dilinə tərcümə etmiş İliya Zeqra şair Nikolae Spetaruya Nəsimi irsinin təbliğinə görə Azərbaycan Yazıçılar Birlyinin Nəsimi-650 fəxri diplomları verilib. Eyni zamanda? Nikolae Spetaruya Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü vəsiqəsi təqdim olunub. Diplomları fəxri üzvlük vəsiqəsini Azərbaycan Yazıçılar Birlyinin sədri, Xalq yazıçısı Anarın adından S.Babullaoğlu təqdim edib.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2019.- 6 dekabr.- S.8.