Anam qocalır

Hər payız gələndə qorxuram yaman,

Yarpaqlar düşdükcə anam qocalır.

Dən düşür saçına, ağarır başı,

Bu qoca dünyada yaman qocalır.

Hər payız gələndə dərdə düşürəm,

Dərdimi qələmlə mən bölüşürəm.

Anam qocaldıqca fikirləşirəm,

Fəsillər qocalır, zaman qocalır.

Bala üçün qəlbi sökülən ana,

Əyilməz qaməti bükülən ana.

Ömründən günləri tökülən ana-

Qocaldıqca ümid, güman qocalır.

An adır hər kəlməm, sözüm, söhbətim,

Anadır şərəfim, şanım, şöhrətim.

Qocaldıqca anam - yeri cənnətim,

İçimdə bir taqət, aman qocalır.

Ağarmış saçları qulac-qulacdı,

Duası hər zaman nurlu yol açdı.

Hər ağrıya, dərdə ana əlacdı,

Anam qocaldıqca dəvam qocalır.

Qocalmasın Allah, analar barı,

Analar dünyanın şirin baharı.

Məni dərdə salır o saçları,

Bu qoca dünyada anam qocalır.

Sevgi yağışları

 

Yenə yağış yağır-narın yağışlar,

Görüşə gedirəm əllərimdə gül.

Yenə qara gözlər, dalğın baxışlar,

Tələsir görüşə, tələsir könül.

Bu yağan yağışlar sevgidən yağır,

Sanki yağışlar da yerlə danışır.

Görüşə gedirəm, yollar ağır.

Ürək təbiətlə küsüb, barışır.

Bu yağan yağışlar birdən isladar,

Yolumu gözləyən gözəl yarımı.

Mən qurban edərəm, qədər eşq var,

O gözəl yarıma dövlət, varımı.

Yağan yağışlar da nəğmə oxuyur,

Bizim eşqimizə, saf məhəbbətə.

Sanki göyün üzü çələng toxuyur,

Bu günüm dönübdür bir hekayətə.

Buludla örtülüb göylərin üzü,

Yağışlar da yağır, yenə yağacaq.

Bu yağan yağışlar sevginin özü,

Sevgi olan yerdə günəş doğacaq.

Yenə yağış yağır - narın yağışlar,

yollar yorulur, göy yuxulu.

Hər yağış damlası sevgi bağışlar,

Məhəbbət qoxulu, sevda qoxulu.

Bu yağan yağışlar sevən qəlbimin,

Göydən yerə düşən yağışlarıdır.

Bəlkə yağış deyil, bu, sevgilimin,

Yolumu gözləyən baxışlarıdır.

Mən həqiqət yazdım, yalan yazmadım,

Bu dünya özü həqiqət imiş.

Getdiyim bu yolda bir an azmadım,

Dünyada doğru yol məhəbbət imiş.

Sənsiz mənim bircə günüm olmasın

Sənsiz mənim bircə günüm olmasın,

Bir çiçəyim, bircə gülüm olmasın.

ayrılıq, ölüm olmasın,

Qalanları düzələndir, sevgilim.

olacaq bu dünyada qaramız,

Sağalacaq neçə-neçə yaramız.

Pozulmasa bircə bizim aramız,

Qalanları düzələndir, sevgilim.

Yer üzündə daim sevmək yaxşıdır,

Sevilmək hər insanın naxşıdır.

Ürəyini məhəbbətlə danışdır,

Qalanları düzələndir, sevgilim.

Həyat bir gün yaxşı, bir gün yamandır,

Ürək eşqsiz sızlayan bir kamandır.

Bircə demə "gəl ayrılaq", amandır,

Qalanları düzələndir, sevgilim

Dünyama gəldim

Vurğun olmamışam hər işvə-naza,

Uymadım boyalı hər gözəl qıza.

Sığındım nəğməyə, sığındım saza,

Mən sözdən, sənətdən ilhama gəldim.

Şirini, acını həyat bilmişəm,

Arzu, muradımı qanad bilmişəm.

Həyatı özümə ustad bilmişəm,

Həyatdan dərs alıb, mən kama gəldim.

Dilimdə həqiqət himni səslənir,

Qəlbimdə min istək, arzu bəslənir.

Bu tale, bu qismət, görən bəs nədir?

Bu şirin həyata, röyama gəldim.

Şeirdir göydəki ulduzum, ayım,

Şairlik qismətim, Tanrıdan payım.

Gərəkdir özümü mən xoşbəxt sayım,

Şair tək doğulub dünyama gəldim.

Yük

olsun ki, böyümüşəm, böyü yəm.

Hərdən düşünürəm ki,

Kiçik qarışqaya da,

Dünya boyda bir yükəm.

 

Anar MƏCİDZADƏ

 

525-ci qəzet.- 2019.- 11 dekabr.- S.23.