Ağıllı və şən quş
Esse
Yəqin
mənim kimi siz də, qarğaları
sevən çox az insan
olduğunu düşünürsünüz.
Hətta
bəlkə də heç olmadığını.
İnsanların onları görən
kimi çox tədirgin olduğunu.
Bəlkə səslərindən, bəlkə də görünüşlərindən. Çünki nə səsləri
qulağa, nə görünüşləri gözə,
nə də adları dilə xoş gəlir. Bəlkə bu səbəbdəndir ki, qarğa hər zaman təmsillərdə, nağıllarda,
rəvayətlərdə mənfi
obraz kimi qələmə alınır.
Lakin belə düşünməyən
insanlar da var.
Şimali
Amerikanın Alyaska ştatında qədim hindu xalqlarından olan insanlar üçün
qarğa çox ağıllı və sevimli bir quş kimi sayılır.
Bir yaşlı hindunu dindirsəniz, qarğa haqqında bu sözləri deyər: "Onlar çox ağıllı və şən quşlardır".
Şimal ovçuları heç bir vaxt qarğaya
tüfəngi tuşlamır. Üstün zəkasına
görə ona bir insan qədər
hörmət edir.
Hətta
ov zamanı onun köməyindən də istifadə edir. Payızda demək olar
ki, bir çox
köçəri quşlar
uçub gedir və həmin insanlarla təkcə qarğalar qalır. Qarğalar hər zaman insanlara yaxın yerdə olur. Şimallıların itləri ilə
oynayır. Sözün əsl
mənasında, hətta
zarafat belə edirlər. Qarğalar isə ovçuları
gördükdə onların
arxasıyca uçur,
çünki orada onu yemin gözlədiyini
bilir.
Qarğalar çox sadiq quşlardır. Əgər yoldaşlarından hər hansı biri zədə alarsa, digərləri o sağalana qədər onun ətrafından ayrılmır, onu yemləyib, qeydinə qalırlar.
Qarğalar öz əks cinslərinə qarşı
da çox sadiq olur. Belə ki,
bala qarğa yuvasından ayrıldıqdan
sonra qarğa dəstəsinə qoşulur.
Orada öz yarı tayını tapdıqdan sonra ömrünün sonuna qədər onunla yaşayır.
Qarğaların üç yüz
il yaşaması,
əlbəttə ki, bir mifdir. Bu unikal quşlar 15-20, yaxşı mühitdə
isə 30-40 ilə qədər ömür sürür.
Çox möhkəm dimdikləri olmasına baxmayaraq, qarğalar yem əldə etmək üçün özlərinə
alət hazırlamağı
bacarırlar. Məsələn, əgər ağacın
gövdəsindəki dəlikdən
böcəyi çıxarmaq
lazımdırsa, bunun
üçün qarğa
dimdiyini korlamır.
Ətrafdan diş çöpünü xatırladan
nazik bir çubuq taparaq ağacın gövdəsini
eşir və öz yemini oradan çıxarır. Yaxud da əgər
qarğa qurumuş çörək taparsa, onu bərk halda
yemir. Mütləq yaxınlıqdakı gölməçədə isladaraq
yeyir.
Tokioda alimlər
qarğaları araşdırarkən,
onların qozu sındırmaq üçün
işıqforun qırmızı
işığı yanan
zaman avtomobilin təkəri altına qoyduqlarını müşahidə
etmişlər. Hətta avtomobilin yüngül
və ağır olmasına belə diqqət etdiklərinə
də. Çünki çəkidə ağır olan maşın qozu sındırmaq yerinə əzik-əzik edə bilər. Beləliklə, avtomobil yaşıl
işıq yanarkən
yola düşür, qozu sındırır.
Yenidən qırmızı işıq yandığında
kənarda gözləyən
qarğalar uçub qozları dimdiklərinə
alırlar.
Qarğalar çox yaxşı
say bilir. əgər
qarğaya yem dolu iki qab
göstərsəniz, o, mütləq
içində sayca çox olanı götürəcək.
Qarğaların çox iti yaddaşı var. Hətta
onlara zərər vermək istəyən insanı xatırlayacaq qədər.
Çox tez-tez qarğaların itlər və pişiklərlə, vəhşi
təbiətdə isə
canavar və tülkülərlə oynadığını,
acıqlandırdığını görmək olar. Kanadada və
Şimali Amerikada yerli sakinlər üçün qarğaların
uşaq kimi dəcəllik etməsi, oynaması, buzun üstündən sürüşməsi
adi bir mənzərədir.
Beləcə, elmi araşdırmalarla və insanların müşahidəsi ilə
qarğaların bir çox bu kimi
məharətlərini, qəribə
həyat tərzinin nümunələrini sadalamaq
olar.
Sözsüz ki, qarğanın bəzən balaca quşların qənimi olması da danılmazdır. Onların yaşadıqları ərazidə çox
nadir hallarda canlılara
hücum etmək ehtimalı da var. Lakin bunun daha
çox özünü
müdafiə üçün
etmələri ehtimal olunur.
Bu gün dünyada
qarğa ölüm, pis xəbər təmsilçisi kimi qəbul edilsə də, qədim yunan mifologiyasında "ölümsüzlük" rəmzi
kimi, sadiq yol yoldaşı kimi qəbul edilirdi. Skandinaviya xalqlarının mifologiyasında da qarğaların xüsusi yeri var.
Əlbəttə, şimal insanları kimi bizlər də bu quşları
sevmək məcburiyyətində
deyilik. Lakin bu ağıllı
quşların təbiət
üçün, xüsusən
də insan yaşayan mühitdə faydalarını da inkar etmək haqsızlıq olar. Belə ki, xoşagəlməz görünüşlü bu
quşlar ölüb qalmış gəmiricilərin,
eləcə də digər heyvanların cəmdəklərilə qidalanaraq
təbiətdə çox
böyük təmizlik
işi aparmış olurlar.
Odur ki, mənim kimi
sizin də pəncərənizə və
ya eyvanınıza qarğa
qonarsa, yolunuzun
üstünə qarğa çıxarsa,
ona pis hadisənin xəbərçisi
olan bədheybət quş
kimi yox, yaşamaq haqqı olan bir canlı, eləcə də ətraf mühitin təmizləyiciləri kimi baxa bilərsiz. Çünki
həqiqətən də bu aləmdə heç bir canlı səbəbsiz
yaradılmamışdır.
Fidan MALİK
525-ci qəzet.- 2019.-
13 dekabr.- S.16.