"Gözqamaşdırıcı zülmət"dəki suallar

 

 

1956-cı ildə İngiltərədə bir yazarlar konfransı təşkil edilmişdi. Konfransda ingilis şair Stefen Spender, filosof Jan-Pol Sartrdan kommunist rejim tərəfindən haqsız yerə mühakimə edilib həbs olunsa necə davranacağını soruşur; dostlarının azad edilməsi üçün kommunizmin mövcud etibarını zədələyərək gələcəyini təhlükəyə atacaq kampaniyaya başlayacaq, yoxsa siyasi rejimin rifahı üçün başına gələnləri gələcəkləri qəbul edəcək?

 

Sartr düşünüb kampaniyanı rədd edəcəyini, yaşadıqlarıyla barışacağını demişdi, amma bu cavab Spenderi razı salmamışdı. O, cavabı bu cür gördüyünü demişdi: "Məncə, bu zaman atılacaq ən doğru addım günahsız yerə həbs edilən insanın tərəfini saxlamaqdır". Bu cavab isə Sartrı qane etməmişdi: "Amma məncə, müasir dünyada tək bir insana qarşı edilən haqsızlıq o qədər əhəmiyyətli deyil".

Spenderin Sartrın ətrafında müzakirə apardığı bu düşüncə macarıstanlı yazar jurnalist Artur Kostlerin "Gözqamaşdırıcı zülmət" kitabındakı hadisələri xatırladır. Bu roman ilk dəfə 1940-cı ildə ingiliscə, 1946-cı ildə fransızca çap edilib. Lakin çap olunana qədər romanın alman dilində olan ilk əlyazması "Rubaşov" itir. Yaxşı ki, "Günorta çağı zülmət" adlı ingiliscəyə tərcümə edilmiş variant hazır idi elə bu nüsxə dərc edilir.

Romandakı hadisələr SSRİ- başlanmış repressiyalar zamanı 1938-ci ildə edam edilən SSRİ Elmlər Akademiyasının üzvü Nikolay Buxarinin faciəsindən yola çıxır. Kostler, Buxarin hadisəsinə istinad edərək, partiyaya son nəfəsinə qədər sadiq qalan, dövlətin rifahı üçün saxta izahatlara imza atmaqdan belə çəkinməyərək könüllü şəkildə ölümə gedən insanın obrazını yaradır. Lakin reallıqda Buxarin öz iradəsi ilə deyil, məcburi sürətdə izahatları imzalamışdı. Buna baxmayaraq, Artur Kostler intellektuallara üzərində mübahisə apara biləcəkləri mövzu verir: Bir insan ideologiyasını müdafiə etmək üçün nələr edə nələrindən keçə bilər?" Kostler "Yoqi komisar" adlı əsərində ortaya oxşar sualı atır uzaqdakı ideal naminə hər şey etməyə hazır olan Komissar obrazı ilə mövcud reallığa həqiqətə bağlı olan "Yoqi" xarakterini müqayisə edir.

Məşhur fransız filosof Merlo Ponti, Kostlerin bu əsərinə hər kəsə ünvanladığı suala iki hissəli "Yoqi proletar" adlı tənqidi yazısı ilə cavab verir. O, Kostlerə qarşı çıxmaq üçün " deməli" kimi bilinən ritorik qəlibdən istifadə edir: Tutaq ki, SSRİ- problemlər var idi, bəs Qərbin bundan sui-istifadə etməsinə deməli?"

Kostler, Pontinin bu tənqidi qarşısında özünü görməməzliyə vursa da, dostu Alber Kamü çox əsəbləşir. Fransız yazar, intellektual, ekzistensialist filosof Jan-Pol Sartrın sevgilisi Simona de Bovuarın xatirələrində yazdığına görə, bir dəfə cazmen Boris Vianın evində verilən ziyafətə dəvətsiz təşrif buyuran Kamü, əsəbi şəkildə içəri girmiş, Merlo Pontiyə təhqirlər yağdırmış gəldiyi sürətlə çıxıb getmişdi. Sartr da məclisi tərk edib Kamünün ardınca getmişdi. Bu hadisə qarşılıqlı ittihamlar küskünlüklə nəticələndi. Hətta Sartr Kamü Kostlerin bu əsərindən qaynaqlanan problemə görə bir müddət küsülü qalmışdı.

Sartr, Bovuar, Kamü Kostler arasında bir zamanlar möhkəm dostluq əlaqələri vardı. Sərxoş olana qədər içdikləri gecələrdə ehtirasla siyasi müzakirələr aparırdılar. 1946-cı ildə bu cür gecələrin birində rus mühacirlərin kafesində dostluq siyasi sədaqət mövzusu haqqında söhbət edilirdi. Ortada cavabı axtarılan belə bir sual var idi: "Siyasi baxışlarınız fərqli olan bir insanla dostluq etmək mümkündürmü?" Kamü bu suala "" desə , Kostler bunun mümkünsüzlüyünü vurğulayırdı. İçkinin təsirindən kövrələn Bovuar da Kamü ilə eyni fikirdə idi. O, təxmini olaraq belə cavab vermişdi: "Bəli, mümkündür, hətta biz bunun sübutuyuq aramızdakı fikir ayrılıqlarına baxmayaraq, birlikdə olduğumuz üçün xoşbəxtik". Simona de Bovuarın bu fikri onları məmnun etmiş suala verilən ən yaxşı cavab kimi qəbul edilmişdi.

Dostluqsiyasi sədaqət mövzusu 1947-ci ildə içki məclisində yenidən açıldı, amma söhbətin sonu bu dəfə keçən dəfəki kimi yaxşı nəticələnmədi. Kostler, xanımı ilə münasibətdə olduğunu bəhanə edərək Sartra hücum etdi. Bu hadisə onların dostluğunun qırılma nöqtəsi oldu. Kamü Kostleri sakitləşdirməyə çalışsa da, cavabında yumruq zərbəsi almışdı.

Bu qalmaqalın sonunda SartrBovuar artıq Kostlerlə həmfikir idi: Siyasi baxışları fərqli olan insanlar dost ola bilməzdi. Sartr buna gülürdü: "Necə olur ki, fərqli fikirlərə sahib insanlar birlikdə film izləməyə gedir?" Stefen Spenderin yazdığına görə, Kostler 1950-ci ildə SartraSimona de Bovuara barışmağı, keçmişdəki dostluq əlaqələrini bərpa etmə təklif etsə də, onlar buna razı olmamışdı: "İllər əvvəl verdiyin sualın cavabı əslində, "yox" idi.

"Gözqamaşdırıcı zülmət" romanının SSRİ-də baş verən hadisələri, repressiyaları necə dilə gətirdiyini, reallığı nə qədər əks etdirdiyini demək çətin olsa da, bir şeyi çox yaxşı bilirik ki, bu kitab beş intellektualın dostluğunu parçaladı və Artur Kostler öz cəbhəsində tək qaldı.

 

 

Taleh EMİNOĞLU

 

525-ci qəzet.- 2019.- 14 dekabr.- S.21.