Xalqımızın multikultural dəyərlərinin Azərbaycan diasporuna təsir imkanları

 

Azərbaycanda multikulturalizm

 

Latıncadan tərcümədə "çoxmədəniyyətlilik" mənasını verən "multikulturalizm" sözü iyirminci əsrin ortalarından istifadə olunmağa başlasa da, son illərdə daha ümumişlək anlayışa çevrilib. Etnik, dini, irqi mədəni müxtəlifliklərə hörmətlə yanaşmaq, bu müxtəlifliklərlə bir arada yaşamağı həyat tərzinə çevirmək müasir cəmiyyətlərin qarşısında duran ən başlıca vəzifələr sırasındadır.

Azərbaycan da bu prosesdən kənarda qalmır, qloballaşan dünyada, bəşəri dəyərlər fonunda bu prosesin əsas hərəkətverici qüvvələrindən birinə çevrilir. Ölkəmizdə ondan çox millətin nümayəndələrinin yanaşı, dinc şəkildə yaşaması, kilsə, məscid sinaqoqların fəaliyyət göstərməsi xalqımızın multikultural dəyərlərinin ən yaxşı təzahürüdür.

Azərbaycanda rusların, yəhudilərin, almanların digər xalqların diaspor təşkilatları fəaliyyət göstərir. Onların arasında Azərbaycan ərazisinə gəlişləri VI əsrə aid olan dağ yəhudilərinin Azərbaycan-İsrail Dostluğu Cəmiyyətinni, "Soxnut" yəhudi agentliyini, "Dağ yəhudiləri" icmasını, "Coynt", "Vaad-L-Xatzola" kimi iri yəhudi xeyriyyə təşkilatlarını, Azərbaycan Yəhudi Qadınlarının Humanitar Assosiasiyasını, yəhudi dini məktəblərini, "Azərbaycan-İsrail" Mədəni Əlaqələr Cəmiyyətini, "Həvva" qadın cəmiyyətini digər yəhudi qeyri-hökumət təşkilatlarını qeyd etmək olar. Bəzi universitetlərdə (Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti) ivrit dili tədris olunur. Onlar həmçinin, İsraildəki Azərbaycan icması ilə sıx əməkdaşlıq edirlər.

Azərbaycanda diaspor fəaliyyəti ilə geniş şəkildə məşğul olan millətlərdən biri ruslardır. XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülən rusların sayı Sovet hakimiyyəti illərində daha da artaraq 1 milyona çatıb.

Hazırda Azərbaycanda 340 orta məktəbdə 90 min şagird rus dilində təhsil alır. 18 ali təhsil ocağında 38 orta ixtisas təhsil müəssisələrində təhsil rus dilində aparılır. 2000-ci ildə yaradılmış Bakı Slavyan Universitetində rus dilli təhsil müəssisələrinin müəllimlərinin assosiasiyası, 2008-ci ildən isə L.M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakıda filialı fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanda rus dilində 50 çap nəşri, Rus Dram Teatrı, Azərbaycan Respublikasında Rus Provaslav Kilsəsinin Bakı Xəzəryanı regionlar Yeparxiyasının tabeliyində olan 5 kilsəsi fəaliyyət göstərir.

XIX əsrin sonlarından Azərbaycanda yaşayan digər millətlərin nümayəndələri sırasına ukraynalılar da əlavə olunub. Ötən əsrin 90-cı illərindən ukraynalıların təşkilatlanma işi geniş vüsət alıb. Hazırda Bakı Slavyan Universitetində Ukrayna dili tədris olunur 2001-ci il martın 2-də universitet rəhbərliyinin təşəbbüsü ilə "Ukrayna bazar günü məktəbi" açılıb.

Polyaklara məxsus "Polonya" Mədəniyyət Mərkəzi, yunanlara aid Yunanıstan Mədəniyyət Mərkəzi, "Arqo" yunan cəmiyyəti, almanlara məxsus "İntibah" mədəni-tarixi icması, "Yevangeliya Lüteran" icması, tatarlara aid Tukay adına Tatar Mədəniyyət Mərkəzi" "Tuqan tel" tatar mədəniyyətinin respublika cəmiyyətləri Azərbaycanda digər xalqların diaspor quruculuğu işinə yaradılan şəraitin əyani təzahürüdür. ("AZƏRBAYCAN MULTİKULTURALİZMİ: Ali məktəblər üçün dərslik. - Bakı: BBMM, 2017")

Xaricdəki azərbaycanlılar milli bəşəri dəyərlər fonunda

Müstəqillik qazanmaqla Azərbaycançılıq ideologiyası həm ölkə vətəndaşlarının, həm xaricdə yaşayan hər bir soydaşımızın düşüncəsində yenidən parladı. Müstəqilliyin ilk illərində yaranan xaos dövründə ölkə hüdudlarını tərk edən azərbaycanlılar Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra xarici ölkələrdə diaspor quruculuğuna cəlb olunmağa başladılar. Artıq "Azərbaycançılıq" anlayışı 1992-93-cü illərdə geniş yayılan şovinist separatçılıq əhval-ruhiyyəsindən tamamilə uzaqlaşaraq müxtəlif etnik qrupların millətlərin birgəyaşayışına xidmət edirdi.

Ümummilli lider xarici ölkələrə etdiyi səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem qayğıları ilə maraqlanır, həmvətənlərimizi yeni müstəqillik qazanmış Respublikamızın mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə, eyni zamanda, onları yaşadıqları ölkələrin cəmiyyətlərinə düzgün şəkildə inteqrasiya etməyə çağırırdı. Bu istiqamətdə atılan addımların ən birincisi hələ Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olarkən Ali Məclisin qərarı ilə 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Birlik Günü elan etməsi idi.

Bu istiqamətdə atılan digər mühüm addım isə 2001-ci ilin noyabr ayının 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsidir.

Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü.

2002-ci ilin 5 iyulunda Azərbaycan Prezidenti Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verdi.

Daha sonra isə Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı.

Bundan başqa, 2006-cı il 16 mart tarixində Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının II Qurultayı, 2011-ci il iyulun 5-6-da Dünya Azərbaycanlılarının III Qurultayı, 2016-cı ilin iyunun 3-4-də keçirilən IV Qurultayı dünyanın dörd bir yanında yaşayan soydaşlarımızın qarşısında Vətən naminə yeni vəzifələr müəyyənləşdirdi. Artıq xaricə üz tutan hər bir soydaşımız həm Azərbaycanın milli maraqlarını müdafiə edir, həm Qərb Şərq sivilizasiyaları arasında körpü rolunu oynayaraq müxtəlif mədəniyyətləri qovuşdurmaq missiyasını uğurla yerinə yetirir.

Azərbaycan diasporunun multikulturalizm sahəsində fəaliyyəti

Bu gün Vətənin hüdudlarından kənarda olan soydaşlarımız yaşadıqları cəmiyyətin ictimai-siyasi həyatına aktiv şəkildə inteqrasiya edir, həmin ölkələrin millətləri ilə dinc sülh şəraitində yaşayırlar. Həm ölkə daxilində, həm ölkə xaricində aparılan bu siyasətin nəticəsidir ki, dünyada fəaliyyət göstərən 500-dən çox Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrdə millətlər mədəniyyətlərarası tədbirlərdə iştirak edir, bəzən isə həmin tədbirlərə təşkilatçılıq edirlər. Beynəlxalq festivallarda, idman yarışlarında uğurla təmsil olunurlar. Son illərdə xaricdə yaşayan soydaşlarımız bu sahədə daha fəallıq nümayiş etdirir, diaspor təşkilatları daha mütəşəkkil çalışırlar.

Ölkə Prezidentinin müvafiq fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, həmçinin, 11 yanvar 2016-cı il tarixli Sərəncamla 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi, Bakı şəhərində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları xüsusilə xaricdə yaşayan soydaşlarımızda ruh yüksəkliyi yaratdı. Müxtəlif xalqların nümayəndələri ilə bir arada yaşayan azərbaycanlılar milli-mədəni dəyərlərin təbliğində daha fəallaşıb, ölkəmizi daha həvəslə fəxrlə təmsil edirlər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli-mədəni dəyərlərin təbliği işində göstərdiyi xidmətlər sayəsində ölkəmiz öz zəngin irsi ilə bu gün xarici dövlətlərdə əvvəlkindən daha çox tanınır. Eyni zamanda, xarici ölkələrdə Birinci vitse-prezidentin təşəbbüsü ilə kilsələrin təmir olunması, dünya mədəniyyətinə verilən töhfələr multikulturalizmin həm ölkəmizin xarici siyasətində prioritet olduğuna əyani nümunədir.

 

Günel TƏHMƏZZADƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı

 

525-ci qəzet.- 2019.- 18 dekabr.- S.18.