"Teyyub Qurban - 85" sərgisi açılıb

 

 

Dekabrın 18-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, tədqiqatçı, şair, dramaturq, publisist Teyyub Yarməmməd oğlu Qurbanovun (Teyyub Qurban) anadan olmasının 85 illiyi münasibətilə  "Teyyub Qurban - 85" adlı kitab sərgisi açılıb. 

 

Sərgidə Teyyub Qurbanın Azərbaycan və rus dillərində nəşr edilmiş əsərləri, redaktoru olduğu, tərcümə etdiyi, haqqında yazılmış kitablar, qəzet və jurnal məqalələri nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 

525-ci qəzet.- 2019.- 20 dekabr.- S.11.