Bir fotonun hekayəsi  

 

David Çikvaidze Ümummilli Lider Heydər Əliyevi belə yad etdi...

 

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun təmsilçisi olaraq mən mənim həmkarlarım tez-tez müxtəlif ölkələrə səfərlərə gedir, vacib tədbirlərdə, o cümlədən, BMT-nin qərargahında təşkil olunan tədbirlərdə iştirak edirik.

Bu ilin sentyabr ayında Cenevrəyə sonuncu səfərim zamanı BMT İnsan Hüquqları Şurasının 42-ci növbəti sessiyasına qatıldıq. Səfər zamanı yeni insanlar, ekspertlər BMT agentliklərinin nümayəndələri ilə bir sıra vacib görüşlər keçirdik. Eyni zamanda, tədbirdə qaçqın məcburi köçkün düşən soydaşlarımızın hüquqları barədə bəyanat təqdim etdik. Əminliklə deyə bilərəm ki, bu səfər çox məhsuldar oldu.

BMT-nin Cenevrədəki şöbəsinin Baş Direktor Aparatının rəhbəri David Çikvaidze ilə yaddaqalan bir görüşü xüsusi qeyd etmək istərdim. 

David Çikvaidze Tbilisidə anadan olub. "MQİMO"-nun beynəlxalq münasibətlər fakültəsinin məzunudur, otuz ilə yaxındır diplomatik, dövlət işi beynəlxalq sahələrdə fəaliyyət göstərir. 1993-cü ildən bəri, D.Çikvaidze Nyu-York Cenevrədə BMT ilə əlaqəli fəaliyyət göstərib. Hal-hazırda o, İsveçrə Xarici siyasət Assosiasiyasının Cenevrə Diplomatik Klubunun vitse-prezidenti, Dünya İncəsənət Elmlər Akademiyasının müxbir üzvü, beynəlxalq Rotari Hərəkatının üzvüdür.

Davidlə görüşdə necə əməkdaşlıq edəcəyimizi gələcəkdə əlaqələri inkişaf etdirəcəyimizi, xüsusən BMT strukturlarına inteqrasiya imkanlarını müzakirə etdik.

Ancaq mənim üçün onun Azərbaycana bir səfəri Ümummilli Liderimiz Heydər Əliyevlə görüşü barədə xatirələrinə qulaq asmaq çox maraqlı oldu.

Həmin səfər zamanı tarixi eksklüziv bir foto da çəkilib.

D.Çikvaidze həmin şəkillə bağlı mənə bunları danışdı: 

"Mən ilk dəfə 1994-cü ilin dekabrında Azərbaycana, ölkənin humanitar ehtiyaclarını nəzərdən keçirmək üçün Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyətinin tərkibində gəldim. Nümayəndə heyətini Prezident Heydər Əliyev qəbul etdi. O, heyətin hər bir üzvünü şəxsən salamladı hər kəsə öz adı ilə müraciət etdi!

Müasir Azərbaycanın atası olan Heydər Əliyev, karyeramda qarşılaşdığım ən görkəmli siyasi liderlərdən biridir. O, postsovet məkanında dağılmış yoxsul vəziyyətdə olan bir ölkəni uğurla inkişaf edən respublikalardan birinə çevirdi. Görülən işlər bu gün onun istedadlı oğlu Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə icra edilir. Onun müdrik, balanslaşdırılmış idarəçiliyi uzaqgörənliyi ilə Azərbaycan enerji, siyasi, strateji sahələrdə, eləcə Avrasiyanın təhlükəsizlik sahəsində aparıcı gücə dünya arenasında ciddi bir oyunçuya çevrildi."

O, öz növbəsində, "MQİMO"-da Prezident İlham Əliyevlə birgə təhsil alması öz qrup yoldaşından atası H.Əliyevlə bir vaxt çəkilmiş fotonu imzalatması üçün xahiş etməsi barədə danışdı.

Ulu öndər H.Əliyev onun xahişini nəzərə alaraq şəkilə imza atıb hətta belə bir cümlə yazmışdır:

"David Çikvaidzeyə BMT-dəki nəcib işlərində uğurlar arzulayıram".

David cümlənin yazıldığı yeri səliqə ilə kəsərək onu fotonun yanında yerləşdirib. O, həmin fotonu çərçivəyə salınaraq öz otağında ən görüntülü bir guşədə əziz bir xatirə kimi saxlayır. O, bunu çox qiymətləndirir və qürurla qonaqlarına göstərir.

David Çikvaidze ara-sıra Azərbaycana da gəlir və beynəlxalq formatda keçirilən forumkonfranslarda fəal iştirak edir.

Onun imzasını əziz xatirə kimi qoruyub saxladığı foto ilə Ulu öndərə və Azərbaycana olan sevgisi məndə bir azərbaycanlı olaraq qürur hissi yaratdı.

Bu gün də Davidlə münasibətlərimizi davam etdiririkbu yaxınlarda bu məlumatı ictimaiyyətlə bölüşmək istəyi ilə ona müraciət etdim. Əlbəttə, o, buna məmnuniyyətlə razılıq verdi.

Cenevrə səfəri, digər səfərlərdə olduğu kimi, bizim üçünson dərəcə faydalı oldu.

Ümumiyyətlə, bütün bu tədbirlər bizə yaxşı bir mühit formalaşdırmaq imkanı verir. Nəticədə biz tez-tez dostlarla, yaxınlarla və həmfikir insanlarla rastlaşırıq və, bu məni sevindirir. David Çikvaidze ilə son görüş bunun bariz nümunəsidir.

 

 

Umud MİRZƏYEV

Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti

 

525-ci qəzet.- 2019.- 20 dekabr.- S.6.