Milli Kitabxanada "Məmməd Aslan - 80" sərgisi

 

 

Dekabrın 24-də Azərbaycan Milli Kitabxanasında şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Muxtar oğlu Aslanovun (Məmməd Aslan) anadan olmasının 80 illiyi münasibətilə  "Məmməd Aslan - 80" adlı kitab sərgisi açılıb.

Burada şairin əsərləri, tərtib və tərcümə etdiyi, ön söz yazdığı və haqqında yazılmış kitab, jurnal və qəzet materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək

 

525-ci qəzet.- 2019.- 25 dekabr.- S.13.