Qələmsiz yazılanlar

 

status-esselər

 

Doğum günü ərəfəsində cənab Prezidentin yerli jurnalistlərə müsahibəsi diqqətçəkən, təqdirəlayiq addım idi böyük maraqla qarşılandı. Ölkə ictimaiyyətini maraqlandıran, demək olar, bütün məsələlərlə bağlı suallar dövlət başçısı səviyyəsində ətraflı müfəssəl şəkildə cavablandırıldı. Ölkə rəhbərinin ayrı-ayrı vaxtlarda tezis kimi səsləndirdiyi fikirlər bu dəfə tam dolğunluğu ilə, daha geniş çalarla diqqətə çatdırıldı. Müsahibənin formatı vaxt genişliyi imkan verdi ki, ictimaiyyət bütün məsələlər barədə Prezidentin mövqeyi ilə daha ətraflı tanış olsun.

Əminəm ki, yaxın aylarda mətbuatımız Prezidentin bu müsahibədə səsləndirdiyi müxtəlif aspektli fikirlərin təhlilinə geniş yer ayıracaq.

Belə müsahibələrin ənənəyə çevrilməsi müsbət tendensiya olmaqla yanaşı, fikrimcə, həm ölkə mətbuatının nüfuz məsuliyyətinin artmasına da şərait yaradacaq.

***

"Məhsul batdı"

(İlqar Həsənovun şifahi yaradıcılığından bir alınma)

Sovet vaxtı taxılçılıq rayonlarından birinə yeni katib gəlir. Tapşırıq verir ki, mütəxəssisləri yığıb taxıl yığımı ilə bağlı iclas keçirsinlər. Katib kreativliyini göstərmək üçün taxılçılıqda səriştəsi olan sadə kəndliyə söz verir:

- Yoldaş katib, məhsulun bol olması üçün gərək axşam möhkəm yağış yağa, səhər yaxşı gün çıxa. Axşam gərək möhkəm yağış yağa, səhər güclü gün çıxa. Axşam gərək...

Kəndli fasilə vermədən bu sözləri təkrarlayır. Katibin hövsələsi daralır:

- Ə, bir dayan! Ə, bir kəs!

Kəndli tövrünü pozmadan cavab verir:

- Yoldaş katib, dayandısa, kəsdisə, MƏHSUL BATDI... :)

***

Hamı bir-birinə oxşayır.

***

Ağac əkmək savab işdir, gərəkli xeyirxah əməldir.

Şair yaxşı deyib:

"İstəsən elliklə, istəsən tək. Təki sən ağac ək!.."

***

Nəsimidən üzü bəri nəsilləri birləşdirən Azercell!

***

Aeroportumuzda dincəlmək, yuxulamaq, hətta yatmaq üçün hər cür şərait var. Kreativ yataq - düzdür, bir az tabuta da oxşayır, cansıxıcı olur örtəndə...

***

Gəldik Alma-Ataya. Qazaxıstan yazıçılarının 85 illik yubileyinə. Yaz havasıdır. Qar var, amma köhnəlib. :)

***

Qazaxlar bacanağa baja, stop - dayana toxta deyirlər.

***

Oljas Süleymenov çıxışında mədəniyyətə, ədəbiyyata önəm verməyin vacibliyindən danışdı: "Mədəniyyət olmasa, fizika, riyaziyyat , texnologiya xilas yolu olmayacaq. Bəşəriyyətin sabahı yalnız mədəni texnologiyalarla mümkündür".

Təəssüf ki, informasiya texnologiyalarının və süni intellektin sürətli inkişafı axınında yazıçı harayı zəif pıçıltıya bənzəyirdi.

***

Yazıçılara dua edir: qonorarları bol olsun...

***

Yazıçılar da oxumağa keçəcəklər. Bob Dilan kimi...

***

Deyir, tamahkarla saxtakar tez anlaşır.

***

Xanbibi Esenkaraqızı qazax şairidir. Deyir, Xanbibi "xanın xanımı" deməkdir.

***

Hiss edirdim ki, gün belə yekunlaşacaq. Çapan Dombrayla :)

***

Deyir, yeni ilimiz qarsız olacaq.

***

Nəticəyə təsir etməyəcəksə, danışmağın mənası varmı?!.

***

Yəqin, deyiblər qocasan, səndən deputat olmaz! Düşüb depressiyaya. :

 

 

 

 

 

 

Rəşad MƏCİD

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə üzrə katibi, "525-ci qəzet"in baş redaktoru

 

525-ci qəzet.- 2019.- 25 dekabr.- S. 11.