Famil Mehdinin işıq üzü görməyən şeiri

 

Onu illər öncə tanımışdım: 1996-cı ilin sentyabr ayında... Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi kimi ilk dərslərimizdən biri məhz onun mühazirəsi olmuşdu... Professor Famil Mehdinin...

 

23 il ötüb o vaxtdan. Amma onun nurani siması, özünəməxsus gülüşü, vüqarlı duruşu, oxuduğumuz ədəbiyyatların üz qabığının rəngiylə belə maraqlanması, diqqəti tələbkarlığı, ciddiyyəti qayğıkeşliyi sanki dünənmiş kimi yadımdadı... Milçək belə uçsa qanadının səsi eşidilirdi onun dərslərində. Günlərlə M.F.Axundov adına kitabxanada Proxorovun, Zasurskinin əsərlərini oxuyub tərcümələr edirdik onun məşğələlərinə hazırlaşanda. Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayev haqda sənədli film hazırlayanda tələbəsi üçün elçi getmiş müəllimindən - bizim Famil müəllimdən müsahibə almışdıq. O qədər əziz unudulmaz xatirə var ki... Amma nədənsə Famil müəllimin 85 illiyi münasibətilə xatirələrimi vərəqləyəndə ilk öncə, IV kursun son günlərində yaşanan bir hadisə düşdü yadıma. Bu gün qalib gələ bilmədiyim duyğusallığıma qapılaraq, bir xatirə dəftəri hazırlamışdım, həm sadəcə məxsusi olaraq, müəllimlər üçün. Fakültəmizin tələbələrə hər zaman həm bir həmkar kimi yanaşan əziz müəllimlərinə bir-bir yaxınlaşaraq, bir az çəkingən, bir az həyəcanlı, bir az da kövrək şəkildə ürək sözlərini yazmağı xahiş edirdim. yaxşı ki xatirə dəftərimi yazanlar sırasında onun da adı oldu. Tək ona görə yox ki, professor Famil Mehdi 4 illik tələbəsi, dəyər verdiyi qrup nümayəndəsi kimi bir gənc jurnalistə öz ürək sözlərini əsirgəməmişdi. Həm ona görə ki, bu dəftərdən başqa heç yerdə olmayan, oxucuları sadəcə bu dəftəri oxuyanlarla məhdudlaşan, amma sahilsiz dəniz kimi müəllim sevgisindən böyük ürəyə malik şair ilhamından pərvazlanan bir şeir yazılmışdı o gün...Bəli, illər öncə - 4 aprel 2000-ci ildə professsor Famil Mehdi IV kurs tələbəsi Billurə Aslanovanın xatirə dəftərinə öz ürək sözlərini şeirlə yazmışdı. O şeiri xatirə dəftərində əziz müəllimimə ünvanladığım təqdimatı olduğu kimi bu yazıya əlavə etdim.

 

Ruhun şad olsun, şair!

 

Yubileyin mübarək olsun, əziz müəllimim!

 

 

***

Famil Mehdi - (Jurnalistikanın nəzəriyyəsi təcrübəsi kafedrasının müdiri)

 

Qısa arayış: sözündən, nəfəsindən Qarabağ yanğısı əksik olmayan, fakültə ağsaqqalı, hər mühazirəsi bədii-publisistik əsərə bərabər müəllim, el dərdindən yazan şair. İlk yazımın ilk oxucusu. (27.12.1996 - Gənclik qəzetində, I kurs)

 

İlk dərsi: 04.09.1996 (çərşənbə günü, I saat), I kurs, 517-ci auditoriya

 

Ən yadda qalan görüş: kövrəlmiş professorun evlərindəki söhbəti (28.04.1997) Qeyd: onu heç belə görmək istəməzdim.

 

Allah rəhmət eləsin...

Billurə Aslanqızı

jurnalist, filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2019.- 27 dekabr.- S.8.