Milli KitabxanadaFamil Mehdi – 85” adlı kitab sərgisi açılıb

 

Dekabrın 25-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, şair elm xadimi, professor Famil Mehdinin anadan olmasının 85 illiyi münasibətiləFamil Mehdi – 85” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə şairin əsərləri, tərtib etdiyi, redaktoru olduğu, haqqında yazılmış kitablar, dövri mətbuatda nəşr olunmuş şeirləri, məqalələri nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 

525-ci qəzet.- 2019.- 27 dekabr.- S.8.