Milli musiqi mədəniyyətimizin yorulmaz tədqiqatçısı

 

 

Ömrünü elmə, təhsilə həsr etmiş kamil insanlardan biri də həyatının ən gözəl çağında 70 illiyini qarşılayan Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Azərbaycan ənənəvi musiqisimüasir texnologiyalar" kafedrasının müdiri, professor Tariyel Məmmədovdur.

Geniş erudisiyalı alimin mənalı və şərəfli həyat yolu, elmi fəaliyyəti Azərbaycan torpağına, onun musiqi mədəniyyətinə bağlıdır. T.Məmmədov respublikanın siyasi-ictimai həyatındakı islahatların, elmi-mədəni düşüncədəki yeniləşmənin, milli intellektual-kulturoloji mühitdəki dəyişiklikləri nəzərə alan və əldə etdiyi elmi nəticələri praktik surətdə gerçəkləşdirməyə bacaran musiqişünaslardan biridir. Təsadüfi deyil ki, çoxlu sayda monoqrafiyaelmi-publisistik məqalələrin müəllifi olan T.Məmmədov, postsovet məkanında nüfuzlu elmi nəşrlərdən biri kimi tanınmış və bu il 20 illik yubileyi qeyd olunan "Musiqi Dünyası" jurnalının ilk naşiribaş redaktorudur. Azərbaycan Bəstəkarlar, Musiqi Xadimləri və Teatr Xadimləri ittifaqlarının, Aşıqlar Birliyinin fəal üzvüdür. O, həm də Azərbaycan İnternet mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir çox mükafatlara layiq görülüb.

Tariyel Aydın oğlu Məmmədov 1949-cu ildə Bakı şəhərində anadan olub. Uşaqlıq yaşlarından mükəmməl musiqi təhsili alan alim, A.Zeynallı adına Bakı musiqi texnikumunda, 1969-74-cü illərdə isə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) musiqi tarixi və nəzəriyyəsi ixtisasına yiyələnib. Dərin və hərtərəfli hazırlığı, musiqi nümunələrini dəqiq təhliletmə bacarığı gələcəkdə T.Məmmədovun elmimizin böyük aşığşünas-alimi və pedaqoqu kimi formalaşmasında əsas rollardan birini oynayıb. Tələbəlik illərində gənc musiqişünasın elmi axtarışlara meyli "Formanın məna funksiyaları məsələləri haqqında (periodun mövzunun ilkin təfsiri nümunəsində)" adlı uğurla müdafiə olunmuş diplom işində tapır. Burada o, milli musiqişünaslıqda yeni olan semiotika sahəsinə üz tutur, musiqini işarələr sistemi kimi şərh edır.

Musiqi mədəniyyətinin müxtəlif sahələrində yorulmadan fəaliyyət göstərən T.Məmmədov, 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasında "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" şöbəsində elmi işçi kimi fəaliyyətə başlayır.

1984-1992-ci illərdə tanınmış ziyalı, Azərbaycan Mədəniyyət Nazirliyinin TeatrMusiqi təşkilatları idarəsinin rəis müavini kimi, hər zaman yüksək əhvalla, yorulmaq bilmədən, mədəniyyət, elm, təhsil yolunda çalışır.

Bənzərsiz və maraqlı elm aləminə qovuşaraq həyatını pedaqoji fəaliyyətə həsr etmək kimi müqəddəs bir missiya ilə insanlara bilik, savad vermək istəyini də tələbəlik illərində tam yəqinləşdirir. T.Məmmədov 20 saylı musiqi məktəbində dərs deməyə başlayır, sonradan müxtəlif illərdə Xankəndi şəhərində musiqi texnikumunda, Bakı incəsənət gimnaziyasında çalışır. 1996-cı ildən gimnaziyadakı pedaqoji fəaliyyətini Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasınında bir arada davam etdirir. 2015-ci ildən T.Məmmədov bu şərəfli tədris ocağının "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasının müdiri vəzifəsində çalışır. Onun rəhbərliyi altında kafedranın işinin məzmun və formaca yeniləşdirilməsi, innovasiyalı texnologiyaların mənimsənilməsi istiqamətində ciddi addımlar atılır. Nəticədə 2016-cı ildə T.Məmmədovun təşəbbüsü ilə kafedranın adı dəyişdirilərək, "Azərbaycan ənənəvi musiqisimüasir texnologiyalar" kafedrası olur.

Tədris və elmi işi düzgün istiqamətləndirməyi bacaran professor, yeni nəsil musiqi kadrlarının formalaşmasında yaxından iştirak edir, "Azərbaycan xalq musiqi yaradıcılığı", "Azərbaycan xalq musiqisinin əsasları", "Mənbəşünaslıq", "Xalq musiqisinin aktual problemləri", "Şərq xalqlarının şifahi ənənəli musiqisi" kimi fənləri yüksək səviyyədə tədris edir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında T.Məmmədov "Aşıq yaradıcılığı" fənninin əsasını qoyubbu fəndən bütün ixtisaslarda təhsil alan tələbələrə maraqla qarşılanan mühazirələr oxuyur.

Bolonya təhsil sisteminin xüsusiyyətlərini nəzərə alan T.Məmmədov yeni dərsliklərin hazırlanmasında böyük rol oynayır. O, müasir tələblərə cavab verən  "Azərbaycan xalq professional musiqisi: aşıq sənəti" (2002), "Musiqi folklorunun toplanması, yazıya alınması, qorunması haqqında" (2004), "Özbək xalqşifahi ənənəli professional musiqisi" (2004), "Azərbaycan xalq yaradıcılığı" (2011) adlı dərslik və kitabların müəllifidir. Dəyərlidir ki, bu işlərin hamısı həm çap olunmuş kitab, həm də elektron şəklində mövcuddur və nəticə etibarilə musiqi təmayüllü tədris ocaqlarında dərs vəsaiti kimi istifadə edilir. Onun qələminə məxsus dərslik, proqrammetodiki tövsiyələr dərs prosesində geniş istifadə olunur.

İllər ərzində Tariyel müəllim çoxlu sayda tələbələr yetişdirmişdir. Onun davamçıları bu gün Azərbaycanda və xaricdə müəllimlərinin ənənələrini, elmipedaqoji prinsiplərini inkişaf etdirirlər. T.Məmmədovun rəhbərliyi altında 7 namizədlik dissertasiyası yazılıbdır, tələbələri - elmlər namizədi, elmlər doktoru, professor adına layiq görülüblər. Onların arasında respublikada yaxşı tanınan A.Kərimov, E.Dadaşova, K.Dadaşzadə, L.Həsənova, N.İbrahimova, E.Kılkıl, Z.Demirini xatırlamaq olar. Hazırda T.Məmmədov üç doktorluq dissertasiyasının elmi məsləhətçisi və iki aspirantın rəhbəridir. 2006-2008-ci illərdə Ali Attestasiya Komissiyasının sənətşünaslıq üzrə ekspert şurasının üzvü olub.

T.Məmmədovun yaradıcılığının dəyərli hissəsini onun elmi araşdırmaları təşkil edirbu əsərlərini nəzərdən keçirərkən, tədqiqatlarının nə dərəcədə çoxşaxəli olmasına qibtə etməmək olmur. O, öz elmi işləri ilə Azərbaycan musiqi elminin vacib bir istiqamətinə - aşıqşünaslığa yeni nəfəs gətirir. T. Məmmədov bu yolu sevərək seçir, araşdırdığı sahənin öyrənilməsi üçün böyük əmək sərf edir. O, Moskvada keçmiş SSRİ Mədəniyyət Nazirliyinin Ümumittifaq elmi-tədqiqat institutunda təhsil alır, burada görkəmli alim, professor M.Y.Tarakanovun rəhbərliyi altında 1983-cü ildə "Koroğlu dastanında epik havalar" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir.

Bir ildən sonra bu elmi "Koroğlu havaları" adı altında çap olunur. Məhz bu monoqrafiyada aşıqşünaslıq, xüsusən aşıq musiqi nəzəriyyəsi ilə bağlı bir çox ciddi məsələlər ilk dəfə problem kimi qoyulur. Xalqımızın qədim aşıq irsinin öyrənilməsi sahəsində böyük nailiyyətlər əldə edən alim, "Koroğlu" dastanının musiqipoetik xüsusiyyətlərinin həmahəngliyini, arasındakı görünən və görünməyən ümumilik və fərqləri araşdırır.

İllər ərzində T.Məmmədov aşıq havalarını Azərbaycanın müxtəlif rayonlarında folklor-etnoqrafik ekspedisiyalarda toplamış və nota köçürüb. Onun çoxşaxəli fəaliyyətinin bu qolu həm bir tədqiqatçı kimi formalaşması, həm də milli etnomusiqişünaslıq baxımından əvəzsizdir. Toplanılmış çoxsaylı nümunələr milli musiqi elmi üçün böyük töhfə olaraq, sonradan çap olunub və gələcək tədqiqatlar üçün geniş yollar açıb.

Lakin bununla kifayətlənməyən alim, dəyərli musiqi nümunələrini sistemləşdirmiş, tarixi və nəzəri cəhətdən öyrənmişdir. Aşıq yaradıcılığını dayanmadan tədqiq edən musiqişünas, 1989-cu ildə "Azərbaycan aşıqlarının ənənəvi havaları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Bir il öncə çap olunmuş eyniadlı monoqrafiyada T.Məmmədov elmi ictimaiyyəti yeni elmi konsepsiyası ilə tanış edir. Bu fundamental monoqrafiyada alim tərəfindən Borçalı, Qazax, Tovuz, Gədəbəy rayonlarında toplanıb nota yazılmış 60 ənənəvi aşıq havası yer almışdır ki, bu da Azərbaycan musiqişünaslığında aşıq havalarının ən böyük həcmli not nəşri hesab olunur. Toplanan nümunələr ustad aşıqların ifasında "canlı səslənmə" yolu ilə müasir dünya etnomusiqişünaslığının tələblərinə əsasən həyata keçirilmişdir. Maraqlıdır ki, T.Məmmədov tədqiqatda aşıq havalarının toplanması, yazıya alınması və təhlili mexanizmini və metodikasını işləyib və əsaslandırıb.

Sonraki illərdə T.Məmmədov tədqiq etdiyi problemi daha da genişləndirir, müxtəlif türkdilli xalqların - qazax, türk, türkmən və təbii ki, Azərbaycan xalqının musiqi mədəniyyətində saz-söz sənətinin kökləri, eyni dastanların havalarının oxşar və fərqli cəhətləri, musiqi-tipoloji xüsusiyyətləri, yerli aşıq məktəblərinin orijinallığı, ifaçılıq üslububaşqa maraqlı məqamları araşdırır. Onun həm Şərq, həm də Qərb elmi ənənələrini dərindən bilməsi, hər iki mədəniyyətinin məntiqini, mənasını və ruhunu dərindən anlaması, son zamanlar türk musiqi dünyasının dəyərlərinin dərkinə olan tələbat artdıqca, elmi nəticələrinə yeni bir ahəng verir. Aşıq yaradıcılığının tarixi-nəzəri problemlərini izləyən alim, etnik informasiya daşıyıcılarının ifasında yazıya alınmış və bu informasiyaların elmi şərhi verilmiş CD-lər tərtib edir. Onların arasında  "Azərbaycan klassik aşıq havaları" (2009), "Koroğlu aşıq havaları" (2010), "Azərbaycan aşıq yaradıcılığı" (2011), "Koroğlu epic songs" (2013) və başqalarını qeyd etmək olar.

Geniş elmi biliyə, yüksək təşkilatçılıq bacarığına malik alim həmçinin, müxtəlif ölkələrdə ən nüfuzlu elmi jurnallarda dərc olunan 100-dən çox məqalənin müəllifidir. T.Məmmədov 1980-ci illərdə ümumittifaq "Melodiya" firması tərəfindən təşkil olunan layihədə iştirak edərək, 6 plastinkadan ibarət "Azərbaycan muğam dəstgahları" (1986), "4 diskdən ibarət "Koroğlu" dastanı" (1989), Azərbaycanın məhşur xanəndələri Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Məşədi Məhəmməd Fərzəli oğlunun (1991) səsi yazılan 3 valın annotasiyalarının müəllifidir.

T.Məmmədov xaricdə, o cümlədən, ABŞ, Tunis, Bolqarıstan, Qazaxıstan, Belorusiya, Litva, Özbəkistan və Azərbaycanda keçirilmiş bir çox beynəlxalq elmi konfranssimpoziumlarda musiqi elminə dair maraqlı elmi məruzələrlə çıxış etmişdir. Böyük maraqla qarşılanan bu məruzələrdə, alim diqqətini müasir elmin aktual problemlərinə yönəldib, orijinal ideyalarla yadda qalıb. Xaricdə dərc olunmuş məqalə və çıxışlarında o, xüsusilə şifahi ənənəli musiqinin tədqiqi və təbliği, daima aktual olan Şərq-Qərb musiqi ənənələrinin uzlaşması problemlərini geniş işiqlandırıb.

Bu gün qloballaşan dünyada elmi-texniki tərəqqinin sürətləndirilməsi, bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə davamlı əməkdaşlıq əlaqələrinin qurulması, bəşəriyyətin rifahına xidmət edən qlobal layihələrın həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilir. Əldə olunan nailiyyətlərin cəmiyyətə çatdırılması, eləcə də mövcud problemlərdən birgə çıxış yollarının axtarılması məqsədlərinə xidmət edən elmi konfransseminarlar keçirilir, müxtəlif səpkili görüşlər, sərgilər təşkil edilir. Belə tədbirlərdən biri 2002-ci ildə T.Məmmədovun təşəbbüsü ilə baş redaktor olduğu "Musiqi Dünyası" jurnalında "Qloballaşma dövründə mədəni irsin mühafizəsi və ənənəvi dəyərlərin qorunması" başlığı altında təşkil olunub. Beynəlxalq konfransda Azərbaycan, Rusiya, Mərkəzi Asiya və Estoniyanın alimləri bir araya gələrək, qloballaşma dövründə şifahi ənənəli musiqinin aktual problemlərinə toxunublar.

2004-cü ildə T.Məmmədov "Communiti connections" (ABŞ) proqramı əsasında Bakıda təşkil olunan "Telework in goverment, business, research and vocational traininq" sərgisində, 2005-ci ildə "Tunis-2005" sammitində, "Slavyan xalqlarının qeyri-maddi mədəni irsi: toplanması, qorunması və kompleks şəkildə öyrənilməsi problemləri" (Minsk), 2007-ci ildə Minsk şəhərində "Dünya yaddaşı: sənədli irsin qorunması üzrə kitabxanaların, arxivlərin, muzeylərin fəaliyyəti", 2010-cu ildə isə Moskvada "Post-sovet məkanında musiqi elmi" başlığı altında keçirilən konfranslarda, Almatı şəhərində "Türk xalqlarının musiqisi: özünəməxsusluq və populyarlaşma məsələləri" adı altında keçirilən seminarın iştirakçısı olub.

T.Məmmədovun çoxşaxəli yaradıcılığının mühüm səhifəsini Azərbaycanda ilk multimediya layihəsinə çevrilən  "Musiqi Dünyası" jurnalıdır. Onun nüfuzlu bir mətbuat orqanı kimi 1999-cu ildən jurnal şəklində çap olunmuş, Azərbaycan musiqi irsinin dünya internet məkanına çıxarılması, beynəlxalq əlaqələrin yaradılması kimi mütərəqqi bir missiyanı həyata keçirən "Harmony" (http://harmony.musigi-dunya.az) internet jurnalı timsalında, musiqi mədəniyyətimizin ən aktual problemlərinin daha geniş dinləyici kütləsinə çatdırılmasını təmin edən radio versiyada çıxır. 2015-ci ildən "Musiqi Dünyası" jurnalı İTV kanalında ayda bir dəfə baş redaktor T.Məmmədov tərəfindən telejurnal şəkilində də təqdim olunur. 2014-cü ildən jurnal Azərbaycan Mətbuat Şurasının üzvüdür. Bu gün elmi-pedaqoji, tənqidi-publisistik və mədəni-maarif, kulturoloji aspektləri bir araya gətirən jurnalda məqalələr Azərbaycan, ingilis, rustürk dillərində çap olunur. Eyni zamanda, jurnal bir çox müsabiqələrdə mükafatlara layiq görülmüş 40-dan çox veb saytın müəllifidir və milli musiqi mədəniyyətimizin qorunması və təbliqində böyük rol oynayır. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə ərsəyə gələn "Vaqif Mustafazadə", "Qara Qarayev", "Üzeyir Hacıbəyli", "Əfrasiyab Bədəlbəyli", "Tofiq Quliyev", "Şəmsi Bədəlbəyli", "İlyas Əfəndiyev", "Rəsul Rza" və digər veb-saytlar memorial saytlar sırasına daxildir.

Mənəvi irs portalına daxil olan saytlar sırasına "Azərbaycanın ənənəvi musiqi atlası", "Azərbaycan diskoqrafiyası", XX əsrin əvvəllərində yaşayıb-yaratmış xanəndələrin qrammofon vallarında qorunan səsyazıları, "Azərbaycan tarixinin canlı səsləri" və "Azərbaycanın epistolyar irsi" daxildir. Saytoqrafiyada xüsusi yeri "virtual muzeylər",  Ü.Hacıbəylinin "Leyli və Məcnun", "O olmasın, bu olsun", "Arşın mal alan", Xalq yazıçısı İlyas Əfəndiyevin əsərləri əsasında hazırlanmış, xanəndə Xan Şuşinskinin fəaliyyətini işıqlandıran resurslar vacib yer tutur. Ensiklopediya formatlı portallara daxil olan saytlardan isə Əfrasiyab Bədəlbəylinin "İzahlı-monoqrafik musiqi lüğəti", "Saz məktəbi", "Üzeyir Hacıbəyli ensiklopediyası", "Cəlil Məmmədquluzadə ensiklopediyası", "Dədə Qorqud ensiklopediyası", "Azərbaycan bəstəkar və musiqişünaslarının onlayn kataloqu"nu yada salmaq vacibdir.

"Musiqi Dünyası"nın həyata keçirtdiyi tədbirlər sırasında Azərbaycan Respublikasının Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında hazırlanmış "Qarabağ xanəndələri" (4 dildə təqdim edilmiş albom və 24 CD disk daxil olmaqla), "Muğam ensiklopediyası" (kitab və 24 CD disk daxil olmaqla) layihələri xüsusilə vurğulanmalıdır. Layihədə radiofonddan, Musiqi Mədəniyyəti Muzeyindən, Ü.Hacıbəylinin ev-muzeyindən, Firidun Şuşinskinin, Bəhram Mansurovun şəxsi arxivindən alınan 1903-1912 illərdə reallaşan səs yazılarından istifadə edilib.

Ü.Hacıbəyli adına BMA-nın təşəbbüsü və T.Məmmədovun rəhbərliyilə müasir informasiya-kompyuter texnologiyaları vasitəsilə Azərbaycanın qeyri-maddi sərvətlərinin qorunması və gələcək nəsillərə çatdırılması və təbliği məqsədi ilə daha bir neçə təhsil layihəsi həyata keçirilmişdir: "Karaoke. Azərbaycan xalq mahnıları və klassik romansları", "Azərbaycanın klassik poeziyası", "Azərbaycanda yaşayan xalqların 50 mahnısı", "Azərbaycan bəstəkarlarının 50 mahnısı", "Azərbaycan dilini öyrənirik". Onun rəhbərlik etdiyi "Musiqi Dünyası" jurnalının elektron nəşrlər mərkəzi yaradılan bir sıra veb-saytlara görə və Azərbaycan İnternet mədəniyyətinin inkişafındakı xidmətlərinə görə informasiya texnologiyaları üzrə dünya sammitinin təsis etdiyi "İntellekt-2005", "AWARD-2007" mükafatına, 2006-cı ildən - 10 il ərzində "NETTY" Milli İnternet müsabiqəsinin mükafatlarına, "HUMAY-2007" Milli mükafatına layiq görülüb.

Nüfuzlu alim, pedaqoq və təşkilatçı milli musiqi mədəniyyətinə verdiyi töhfələrinə görə 2008-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülür.

Bu gün T.Məmmədov yeni ideyalarının gerçəkləşməsi istiqamətində gərgin fəaliyyət göstərir, bütün varlığı ilə yaşadığı 70 illik həyatında millətinə, dövlətinə bağlı bir şəxsiyyət kimi ömrün kamillik zirvəsinə doğru irəliləyir. Bu yubiley münasibəti ilə onun səmimi qəlbdən təbrik edirik, möhkəm can sağlığı və yeni-yeni nailiyyətlər arzulayırıq!

 

Könül NƏSİROVA

Professor

 

525-ci qəzet.- 2019.- 20 fevral.- S.7.