Mirzə Şəfi Vazeh nəğmələri "Yubileylər silsiləsi"ndə

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin mərkəzi kitabxanasının nəzdindəki "Gənc yazarların Mirzə Şəfi məclisi"ndə görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin 225 illik yubileyinə həsr olunmuş "Mirzə Şəfi Vazeh nəğmələri" adlı dəyirmi masa təşkil edilib.

Baş İdarədən bildirilib ki, "Yubileylər silsiləsi" layihəsi çərçivəsində baş tutan tədbirdə məclisin sədri, uşaq yazıçısı Gülzar İbrahimova şairin yaşadığı dövr, həyat yaradıcılığı haqqında ətraflı məlumat verib.

Kitabxananın əməkdaşları Yeganə Qafarova İradə Hüseynova çıxışlarında bildiriblər ki, M.Ş.Vazeh Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşatmış yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən diqqətəlayiq irs qoyub. Onun yaradıcılığı ölkəmizin Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus mühüm yer tutur.

Sonra məclis üzvləri şairin "Nəğmələr" kitabından şeirlər söyləyiblər.

 

525-ci qəzet.- 2019.- 20 fevral.- S.7.