O, oxunmamış kitabdır   

 

 

Analitik təfəkkür sahibi filoloq alimlərimizdən söz düşəndə göz önünə ilk gələnlərdən biri sadəliyi, təvazökarlığı, səmimiyyəti, dərin elmi biliyi ilə seçilən, incə yumoru, zarafatları ilə qəlbləri fəth edən Nizami Cəfərov olur.

Nizami Cəfərov o xoşbəxt taleli alimlərdəndir ki, Bakı Dövlət Universitetində tələbələrinməhəbbət hörmət obyekti, ümid istinadgahı” Mir Cəlal Paşayev, Muxtar Hüseynzadə, Abbas Zamanov, Əlövsət Abdullayev, Musa Adilov,  Ağamusa Axundov, Tofiq Hacıyev, Təhsin Mütəllimov kimi müəllimlərdən mükəmməl dərs almış, görkəmli filoloq kimi yetişmişdir.

Onun istedadı lap gənclik illərindən özünü büruzə verirdi. Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən kimi aspiranturaya daxil olur (1982-1985). Mən bu tarixi təsadüfi yazmıram. Gənc alim aspiranturanı bitirməmiş namizədlik dissertasiyası müdafiə edir.Ədəbiyyat incəsənətqəzetində tənqid ədəbiyyatşünaslıq şöbəsinə başçılıq edə-edə (1987-1991) doktorluq dissertasiyası üzərində işləyir cəmisi altı il sonra 32 yaşında (1991) doktorluq müdafiə edir. Bu, onun böyük elmi potensialından xəbər verirdi. Nizamiyə qədər dilçilik elmi sahəsində 32 yaşında yalnız müəllimi Ağamusa Axundov müdafiə etmişdi.

Nizami müəllimin doktorluq müdafiəsi ərəfəsində baş verən ibrətamiz bir hadisəni yada salmaq istəyirəm. Ədəbiyyat incəsənətqəzetinin baş redaktoru Nəriman Həsənzadə Nizaminin Kərkük bayatılarına həsr olunmuş məqaləsini rəy üçün mənə göndərmişdi. Müəyyən nöqsanlarını nəzərə alaraq məqaləyə mənfi rəy verdim. Məqalə çap olunmadı. Nizami həddən artıq təmkinli adam imiş.

Vaxt keçdi. Mən Bakı Dövlət Universitetinin Qərbi Avropa dilləri kafedrasında professor, Nizami Cəfərov isə filologiya fakültəsində dekan işləyirdi. Universitetin böyük akt zalında 60 illik yubileyimdə Nizami müəllim geniş məruzə ilə çıxış etdi. Akademik Bəkir Nəbiyev, Yaşar Qarayev Ə.Bəndəroğlu ilə haqqımda məqalə yazdı. Məqalə Universitetin elmi xəbərlərində Bağdadda çıxanSut əl ittihad” (“Birlik səsi”) dərgisində çap olundu.

Bütün bunlar Nizami Cəfərovun ürəkgenişliyindən xəbər verirdi. Atalar sözünün yeridir, deyim: “Yaxşılığa yaxşılıq hər kişinin işidir. Yamanlığa yaxşılıq ər kişinin işidir”.

Nizami müəllim bu bir çox başqa xüsusiyyətlərinə görə köhnə kişilərə bənzəyir. Yaradan Nizami Cəfərova həyatda heç nəynən alınmayan ağıl, dərrakə, təfəkkür, fitri istedad bəxş etmişdir.

Çox gənc ikən Azərbaycan Yazıçılarının qurultayında məruzə ilə çıxış etməsi, təmkini, uğurlarımız uğursuzluqlarımız barədə məntiqi fikirləri Ulu öndərimizin (Ulu öndər yazıçıların bütün qurultaylarında fəal iştirak edirdi. Yaxşı yadımdadır, Moskvadan işdən çıxıb Bakıya qayıtmışdı. Yazıçıların Filarmoniyada keçirilən qurultayında iştirakı necə sevinclə, gurultulu alqışlarla qarşılandı. Mənsə fikirləşdim: “İlahi, görəsən, çox yüksək vəzifədən çıxmış çoxmu adamı belə alqışlarla qarşılayırlar?!”) diqqətini cəlb etmiş bu onun gələcək taleyində müsbət rol oynamışdır. Hər şeydən əvvəl özünə inam yaratmışdı.

Nizami Cəfərov elm aləmində ən yüksək zirvəni fəth edib. Əməkdar elm xadimi, akademikdir. Millət vəkilidir. Türkiyə-Azərbaycan ədəbi, elmi, mədəni, siyasi əlaqələrinin flaqmanı Atatürk Mərkəzinin yarandığı gündən rəhbəridir. İctimaiyyət arasında nüfuz sahibidir.

Xoşbəxtlikdən həyatın keşməkeşləri, vəzifə, şan-şöhrət onu filologiya elmimizə sonsuz məhəbbətdən, sədaqətlə xidmətdən yayındıra bilməmişdir. Dilçilik ədəbiyyatşünaslıq elmimizi eyni dərəcədə dərindən bilməsi, fitri istedadı onu açıq-aşkar başqa alimlərimizdən xeyli dərəcədə fərqləndirir.

Danılmaz faktdır ki, o, ədəbiyyatşünaslıq elmimizə ən çox töhfə verən, ədəbi prosesin istiqamətlənməsində xidmətləri olan görkəmli dilçi alimimizdir. Maraqlıdır ki, o, namizədlik, az sonra doktorluq dissertasiyalarını dilçilikdən müdafiə etsə , geniş yayılan ilk əsəri - “Füzulidən Vaqifə qədər” (Yazıçı, 1991) məhz ədəbiyyatşünaslıqdan olmuşdu. Alimin Qədim dövr, Orta dövr, Yeni Ən yeni dövrü əhatə edən fundamental 4 cildlikTürk xalqları ədəbiyyatı” (“Çaşıoğlu”, 2006-2007) əsəri hadisəyə çevrilmişdi.

Doğrudur, görkəmli dilçi alimlər Ağamusa Axundov Tofiq Hacıyev, Yusif Seyidov, Kamal Abdulla, Qəzənfər Kazımov, Kamil Vəliyev, Buludxan Xəlilov başqaları da ədəbi prosesin fəal iştirakçısı olmuşlar. Dilçilik ədəbiyyatşünaslıq elmimizə eyni dərəcədə ömür həsr edən, fundamental əsərlər ortaya qoyan akademik Nizami Cəfərovun bu sırada özünəməxsus, seçilən bir yeri var. Xüsusən bu, son onillikdə özünü bariz şəkildə göstərir.

Dilçi kimi dil tarixindən (L.M.Qumilyovun əsərləri barədə sanballı məqalələri), ümumi dilçilikdən (Ferdinand de Sössürün əsərlərinin Azərbaycan dilinə tərcüməsi s.), müasir dildən fundamental əsərlər yazıb. Ədəbiyyatşünaslıq sahəsində klassik ədəbiyyatdan: “Molla Pənah VaqifSəməd Mənsurun poeziyasımonoqrafiyaları, çağdaş ədəbiyyatımızdanElçin - Yazıçının yaradıcılıq yolu”, “Afaq Məsud dünyası s. monoqrafiyaları, “Hüseynbala Mirələmovun yaradıcılığı ya ədəbi tərcümeyi-halıəsəri, eləcə Ədəbiyyat söhbətləriməqalələr toplusu filoloq alimin ədəbiyyatşünaslıq elmimizə töhfəsidir.

Nizami Cəfərovun bu kitablarından əvvəl çap olunmuş 5 cildlikSeçilmiş əsərləri” (2007) oxucu tədqiqatçıların stolüstü kitabına çevrilmişdir.

Onun yerinə başqa birisi olsaydı, bəlkə iddiası yerə-göyə sığmazdı. O isə səs-küysüz, aşıb-daşan yaradıcılıq enerjisi ilə qələm sahiblərini, tədqiqatçıları yazıb-yaratmağa sövq edir.

Nizami Cəfərovun yaradıcılığında fikir var, yeni ideyalar var, bir sözlə, öyrəniləsi çox şey var. Odur ki, mətbuatda çıxan yazılarını bağışladığı kitablarını müntəzəm olaraq oxuyur bəhrələnirik.

Nizami Cəfərovun həm bədii, həm elmi publisistikası eyni dərəcədə güclüdür. Onun  Mir Cəlal Paşayev, Ağamusa Axundov, Tofiq Hacıyev, Bəkir Nəbiyev, İsa Həbibbəyliyə həsr etdiyi əsərləri elmi publisistika üstündə köklənib. Manaf Süleymanov, Nəriman Həsənzadə, Zəlimxan Yaquba ithaf olunan məqalələri bədii publisistikanın gözəl nümunələridir. Ölkəmizin nüfuzlu ağsaqqalları - milli-mənəvi dəyərlərimiz Fəttah Heydərov, Xoşbəxt Yusifzadə, Qəmbər Şəmşiroğlu başqalarına həsr etdiyi məqalələri yüksək elmi səviyyədə yazılmış örnək əsərlərdir.

Bu qədər ciddi sanballı əsərlər yazan, analitik təfəkkür sahibi Nizami Cəfərov çox zarafatcıl adamdır. Onun yanında vaxtın necə keçdiyini duymursan. Qəribədir ki, zarafatlarına da elmi çalar verə bilir. O, bütün məclislərdə arzuolunan şəxsdir. Məclis tədbirləri aparmağı başqa bir aləmdir. Məqamına uyğun zarafatları mənəvi qidaya çevrilir, incə yumoru ilə məclisi bəzəyir.

Yaradan ona xeyirxahlıqla döyünən ürək bəxş etmişdir. Elm adamlarına, xüsusən gənc tədqiqatçılara kömək əlini qızırqamır. Hətta onlara opponent olmağa belə razılıq verir. Bir insan böyük alim kimi hamının rəğbətini qazanmışdır. Ona görə ki, təmənnasız adamdır.

Nizami müəllimin təmənnasız olaraq 1995-ci ildən Azərbaycan TeleviziyasındaAzərbaycan diliverilişini aparması çox mətləblərdən xəbər verir. Zəmanəmizdə təmənnasızlıq qəhrəmanlığa bərabərdir.

Nizami müəllimlə oturub-durmaq, yol yoldaşı olmaq, xoş əhval-ruhiyyə yaradan yumor dolu söhbətlərini, həyatda baş vermiş ibrətamiz hadisələrə yanaşmalarını dinləmək özü xoşbəxtlikdir. Bununla belə, deməliyəm ki, bu fitri istedad sahibini axıra qədər dərk etmək çətindir. O, oxunmamış kitabdır.

 

 

Qəzənfər PAŞAYEV

Professor

 

525-ci qəzet.- 2019.- 23 fevral.- S.11.