Milli Kitabxanada "Çingiz Əlioğlu - 75" sərgisi açılıb

M.F.Axundov adına Milli Kitabxanada şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlunun 75 illiyi münasibətilə "Çingiz Əlioğlu - 75" adlı kitab sərgisi açılıb.

Burada müəllifin Azərbaycan və digər dillərdə yazdığı əsərləri, tərcümə etdiyi, redaktoru olduğu, ön söz yazdığı əsərləri, tərtib etdiyi və haqqında yazılan kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 

525-ci qəzet.- 2019.- 3 iyul. S.15.