Belarusda Kamran Nəzirlinin yaradıcılıq gecəsi keçirilib

Belarusun Qrodno vilayətinin Poreçye istirahət mərkəzində Azərbaycan yazıçısı Kamran Nəzirlinin yaradıcılıq gecəsi keçirilib.

Belarus Respublikası İnformasiya Nazirliyi və Belarus Yazıçılar Birliyinin təşkil etdiyi gecədə Kamran Nəzirli böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar Prezident Sərəncamından, qüdrətli söz ustasının ümumbəşər mədəniyyətinə bəxş etdiyi zəngin mədəni-mənəvi dəyərlərdən,mütəfəkkir şairin dərin poetik fikirlərindən danışıb. GecədəNəsimi 650” adlı təqdimat, habeləNəsimibədii filmindən fraqmentlər nümayiş etdirilib. Rusiya, Ukrayna, Litva, Polşa, Latviya, İsrail, Almaniya digər ölkələrin nümayəndələri,  habelə Belarusun bir qrup yazıçı şairləri qarşısında çıxış edən Azərbaycan yazıçısı həm Belarus-Azərbaycan ədəbi əlaqələrindən danışıb, rus ingilis dilində çıxan yeni kitablarını təqdim edib.

Gecədə Azərbaycan yazıçısının rus dilində çap olunmuşÊîãäà ÷àéêè âüþò ãíåçäà”,  ingilis dilində çap olunmuş “The Happy Birds”, habelə Azərbaycan şairi Sona Vəliyevanın ingilis dilinə tərcümə etdiyi “The Smell Of Snow” adlı kitabları da oxuculara təqdim edilib.

Tədbirdə çıxış edən Belarus Yazıçılar Birliyinin Qrodno vilayəti üzrə sədri tanınmış şair Lyudmila Kebiç, belaruslu yazıçı şairlərdən Bronislav Yermaşkeviç, Nikolay İvanovski, Lyudmila Şevçenko, Anatoliy Afanasyeviç Dmitriy Padionçik bildiriblər ki, Belarusun alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü ərəfəsində belə bir maraqlı ədəbi görüşdən Azərbaycanlı həmkarları Kamran Nəzirlinin yaradıcılığı özü ilə yaxından tanış olduqlarından məmnun olduqlarını bildiriblər. Qeyd olunub ki, bu tanışlıq ədəbi gecə iki xalqın əsl dostluğunun qardaşlağının nümunəsidir.

Azərbaycan yazıçısı Belarus yazıçılarının çıxışları alqışlarla qarşılanıb.  Sonda Azərbaycan yazıçısı öz kitablarını oxuculara bağışlayıb.

 

525-ci qəzet.- 2019.- 10 iyul. S. 13.