İtaliya mətbuatı Şəki Xan Sarayından yazıb

İtaliya mətbuatında Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzinin YUNESKO-nun siyahısına daxil edilməsi ilə bağlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalə ölkəmizlə bağlı mütəmadi italyan dilində xəbərlər paylaşan "Azerbaijan news" xəbər saytında, eləcə də Avropa Xəbər Agentliyinin İtaliyadakı xüsusi müxbiri Carlo Morino tərəfindən yaradılan "eurasiaticanews" informasiya portalında yer alıb.

Yazılarda XVIII əsrə aid olan Şəki Xan Sarayı ilə bağlı geniş məlumat verilir. Diqqətə çatdırılır ki, saray 1848-1851, 1955-1965 və 2002-ci ildə restavrasiya olunub.

Materialda qeyd edilir ki, sarayın gözəlliyinə və təkrarsız memarlıq üslubuna baxmaq üçün hər gün bura yüzlərlə turist gəlir.

Məqalədə Şəki Xan Sarayına aid çoxlu fotoşəkil də yerləşdirilib.

 

525-ci qəzet.- 2019.- 13 iyul. S. 13.