Qəşəm Nəcəfzadə Ukraynada ordenlə təltif edildi

Azərbaycanın tanınmış şairi publisisti, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) "Xüsusi xidmətlərə görə" ordeni ilə təltif edilib.

Bu barədə UQTMŞ-dən verilən məlumatda bildirilir ki, Şuranın sədri Daşqın Gülməmmədov təltif barədə qərarı şairin 60 illik yubileyilə bağlı imzalayıb.

UQTMŞ-in sözügedən ordeni 8 aprel 2018-ci ildə təsis edilib. İndiyədək bu ordenlə UQTMŞ Rəyasət Heyətinin sədri Sergey Hnatyuk, Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının rəhbəri Səbuhi Abbasov, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu digər tanınmış şəxslər təltif olunublar.

 

525-ci qəzet.- 2019.- 17 iyul. S. 12.