Azərbaycan mətbəxinin növbəti uğuru

 Bugünlərdə Bakıda I Dünya İslam Kulinariya Konqresi və Dünya İslam Kulinariya Təşkilatının II Konfransı, həmçinin İslamölkələri kulinarlarının ikinci çempionatı keçirilib.

Dünya İslam Kulinariya Birliyinin (WICS) rəhbərlərinin iştirak etdiyi bu tədbirlər xalqımızın mətbəx mədəniyyətinin və qonaqpərvərliyinin təbliğində mühüm rol oynayıb.

PaytaxtımızınSity servis kompanyrestoranlar şəbəkəsi də 25 ölkənin təmsil olunduğu bu tədbirlərdəfəal iştirak edib.Şəbəkənin tərkibindəkiNar & Sharab”, “Mangal Steak House”, “Sədəf”, “Zuğulba Saray”, “Senator”, “Sapfir Saray”, “Atəşgahrestoranlarının milli və dünya mətbəxinin sirlərini mükəmməl bilən təcrübəli aşpazları çempionatda öz məharətlərini göstəriblər.

Kulinarlar  həm fərdi, həm də komanda şəklində yarışıblar. Azərbaycan Kulinariya Mərkəzinin təşəbbüsü ilə kulinariya çempionatında şadlıq sarayları “bəy-gəlinvə “qonaq süfrəsi”, mehmanxanalarAzərbaycan səhər yeməyi”, ketrinq şirkətləriAzərbaycan mətbəx furşetikateqoriyasında orijinal menyular təqdim ediblər. Digər nominasiyalar, məsələn şirniyyat, müxtəlif mətbəxincəsənəti sinifləri üzrə (şokolad, marsipan, karvinq və s.) də yarışlar keçirilib. Yeri gəlmişkən qeyd edək ki, münsiflər heyətinin üzvü Rusiya Kulinarlarının Milli Assosiasiyasının prezidenti,  məşhur Kreml aşpazı Viktor Belyayev milli kulinariyanın inkişafında ölkəmizin öncül yerlərdən birini tutduğunu bildirib. O, Azərbaycan dolmasını dünya kulinariyasının şedevri adlandırıb.

Çempionatda Viktor Belyayevin də maraqla izlədiyi və yüksək dəyərləndirdiyi təqdimatlardan biri paytaxtımızın ən nüfuzlu restoranlarından olanMangal Steak Houseda olub. Restoranın peşəkar aşpazları tədbir iştirakçılarını dadlı və keyfiyyətli yeməklərlə yanaşı, həm tə mətbəx şousu ilə heyrətləndiriblər.

Sity servis kompanynin direktoru Namiq Məmmədov deyir: “Şirkətin tərkibindəki restoranların kulinarları çempionatda böyük həvəslə çıxış etdilər. WICS-in münsifləri onların məharətini yüksək dəyərləndirdi. Bundan sonra isə aşpazlarımız olimpiadaya hazırlaşacaqlar. Çalışırıq ki, onlar təkcə islam ölkələri təmsilçiləri arasında deyil, Avropada da öz peşəkarlıqları ilə seçilsinlər”.

Sity servis kompanynin aşpazları islam ölkələri kulinarlarının mötəbər tədbirinə şirkətin  brendefibaş aşpazı Oqtay Cəfərovn rəhbərliyi ilə hazırlaşıblar. Təcrübəli və tanınmış kulinariya ustası tədbir ərəfəsində keçirilən təlimlərdə onlaraislam və dünya mətbəxinin müasir trendləri, iaşə xidmətinin beynəlxalq standartları, milli qonaqpərvərliyimizin ən mühüm xüsusiyyətləri barədə zəruri bilgilər verib.

Azərbaycan Kulinariya Mərkəzinin üzvü olan Oqtay Cəfərov 50 ilə yaxındır ki, sevib-seçdiyi aşpazlıq peşəsi ilə məşğuldur. O, çox mötəbər yerli və beynəlxalq tədbirlərdə, respublikamızda və dünya miqyasında xalqımızın mətbəx mədəniyyətinin təbliğinə sanballı töhfələr verib, çoxsaylı mükafatlara layiq görülüb.

Yüsək keyfiyyətli yemək və nümunəvi xidmət  Sity servis kompanyrestoranlar şəbəkəsinin fəaliyyətinin iki mühüm komponentidir. Bu şəbəkədə təkcə xalqımızın mətbəx mədəniyyətinin deyil, tarixinin, ədəbiyyatının, incəsənətinin, ümumən, milli özünəməxsusluğunun təbliğinə böyük diqqət yetirilir. Məhz buna görə də ““Sity servis kompany” şəbəkəsininrestoranları paytaxtımızın sakinlərinin və qonaqlarının, xüsusən, turistlərinin ən sevimli, ən çox arzu edilən, seçilən iaşə və istirahət məkanlarıdır.

 

 

525-ci qəzet.- 2019.- 27 iyul. S. 13.