Özbəkistanda "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri"

 

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə iyun ayının birinci ongünlüyündə bu ölkədə "Azərbaycan mədəniyyəti ədəbiyyatı günləri" keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirlər çərçivəsində Özbəkistanın Sırdərya Vilayətinin mərkəzi Gülüstan şəhərindəki Əlişir Nəvai adına mərkəzi parkda "Azərbaycan! sənsən mənim ülviyyətim" adlı kitab, suvenir, milli libaslar sərgisi təşkil olunacaq.

AMM-nin Sırdərya Vilayət Hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi parkda geniş konsert proqramı təqdim ediləcək. Konsertdə Azərbaycanın Əməkdar artistləri Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov xalq mahnıları təsniflərimizi, Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları" rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edəcəklər.

Tədbirlər çərçivəsində Sırdərya Mərkəzi parkında Azərbaycan milli geyimlərinin dəb sərgisi nümayiş olunacaq.

Mədəniyyət tədbirləri Özbəkistanın Sənət Mədəniyyət İnstitutunda "Sən yaşa Vətən" adlı dostluq konserti ilə davam edəcək. Bu konsertdə Əməkdar artistlər Bəyimxanım Vəliyeva Ehtiram Hüseynov milli musiqilərimizi ifa edəcəklər. Proqramda Azərbaycan sənətçilərinin birgə dueti, habelə Özbəkistanın "SOQDİANA" xalq çalğı alətləri ansamblı ilə birgə çıxışları nəzərdə tutulub.

Özbəkistanda "Azərbaycan mədəniyyəti ədəbiyyatı günləri"nin davamı olaraq ədəbiyyat sahəsində bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu il yüz illiyini qeyd edən Özbəkistanın "Turan" kitabxana-informasiya mərkəzi ilə AMM arasında əməkdaşlığa dair Memorandumun imzalanması, kitabxanada "Azərbaycan" fondunun yaradılması nəzərdə tutulub.

Bundan başqa, Özbəkistan Yazıçılar Birliyində "Azərbaycan ədəbiyyatı özbək dilində" adlı sərginin açılışı da planlaşdırılır. Sərgidə AMM-nin layihəsi ilə son 5 ildə Daşkənddə özbək dilində işıq üzü görən kitabların Özbəkistanın elm, mədəniyyət, ədəbiyyat sahəsinin mütəxəssislərinə, ictimaiyyət nümayəndələrinə təqdim ediləcək.

Bundan başqa, Özbəkistan Yazıçılar Birliyində tanınmış Azərbaycan yazıçısı, türkoloq alim Yunus Oğuzun Aprel döyüşlərinə həsr etdiyi və özbək dilinə tərcümə olunmuş "Ovçu" romanının Daşkənddə təqdimatı keçiriləcək.

 

525-ci qəzet.- 2019.- 1 iyun.- S.12.