Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramlarını qeyd edirlər

 

 

Bu gün su təsərrüfatı meliorasiya işçilərinin peşə bayramıdır. 2014-cü il mayın 14-də Prezident İlham Əliyev məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin bu əvəzsiz nemətlə təminatı sahəsində sözügedən peşə sahiblərinin fədakar əməyini nəzərə alaraq onlar üçün bu xüsusi bayram gününü təsis edib.

Su təchizatı tariximizin ilkin inkişaf dövrü 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf edir. Təxminən bir əsr əvvəl Şollar-Bakı su təchizatı qurğuları istismara verilib. Xaçmaz rayonunun ərazisindən Abşeron yarımadasına 187,5 km uzunluğunda kəmər çəkilib, Bakı şəhərində ilk dəfə mərkəzləşmiş içməli su şəbəkəsi yaradılıb. Bu sahədə qazanılmış təcrübədən istifadə edilməklə Xaçmazdan Bakıya çəkilmiş 2-ci kəmər 1958-ci ildə istismara verilib. Abşeron yarımadasında sənayenin sürətli inkişafı əhalinin artımı nəticəsində içməli suya artan tələbatı ödəmək üçün 1961-ci ildə Ceyranbatan Sutəmizləyici Qurğuları işə salınıb. Sonrakı dövrlərdə bu istiqamətdə bir sıra layihələr həyata keçirilib, içməli su kanalizasiya sektorunun sürətli inkişafına başlanılıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da bu sahədə ciddi tədbirlər görülüb, əhalinin təbii artımına uyğun olaraq paytaxt regionlarının fasiləsiz içməli su ilə təminatının həyata keçirilməsi üçün ardıcıl layihələrin icrası reallaşdırılıb. Ümumilikdə, regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq su kanalizasiya layihələrinin icrasına başlanılmış 50 şəhər rayon mərkəzinin 38-də içməli su şəbəkələrinin tikintisi yekunlaşıb. Ötən müddətdə şəhər rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kəndin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb. Prezident İlham Əliyevin 2017 2018-ci illərdə imzaladığı sərəncamlar, həmçinin, dövlət investisiya proqramları çərçivəsində 46 rayonun 211 kəndində içməli su layihələri icra olunub. Bununla da 330 min sakinin keyfiyyətli içməli suya çıxışı təmin edilib.

Məcburi köçkün qəsəbələri, cəbhəyanı ərazilər təmas xəttində yerləşən yaşayış məntəqələrinin su təminatı xüsusi diqqətə saxlanılıb. Bu məqsədlə Biləsuvar rayonunun ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdə, Füzuli, Ağdam, Ağcabədi, Tərtər, Goranboy, Tovuz Qazax rayonlarının cəbhəboyu kəndlərində layihələr həyata keçirilib.

Qlobal istiləşmə quraqlıq nəticəsində bəzi su mənbələrinin məhsuldarlığında baş vermiş dəyişiklikləri nəzərə alaraq Şamaxı, Gədəbəy, Lerik Tovuz şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra edilib.

Bakı şəhəri Abşeron yarımadasında su təchizatı kanalizasiya infrastrukturunun inkişaf etdirilməsi məqsədilə 2011-ci ildə Abşeron yarımadasının su təchizatı, kanalizasiya sistemləri yağış sularının idarə olunması üzrə Master Plan hazırlanıb. Hazırda həyata keçirilən layihələr bu sənədin tələblərinə uyğun icra edilir. Master Planın əsas layihələrindən olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi 84 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri, həmçinin, kəmərin marşrutu boyunca yerləşən anbar kompleksləri istehlakçıların dayanıqlı su təminatı üçün yeni imkanlar açıb. Yeni yaradılmış infrastruktur hesabına Pirallahı, Dübəndi, Gürgan, Türkan, Zirə, Qala, Mərdəkan, Şüvəlan, Şağan qəsəbələri, həmçinin, Binəqədi, Sabunçu Suraxanı rayonlarının bir sıra yaşayış məntəqələri dayanıqlı içməli su ilə təmin edilib.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin qrantı hesabına icra edilmiş layihə çərçivəsində Kürdəxanı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb 14 mindən artıq sakin fasiləsiz rejimdə içməli su ilə təmin olunub. Abşeron yarımadasında ekoloji problemlərin həlli məqsədilə icra olunan "Təmiz Şəhər" layihəsi Balaxanı qəsəbəsində yeni su təchizatı sistemlərinin yaradılmasına imkan verib.

Səudiyyə İnkişaf Fondu ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işlərinin birinci mərhələsi yekunlaşıb. Bu layihənin imkanlarından istifadə olunmaqla 20-ci sahə yaşayış massivinin içməli su təminatı da əsaslı şəkildə yaxşılaşacaq. Fondun maliyyələşdirdiyi digər layihə çərçivəsində Xırdalan şəhərinin içməli su təchizatı kanalizasiya sistemlərinin yenidən qurulması davam etdirilir.

Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan anbar komplekslərində aparılan yenidənqurma işləri nəticəsində Nizami, Xətai, Suraxanı Sabunçu rayonlarının böyük hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib. Eyni zamanda, yeni magistral paylayıcı şəbəkələrin tikintisi, yeni birləşmələrin verilməsi paytaxt sakinlərinin dayanıqlı keyfiyyətli su təminatına imkan yaradıb. Bakının küçə prospektlərində yol infrastrukturlarının yenidən qurulması ilə əlaqədar uzun illərdir istismarda olan su kanalizasiya xətləri yenilənir.

2013-cü ildə çoxmənzilli yaşayış binalarının daxili kommunikasiya sistemlərinin "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) balansına verilməsindən sonra 5000-dən artıq binanın daxili kommunikasiya xətləri yenidən qurulub.

Son illər istehlakçıların içməli su ilə təminatının yaxşılaşdırılması kanalizasiya xidmətlərindən istifadənin aktuallığını artırıb. Abşeron yarımadasında regionlarda yeni kanalizasiya şəbəkələrinin, kollektorların tullantı sutəmizləyici qurğuların tikintisi, eləcə mövcud xətlərin rekonstruksiyası göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan verib. Sumqayıt şəhərində ətraf ərazilərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 100 min kubmetr olan tullantı sutəmizləyici qurğu inşa edilib. Ötən dövrdə məhsuldarlığı sutkada 10 min kubmetr olan Buzovna tullantı sutəmizləyici qurğusu inşa edilib, sutkalıq məhsuldarlığı 16 min kubmetr olan Şüvəlan tullantı sutəmizləyici qurğusu yenidən qurulub.

Azərbaycan hökuməti Koreya İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində Pirşağı qəsəbəsində məhsuldarlığı sutkada 40 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğunun tikintisi isə davam etdirilir.

Azərbaycanda ilk dəfə innovativ texnologiyalardan istifadə edilməklə tunel tipli kanalizasiya kollektorlarının tikintisinə başlanılıb. Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi-Xırdalan, Bilgəh-Pirşağı, Dərnəgül-Zığ-Hövsan, Novxanı-Sumqayıt kollektorları kanalizasiya infrastrukturunun yaxşılaşdırılmasına və Xəzər dənizinə təmizlənmədən axıdılan tullantı sularının qarşısının alınmasına hesablanıb. 14 km uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan, 15 km-lik Novxanı-Sumqayıt kanalizasiya kollektorlarının istismara verilməsi, eləcə də Bakı buxtasının sahili boyu mövcud xətlərin reabilitasiyası Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Şıx, Novxanı və Sumqayıt çimərliklərinin əhatə etdiyi böyük bir ərazidə dənizə axıdılan tullantı sularının qarşısını alıb.

Dövlət başçısının ərzaq təhlükəsizliyinin və ölkənin ixrac potensialının artırılmasının təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazisində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması layihələri həyata keçirilib. Bu məqsədlə Kür çayı sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğu, nasos stansiyası, həcmi 50 min kubmetr olan anbarlar tikilib, əkin sahələrinə 42 km uzunluğunda əsas daşıyıcı kəmərlər çəkilib və ərazilərə suyun verilməsi təmin edilib. Şamaxı və Hacıqabul rayonlarında əkin sahələrinin suvarılması üçün tələb olunan 5 kubmetr su Kür sutəmizləyici qurğular kompleksindən verilir.

Ötən dövrdə həyata keçirilən layihələr çərçivəsində məhsuldarlığı sutkada 690 min kubmetr olan 7 sutəmizləyici qurğu, 300-dən çox su anbarı və anbar kompleksi tikilibya yenidən qurulub, 18 min km-dən çox magistral və paylayıcı su, 4000 km-dən artıq kanalizasiya xətləri çəkilib, 120-dək sukanalizasiya nasos stansiyası tikilib, 335 arteziansubartezian quyusu qazılıb. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti dövründə 1 milyondan çox sayğac quraşdırılıb və sayğaclaşma səviyyəsi 82 faizə çatdırılıb.

Görülmüş işlər nəticəsində mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfədən çox artıb, abonentlərin sayı isə 1 milyon 470 minə çatıb.

2004-cü illə müqayisədə fasiləsiz su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 29 faizdən 81,5 faizə, regionlarda isə 9 faizdən 43,4 faizə yüksəlib. Beləliklə, ölkə üzrə əhalinin fasiləsiz su təminatının səviyyəsi 69,9 faizə çatıb.

İstehlakçılara verilən içməli suyun keyfiyyətinin standartlar çərçivəsində nəzarətdə saxlanılması məqsədilə yeni Mərkəzi Laboratoriya inşa edilib. 2013-cü ildə istifadəyə verilmiş laboratoriyada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılıb. Həmin cihaz və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəriciləri dəqiq və etibarlı analiz olunur. Yeni laboratoriya yaradıldıqdan sonra içməli və tullantı sularının təhlil edilən göstəriciləri 39-dan 110-a, nümunə sayı 7 mindən 16 minə, monitorinq nöqtələrinin sayı 180-dən 1300-ə çatdırılıb.

Qeyd edək ki, ölkəmizdə su sektorunda həyata keçirilən layihələr beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin 2015 və 2018-ci illərdə Dünya Su Şurasının idarə heyətində, 2017-ci ildə Beynəlxalq Su Ehtiyatları Assosiasiyasında təmsil olunmasında bu amil həlledici rol oynayıb.

2017-ci il martın 14-dən 18-dək Bakıda 1-ci Bakı Beynəlxalq Su Həftəsi keçirilib. Həftə çərçivəsində dünyanın unikal su təchizatı sistemlərindən sayılan Şollar-Bakı su təchizatı qurğularının 100 illik yubileyi, Dünya Su Şurasının İdarə Heyətinin 61-ci Toplantısı və digər tədbirlərdə 37 ölkədən olan 200-dən çox qonaq iştirak edib. 1-ci Bakı Beynəlxalq Su Həftəsinin yekununda Bakı Bəyannaməsi qəbul edilib.

 

C.ABASOV

 

525-ci qəzet.- 2019.- 5 iyun.- S.9.