Milli Kitabxanada yeni sərgilər

 

 

İyun ayının 14-də Milli Kitabxanada  "15 iyun Milli Qurtuluş Günüdür" adlı geniş kitab sərgisi açılıb.

Sərgidə Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər  Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar nümayiş olunur.

 

Sərgi bir həftə davam edəcək.

Milli Kitabxanada digər sərgi isə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, Xalq şairi Hüseyn Camal oğlu Hüseynzadənin (Hüseyn Arif) 95 illiyi münasibətilə açılıb.

 

"Hüseyn Arif - 95" adlı geniş kitab sərgisində şairin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, tərtib və tərcümə etdiyi, redaktoru olduğu, ön söz yazdığı və haqqında yazılmış kitablar, dövri mətbuat materialları 1 həftə nümayiş olunacaq.

 

525-ci qəzet.- 2019.- 15 iyun.- S.18.