Yazıçı Sadiq Qarayev oxucularla görüşdü

 

 

5 nömrəli Kimya-Biologiya təmayüllü respublika liseyində yazıçı Sadiq Qarayevlə görüş keçirilib.

 

Görüşdə liseyin şagird və müəllim kollektivi, yazıçının qələm dostları və media nümayəndələri iştirak ediblər.

Dövlət himni və yazıçı haqqında videolentlə başlayan tədbir zamanı liseyin şagirdlərindən aparıcılar Humaylı Xalidə və Kərimli İlahə Sadiq Qarayevin "Sahilsiz təzadlar" və "Sahibsiz kölgələr" kitabları haqqında məlumat veriblər.

Görüş boyunca şagirdlərdən Şirinov Anar, Məmmədli Mədinə, Əsgərova Leyla, Əliyeva Aydan, Alquliyeva Nərmin, Şükürlü Aytac, Seyidzadə Rəvan və başqalarının ifasında sözügedən romanlarda yer alan parçalar səhnələşdirilib, müxtəlif musiqilər ifa olunub.

Daha sonra Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, liseyin direktoru Kamran Rəhimov, müəllimlər Şövqiyyə Göyüşova, Solmaz Qaffarova, Zibər Cəfərov, şair Nəcibə İlkin və başqaları çıxış edərək S.Qarayevin yaradıcılığı və keçirilən görüş haqqında məmnunluqlarını bildiriblər.

Çıxış edən yazıçı S.Qarayev görüşün təşkilində zəhməti olan hər kəsə təşəkkürünü bildirib, məzunu olduğu liseyə qonaq kimi dəvət olunmağın sevinciniqürurunu iştirakçılarla bölüşüb. Görüş sual-cavab şəklində davam etdirilib. Sonda S.Qarayev kitablarını fərqlənən şagirdlərə hədiyyə edib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 15 iyun.- S.16.