Serbiyada Nəsiminin 650 illiyilə bağlı silsilə tədbirlər

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 2018-ci il 15 noyabr tarixli Sərəncamına əsasən, ölkəmizin Serbiyadakı səfirliyinin təşəbbüsü Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə iyunun 18-də dahi Azərbaycan şairi İmadəddin Nəsiminin serb dilinə tərcümə edilmiş seçmə şeirlərindən ibarət kitabının təqdimat mərasimi keçirilib, həmçinin, "Nəsimi" filmi ilk dəfə serb dilində nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Serbiya parlamentinin Azərbaycan ilə dostluq qrupunun üzvləri, dövlət hökumət rəsmiləri, deputatlar, elm, incəsənət din xadimləri, diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri üzvləri, bu ölkədə yaşayan, çalışan təhsil alan həmvətənlərimiz iştirak ediblər.

İyunun 19-da Serbiya Kral Akademiyasının təşkilatçılığı ilə Belqrad Universitetində Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycandan bu ölkədən bir çox nüfuzlu alim, ziyalı ədəbiyyatşünasın iştirak etdiyi elmi simpozium təşkil olunub. Simpoziumda Serbiya Kral Akademiyasının 2019-cu il 20 fevral tarixli qərarı ilə təsis olunmuş "Nəsimi 650 il" yubiley "İvo Andriç" medalları təqdim edilib.

Serbiya-Azərbaycan dostluq əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsində xüsusi rolu ilə seçilən, Azərbaycan Dillər Universitetində Serb Dili Mədəniyyəti Mərkəzinin, Belqrad Universitetində isə Azərbaycan Dili Mədəniyyəti Mərkəzinin açılmasının təşəbbüskarı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin dünya ədəbiyyatı kafedrasının müdiri, serbşünas alim Cəlil Nağıyev, serb yazıçısı Milorad Paviçin "Xəzər Lüğəti" Draqan Damyanoviçin "Müqəddəs Savanın Anası" kitablarını Azərbaycan dilinə tərcümə etmiş Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlövsət Ağalarov, serb şeiri antologiyası İvo Andriçin şeirlər kitabını Azərbaycan dilinə tərcümə nəşr etmiş Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Paşa Kərimov Balkan regionu ilə Azərbaycan arasında siyasi, iqtisadi humanitar sahədə əlaqələrin inkişaf etdirilməsinə verdiyi xüsusi töhfələrə görə Milli Məclisin deputatı Cavanşir Feyziyev, Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Serb Dili Mədəniyyəti Mərkəzinin direktoru, dosent Lalə Məcidova "İvo Andriç" medalı ilə təltif olunublar.

Eyni zamanda, Belqrad Universitetinin filologiya fakültəsinin dekanı Lilyana Markoviç, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Zoran Sam, parlamentin Serbiya-Azərbaycan Dostluq Qrupunun sədri Katarina Rakiç, Serbiya Milli Operasının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yasmina Trumbetaş, "Smederevo Poeziya Payızı" festivalının təşkilat komitəsinin üzvü Vera Xorvat, Serbiya Respublikası Prezidentinin xarici məsələlər üzrə müşaviri Tanya Yoviç Yuqoslaviyanın Türkiyə, eyni zamanda, Azərbaycandakı keçmiş səfiri olmuş yazıçı Darko Tanaskoviç Azərbaycan tarixinin mədəniyyətinin Serbiyada təbliğindəki əvəzsiz xidmətlərinə görə "Nəsimi 650 il" yubiley medalı ilə təltif edilib.

Tədbirlərdə çıxış edən səfir Eldar Həsənov ilk dəfə olaraq Serbiyada Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin şeirlərinin serb dilində nəşr edilməsindən, elmi simpoziumun təşkil olunmasından "Nəsimi" filminin nümayişindən qürur duyduğunu, belə mədəni, ədəbi tədbirlərin Azərbaycan Serbiya arasında mədəniyyət sahəsində əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcəyinə əminliyini bildirib. Dünya ədəbiyyatına mədəniyyətinə dəyərli töhfələr vermiş poeziya sənətimizin Nəsimi, Füzuli, Qətran Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Mikayıl Müşfiq, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə kimi ölməz korifeylərinin yüksək sənətkarlıqla yazılmış əsərlərinin sonrakı dövrlərdə müasir şairlərimizin ilham qaynağı olduğunu, həmçinin serb şairləri Petar Neqoş, Branko Radiçeviç, Yovan Zmay, Aleksa Şantiç, Yovan Duçiç, Milan Pakiçin yaradıcılıqlarının da əhəmiyyətli rol oynadığını bildirib.

Silsilə tədbirlər Serbiya KİV- geniş işıqlandırılıb.

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər il ərzində davam etdiriləcək.

 

525-ci qəzet.- 2019.- 21 iyun.- S.8.