Milli Kitabxanada Abbasqulu ağa Bakıxanovla bağlı sərgi

 

 

İyunun 21-də Milli Kitabxanada Azərbaycanın ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim şair Abbasqulu Bakıxanovun (Qüdsi) anadan olmasının 225 illiyi münasibətilə "Abbasqulu ağa Bakıxanov - 225" adlı kitab sərgisi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, sərgidə ədibin Azərbaycan xarici dillərdə nəşr olunmuş əsərləri, haqqında olan kitablar, qəzet jurnal məqalələri nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 

525-ci qəzet.- 2019.-22 iyun.- S.11.